75 min dollarlıq mükafatın qalibi açıqlandı

75 min dollarlıq  mükafatın qalibi açıqlandı
26 oktyabr 2026
# 17:00

Tarixçi Bet Lyu-Uilyams 2026-cı il Kandil Tarix Mükafatının qalibi olub.

Kulis.az xəbər verir ki, o, ABŞ-ın qərbində çinli miqrantların üzləşdiyi ayrı-seçkiliyi araşdıran “"Çinli Con Doe: Amerika irqi qanunları altında çinlilərin həyatına dair unudulmuş tarix” kitabına görə 75 min ABŞ dolları mükafat qazanıb.

Prinston Universitetinin professoru olan müəllif XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər qəbul edilən qanunları, məhkəmə sənədlərini, miqrasiya qeydlərini və şəxsi hekayələri araşdırıb. Kitabda çinli icmaların hüquqi məhdudiyyətlərə qarşı necə mübarizə apardığı və həyatlarını qorumaq üçün hansı yollara əl atdığı göstərilir.

Mükafatın münsifləri əsəri tarixi sənədlərdən istifadə üsuluna və diqqətdən kənarda qalmış insanlara fərdi kimliklərini qaytarmasına görə yüksək qiymətləndiriblər. Kitabın müasir miqrasiya və vətəndaşlıq mübahisələri fonunda da aktual olduğu vurğulanıb.

# 448 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər