“Nəbi Xəzri - 100” adlı videoçarx hazırlandı

“Nəbi Xəzri - 100”  adlı videoçarx hazırlandı
10 dekabr 2024
# 14:05

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Xalq şairi, nasir, dramaturq, publisist Nəbi Xəzrinin anadan olmasının 100 illiyi münasibətilə “Nəbi Xəzri - 100” adlı videoçarx hazırlanıb.

Kulis.az xəbər verir ki, videoçarxda oxucu və izləyicilərə şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib. Qeyd olunub ki, dənizi və onun ətrini yayan xəzri küləyinə xüsusi sevgisi səbəbindən şair 1958-ci ildə “Xəzri” təxəllüsünü götürüb.

Müasir poeziyamızın görkəmli nümayəndəsi olan Nəbi Xəzri “Günəş” adlı ilk ciddi şeirini 16 yaşında qələmə alıb. Videoçarxda şairin məşhur şeir və poemalarının adları, eləcə də onun yaradıcılıq irsinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, videoçarxda şairin aldığı mükafatlar, şeirlərinə bəstələnmiş mahnılar və xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlərə dair məlumatlar yer alır.

Videoçarx aşağıdakı keçiddə yerləşdirilib: https://www.youtube.com/watch?v=CvFtfkfG51k

# 2768 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər