Yazıçılara saxta "Netflix" təklifləri göndərirlər – Ədəbiyyat dünyasında yeni dələduzluq dalğası

Yazıçılara saxta "Netflix" təklifləri göndərirlər – Ədəbiyyat dünyasında yeni dələduzluq dalğası
30 oktyabr 2026
# 11:40

Dünya ədəbiyyatında müəllifləri hədəf alan yeni dələduzluq sxemləri genişlənir.

Kulis.az xəbər verir ki, yazıçılara saxta kitab klublarından dəvətlər, məşhur ədəbi agentliklərdən gəlirmiş kimi görünən məktublar və əsərlərinin "Netflix", "Paramount" kimi şirkətlər tərəfindən ekranlaşdırılacağına dair vədlər göndərilir.

Dələduzlar ilk mərhələdə müəlliflərə özlərini nüfuzlu kitab klublarının nümayəndələri kimi təqdim edirlər. Bəzən onlayn görüşlər təşkil olunur, yazıçıların kitabları haqqında süni şəkildə hazırlanmış suallar verilir. İlk baxışdan bu fəaliyyətlər adi ədəbi müzakirə təsiri bağışlasa da, sonradan iştirakçılardan pul tələb edilir.

Məlumata görə, bəzi müəlliflərdən kitablarının reklamı, sosial şəbəkələrdə tanıdılması, nəşrə hazırlanması və film hüquqlarının satışına vasitəçilik adı ilə ödəniş istənilir. Tələb edilən məbləğlər 55 dollardan 350 dollara qədər dəyişir. Ayrı-ayrı hallarda yazıçılar yüzlərlə dollar ödədikdən sonra qarşı tərəfin saxta şirkət olduğunu anlayıblar.

Britaniya Yazıçılar Gildiyası son aylarda şübhəli təkliflərlə bağlı müraciətlərin kəskin artdığını bildirir. Müəllifləri təmsil edən təşkilatların bəzilərinə həftə ərzində onlarla belə şikayət daxil olur. Dələduzların fəaliyyətində generativ süni intellektin də rolu var: saxta məktublar, kitab müzakirələri və şəxsi müraciətlər daha inandırıcı formada hazırlanır.

Bu hadisələr göstərir ki, kitabını nəşr etdirmək və ya ekranlaşdırmaq istəyən yazıçılar üçün nüfuzlu görünən hər təklif etibarlı deyil. Ədəbiyyat dünyasında tanınmaq arzusu artıq dələduzların istifadə etdiyi vasitələrdən birinə çevrilib.

# 93 dəfə oxunub

Oxşar xəbərlər

"The Odyssey" rəqəmsal plartformalarda - Tarixi açıqlandı

"The Odyssey" rəqəmsal plartformalarda - Tarixi açıqlandı

12:30 30 oktyabr 2026
Piter Cekson bədii kinoya qayıdır - 12 il sonra

Piter Cekson bədii kinoya qayıdır - 12 il sonra

12:00 30 oktyabr 2026
Vinil dəbdən düşmədi, CD-lər geri qayıdır – Dinləyicilər niyə striminqdən uzaqlaşır?

Vinil dəbdən düşmədi, CD-lər geri qayıdır – Dinləyicilər niyə striminqdən uzaqlaşır?

11:20 30 oktyabr 2026
Kann qalibinə beş ildən artıq həbs cəzası verildi – Cəfər Pənahinin əmlakı da müsadirə olunur

Kann qalibinə beş ildən artıq həbs cəzası verildi – Cəfər Pənahinin əmlakı da müsadirə olunur

11:00 30 oktyabr 2026
“Star Trek”in əfsanəvi kapitanı vəfat etdi

“Star Trek”in əfsanəvi kapitanı vəfat etdi

10:40 30 oktyabr 2026
Azərbaycanın multikultural mühitində udilər və Alban kilsəsi haqqında məqalə yayımlandı

Azərbaycanın multikultural mühitində udilər və Alban kilsəsi haqqında məqalə yayımlandı

10:24 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər