90-lardan üzü bəri…

90-lardan üzü bəri…
22 iyul 2013
# 12:07

Biz onlara müəllim deyirdik. Onda ustad deyə müraciət necə deyərlər dəbdə deyildi.

Yazılarımızın şumlandığını görəndə ölüb yerə girməyə hazır idik. Canımızı cəhənnəmə, təzədən yazarıq. Təki…

Biz səhərdən axşama qədər balaca bir xəbərin peşində Bakının küçələrini ələk-vələk edərdik. Alınmayınca redaksiyaya qayıtmazdıq. Danlana bilərdik…

Biz çap makinasının tıqqıltısı altında yazı yazmağı öyrəndik. İlk dəfə kompüteri görəndə ona toxunmağa belə qorxurduq.

Çünki onda nə internet vardı, nə də Google… Onda heç KİVDF-də yox idi. Amma KİV vardı…

***

Bəlkə də sizlərə qəribə görünəcək; mənim fikrimcə 90-cı illərdə Azərbaycan mətbuatına gələnlər qədər xoşbəxt və həm də talesizləri yoxdur. Bəlkə də bu bayram günlərində ovqatı təlx eləmək kimi görünəcək, amma inanın ki elədir. İqtidarlı, müxalifətli, mövqeyindən-filandan, hətta səviyyəsindən belə asılı olmayaraq əksər KİV-in başında duranlar məhz 90-cılardır. Elə əsl medianın yükünü də bu gün məhz o nəsil daşıyır.

***

Bir dəfə hansı sayt idi, yadımda deyil, bəndənizdən müsahibə götürürdü. Onda demişdim ki, Azərbaycan mətbuatında jurnalist qıtlığı var. Hə, təəccüblənməyin, özü də çox ciddi bir qıtlıq yaşanır. Nə olsun ki, cibində, maşınını üzərində «press» yazılmış insanlar hər addım başı göz deşir. Bu əsas şərtdimi? Ona qalsa, Sevda Sultanova kimi asın heç vəsiqəsi yoxdur və mənə elə gəlir ki, heç indiyə qədər də olmayıb. Amma çox yox, son beş ildə mətbuatda adından söz etdirmiş birini tanıyırsınızmı?

Özünüzü yormayın…

***

Ustad Mehman Cavadoğlu onu jurnalistikada müəllimi hesab edən bizlərə elə beləcə də deyirdi: «Hərə öz istedadının çörəyini yeyir». Düzdür, deyəcəksiniz, bu gün jurnalistikada yüzlərlə istedadsız var. Var, təbii. Amma onlar jurnalistika ilə məşğul olmurlar axı... 4 mindən çox KİV-in, minlərlə vəsiqə gəzdirənlərin böyük əksəriyyətinin jurnalistikanın «j»-sinə də dəxli yoxdur. Yüz nəfər? Hə, yəqin ki bir az çox olarıq. Vəssəllam! Ondan o yana yox. Yeri gəlmişkən, Mətbuat Şurası, hörmətli Əflatun Amaşov obyektiv attestasiya keçirsə, elə mən dediyim rəqəmin civarında jurnalistə sertifikat verə biləcək.

***

Bu gün jurnalist çox təəssüf, ali məktəblərin eyni adlı fakültələrində yetişmir, onlara yazmağı redaksiyalar öyrədir. Bu gün ölkədə reportyor qıtlığı var, əslində barmaqla sayılası qədərdir. Nə edək, haradan alaq? Elə həmin ali məktəblərin jurnalistika fakültələrindən gələnlərə reportajın nə olduğunu, inşa yazmamağı öyrədənə qədər redaktor sözün həqiqi mənasında çərləyir. Və bunun nə vaxta qədər davam edəcəyi də bilinmir… Bu problem deyil, əslində, jurnalistikamızın dərdidir, mərəzidir...

***

… 90-larda nə internet vardı, nə də Google. Onda heç KİVDF-də yox idi. Amma KİV vardı… İndi KİVDF var, KİV azdı... 90-larda biz Nəcəf Nəcəfov, Şakir Yaqubov, Mehman Cavadoğlu, Adil Qaçayoğlu, Rizvan Cəbiyev olmaq istəyirdik. Amma indi ev istəyirlər…yazı yazmaq istəmirlər.

Çünki çətindir. Elə bu çətin yolun yolçuları, bayramınız mübarək!

# 2664 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #