Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak etdi

Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak etdi
30 oktyabr 2026
# 10:04

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib.

Kulis.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva tamaşaya baxıblar.

"Qızıl maska" da daxil olmaqla, Rusiyanın nüfuzlu teatr mükafatlarının laureatı olan Lev Dodinin quruluş verdiyi "Qağayı" klassik pyesin ən məşhur nümunələrindən biri hesab edilir.

Tamaşanın quruluşçu rəssamı və geyim üzrə rəssamı Aleksandr Borovskidir.

Səhnə əsərində Rusiyanın Xalq artisti Sergey Kurışev, Əməkdar artistlər Yelizaveta Boyarskaya, İqor Çerneviç və digərləri çıxış ediblər.

Qeyd edək ki, noyabrın 8-dək davam edəcək Bakı Beynəlxalq İncəsənət Festivalı ikinci dəfədir keçirilir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan BIAF-2026-nın proqramında konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri də daxil olmaqla, 20-dən çox tədbir yer alıb.

Festivalda Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçilər və yaradıcı kollektivlər iştirak edirlər.

# 90 dəfə oxunub

Oxşar xəbərlər

Kann qalibinə beş ildən artıq həbs cəzası verildi – Cəfər Pənahinin əmlakı da müsadirə olunur

Kann qalibinə beş ildən artıq həbs cəzası verildi – Cəfər Pənahinin əmlakı da müsadirə olunur

11:00 30 oktyabr 2026
“Star Trek”in əfsanəvi kapitanı vəfat etdi

“Star Trek”in əfsanəvi kapitanı vəfat etdi

10:40 30 oktyabr 2026
Azərbaycanın multikultural mühitində udilər və Alban kilsəsi haqqında məqalə yayımlandı

Azərbaycanın multikultural mühitində udilər və Alban kilsəsi haqqında məqalə yayımlandı

10:24 30 oktyabr 2026
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açıldı

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açıldı

10:17 30 oktyabr 2026
Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər