Bridcet Cons obrazının müəllifi Helen Fildinq yeni yazıçıları üzə çıxarmaq üçün yumor müsabiqəsi başladıb.
Kulis.az xəbər verir ki, “Bridget Jones” mükafatı İngiltərənin şimalında yaşayan, hələ kitabı nəşr olunmamış və ədəbi agentlə müqavilə bağlamamış müəlliflərə ünvanlanıb.
İştirakçılardan birinci şəxsin dilindən yazılmış, müstəqil süjetə malik, 1000 sözdən ibarət yumoristik mətn tələb edilir. Qalib 2000 funt sterlinq və peşəkar yazıçılıq dəstəyi qazanacaq.