Yazısına qurban gedən yazıçılar...

Yazısına qurban gedən yazıçılar...
19 avqust 2020
# 12:18

Rafiq Tağı öldürülmədən əvvəl "Qatilimə didaktika dərslərim" adında hekayə yazmışdı. O hekayədə sanki öldürüləcəyini qabaqcadan duymuşdu. Müəllif öz qatilinə onu necə öldürəcəyi haqda mühazirə söyləyir.

Rafiq Tağını evinə getdiyi vaxt qatar yolunda bıçaqladılar.

Görən, o qatil bu əsəri oxumuşdumu?

Eldar Baxışın şeirindəndir:

"Bir şairi öldürdülər
bir ölkənin ortasında, -
ölkə bilmədi-bilmədi."

Eldar Baxışın bacısıyla müsahibə etmişdik. Demişdi ki, axırıncı dəfə dostuyla kafenin birində içirlərmiş. Qonşu masadan xahiş eləyiblər ki, bizə qoşulun, bərabər içək. O gün Eldar Baxışın içkisinə zəhər qatırlar və o yavaş-yavaş bu dünyadan köçüb gedir.

Görən, Eldar Baxış o misranı yazanda təhtəlşüurunda bu hadisənin başına gələcəyini hiss etmişdimi?

Fərhad Mete adında bir şair vardı. O vaxt Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinə gedib-gəlirdi. Mən onda 10-cu sinifdə oxuyurdum. Fərhadın şeirləri seçilirdi, hiss olunurdu ki, Mikayıl Müşfiq kimi bir şair gəlir ədəbiyyatımıza.

Amma o da öz yazdığı misranın taleyini yaşadı.

Misra belədir:

"Bir böyük yatağın üstündə iki nəfər -
biri ölər, biri qalar ..."

Deməli, Fərhad Mete və şair dostu İlham Çərkəzoğlu hansısa rayona toya gedirlər. Yaxşıca toqqanı bərkidəndən sonra qayıdırlar Bakıya. Və yolda qəza olur, onları xəstəxanaya çatdırırlar. Hər ikisini palatadakı tək çarpayıya uzadırlar. O çarpayıda Fərhad ölü olur, İlham sağ qalır.

Görən, Fərhad o misranı yazarkən hansı ruh halında olub?

Axtarsaq, bu cür misalları çox tapa bilərik. Öz misrasının qurbanı olan müəlliflər. Yaxud öz yazdığı cümlənin taleyini yaşayan yazıçılar.

Qorki Ədəbiyyat Universitetində təhsil alan yazıçı dostlarımız danışırdı ki, müəllimlər onlara yaxınlarının ölməyindən yazmamağı öyrədərmiş. Deyirlərmiş ki, yazıya pozu yoxdu, dönüb-dolaşıb yazdığın gerçəkləşə bilər.

Görünür, yazının da amansız nəticələri olur.

Elə misra, elə cümlə var ki, müəllif orda mina basdırıb.

Gec-tez o mina partlayacaq.

# 4974 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #