Qarabağ Milli Parkının yaradılması ilə bağlı işlərə başlanıldı

Qarabağ Milli Parkının yaradılması ilə bağlı işlərə başlanıldı
30 oktyabr 2026
# 13:21

İşğaldan azad edilmiş ərazilərdə yeni milli parkın yaradılması və mövcud xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür.

Kulis.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov oktyabrın 30-da Ağdam şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında bildirib.

Nazir müavini qeyd edib ki, Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti artıq bərpa edilib. Qaragöl Dövlət Təbiət Qoruğunun, eləcə də Qubadlı, Arazboyu və Laçın dövlət təbiət yasaqlıqlarının fəaliyyətinin bərpası istiqamətində isə işlər davam etdirilir.

Vüqar Kərimovun sözlərinə görə, Prezidentin 2026-cı il 20 oktyabr tarixli Sərəncamı ilə Qarabağ Milli Parkı yaradılıb. Ümumi sahəsi 88 418 hektar olacaq milli park Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərini əhatə edir. Milli parkın yaradılmasında əsas məqsəd Qarabağın zəngin ekosisteminin və təbii irsinin qorunması, biomüxtəlifliyin bərpası, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi və ekoturizmin inkişafıdır.

Nazir müavini əlavə edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisində də yeni milli parkın yaradılması ilə bağlı tədqiqatlara başlanılıb. Hazırda ərazinin xəritə-sxem layihəsi hazırlanır.

# 109 dəfə oxunub

Oxşar xəbərlər

"Söhbət zamanı kiminsə adını çəkmək təsadüfi bir sığala bənzəyirdi..." - Holland yazıçıdan sitatlar

"Söhbət zamanı kiminsə adını çəkmək təsadüfi bir sığala bənzəyirdi..." - Holland yazıçıdan sitatlar

13:30 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

13:00 30 oktyabr 2026
"The Odyssey" rəqəmsal plartformalarda - Tarixi açıqlandı

"The Odyssey" rəqəmsal plartformalarda - Tarixi açıqlandı

12:30 30 oktyabr 2026
Piter Cekson bədii kinoya qayıdır - 12 il sonra

Piter Cekson bədii kinoya qayıdır - 12 il sonra

12:00 30 oktyabr 2026
Yazıçılara saxta "Netflix" təklifləri göndərirlər – Ədəbiyyat dünyasında yeni dələduzluq dalğası

Yazıçılara saxta "Netflix" təklifləri göndərirlər – Ədəbiyyat dünyasında yeni dələduzluq dalğası

11:40 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər