Uşaqlarını otladan atanın cəzası

Uşaqlarını otladan atanın cəzası
16 aprel 2020
# 11:50

Karantin günləri adamların iç üzlərini, gərçək xislətlərini açmaq üçün əslində əla fürsətdir. Çünki hər kəsin əlində ağıllı telefonlar, kameralar, sosial şəbəkələr var. Kütlə də elədi ki, mütləq şəkildə bekar, asudə zaman tapan kimi ya əyləncə axtarır, ya da ağlamalı bir situasiya. Bir neçə gündür sosial şəbəkələrdə bir video yayılıb: uşaqlarını otladan ata. İnsan hansı təfəkkürdə olmalıdır ki, bu cür sadist, aşağılayıcı hərəkətlərə əl ata. Bunun başqa adı yoxdur.

Ümumiyyətlə, post-modern dövrdə texnikanın bizə bəxş elədiyi sonsuz imkanlarda cəmiyyətin ən aşağı təbəqsindən ən elit təbəqsinə kimi hər kəs yaza bilir, çəkə bilir və ictimailəşdirir. Belə adamlar qeyri-adi hadisələr baş verəndə daha da aktivləşirlər.

O cümlədən pandemiya dövründə də əllərini dinc qoymadılar. Amma, ancaq, lakin... Bəzi məsələlərdə sərhəd saxlamaq gərəklidir. Zamanın verdiyi sonsuz imkanlardan sui-istifadə etmək olmaz.

Uşaqlarını otladan ata kimilər yüzlərlədir. Onlar əslində bu cür paylaşımlarla ifşa olunurlar. Təəssüf ki, publika da bu cür olaylara əksərən qeyri-adekvat münasibət göstərir.

Videoya baxanda anladım ki, bu adam kasıb deyil. Bu cür lovğa və lağlağı adam kasıb ola bilməz.

Bəzi adamlar internetdə axmaq-axmaq şeylərə vaxt sərf edirlər. Halbuki internet üzərindən fərdi inkişafla mənəviyyatını, əxlaqını yüksəldə bilərsən. Bir tanışım vardı, internet klub işlədirdi. Çürümüş, paslanmış, qatı mühafizəkar düşüncədə idi. Bir gün internetdə fiziklərin, yazıçıların, dahilərin fikirlərini oxumağa başladı. Daha sonra filmlərə, elmi məqalələrə yönəldi. Gün oldu artıq onun əlində Kafkanın, Emil Zolyanın, Tolstoyun kitablarını gördüm.

İnternet bax belə mənəvi qazanc da verə bilər.

Dünyanın hər yerində uşaqlardan sui-istifadə tənqid olunur. Uşaqlar, yaşlılar, xəstələr üzərindən reytinq qazanmaq cinayət məsuliyyətinə qədər gedib çıxır. Hətta kino kimi daha azad fəaliyyət sahəsində də bu cür məsələlərə ciddi nəzarət var.

Uşaqlarını alçaldaraq IP toplayan insanla bəşəriyyətin bədbəxtliyi üzərində səadət quran insanların nə fərqi oldu?

Qələm də, kamera da kimisə alçaltmaq yox, əksinə onu ucaltmaq, yaxud ucalığını diqqətə çatdırmaq üçündür.

Uşaqlarını otladan ataya 10 günlük inzibati cəza verildi. Mən istərdim ki, o kişini buraxsınlar. Ondansa belə cəza verilsin: 1 il ağıllı telefonlardan istifadə eləməsin!

# 5640 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #