“İçki, siqaret, fahişə”
20 oktyabr 2012
07:30
Bizim ədəbi mühitdə qəribə yazıçı, şair tipləri var. İcazənizlə, onlardan ikisi haqda yazmaq istəyirəm.
Birinci tipə kişi yazarlar aiddir.
Bu tiplərin əsas xüsusiyyəti onların saxta olmalarıdır. Saxtalıq onların yazdıqlarında, özlərini aparmalarında, geyimlərində, hətta saqqallarında hiss olunur.
Onlar daim kədərli görsənməyə meyllidirlər. Daim özlərini yazıq vəziyyətdə göstərməyə çalışırlar. Türklər yaxşı deyir: “duyğu sömürüsü”.
Bu tiplərdən bəziləri diqqəti cəlb etmək, kədərli, faciəvi həyat yaşadıqlarını göstərmək üçün hətta intihara da cəhd edirlər. Ancaq niyə intihar etmək istədikləri bəlli deyil. Onların intiharlarından da saxtalıq yağır. Yəni onlar intiharı da bacarmırlar. İntiharı urvatdan salırlar (Heç olmasa intihar etsələr, ədəbiyyat tarixində buna görə qalardılar).
Çox vaxt siqaretlə şəkil çəkdirirlər. Çalışırlar ki, qəzetlərdə, saytlarda məhz ən kədərli şəkilləri dərc olunsun. Əgər şəkildə bir az şən görünürlərsə, onun qəzetdə, saytda çıxmasına heç cür razılıq vermirlər.
Proseslərə qoşulmaq üçün içkini özlərinə vasitə seçirlər. Yaxşı içməkləri ilə qürurlanırlar. Guya həyat bunları çox pis yerdən vurub, dünyanın dərdi üzərilərindədir, faciənin biri bir qəpikdir və dərdlərini unutmaq üçün içirlər. Yazılarında “içki, siqaret, fahişə” kimi mövzulardan da bol-bol istifadə edirlər. Onların bütün şeirlərində mütləq bir fahişə obrazı olur. Axırda da siqaret çəkirlər.
Söhbət açdığımız tiplər sosial şəbəkələrdə aktivdirsə, orda da öz fəaliyyətini davam etdirirlər. Facebookda kədərli statuslar yazırlar. Davamlı olaraq içdiklərini vurğulayırlar. Guya ölkədə bunlardan başqa içən, yaxud içməyi bacaran yoxdur.
Onlar ədəbiyyatda poza verməkdən başqa bir işə yaramırlar. Ədəbiyyata poza ilə gəlirlər, poza ilə də gedirlər. Əslində ədəbiyyata gəlmirlər. Ədəbi çevrələrə gəlirlər. Çayxanalardakı, kafelərdəki, Facebookdakı ədəbiyyata.
İkinci tip şairə qızlardır. Onlar üçün də ortaq cəhət kədərli olmalarıdır. (Müşahidə aparmışam. Nədənsə gözəl qızlar şeir yazmırlar. Yazanlar isə kədərdən, qəmdən, ələmdən, ölümdən, ayrılıqdan bəhs etmirlər. İctimai, fəlsəfi yükü olan şeirlər yazırlar.)
Bizim ölkədə belə şairələr çoxdur. Həyatdan, xəyanətdən, sevgidən partapart şeirlər yazırlar, amma həyatın, sevginin, xəyanətin heç ucunu görməyiblər. Onlar xəyallarla yaşayırlar.
İstəkləri budur ki, kimisə sevib onun xəyanəti ilə rastlaşsınlar. Mən vaxtaşırı onların şeirlərini oxuyuram. Dərd burasıdır ki, şeirləri də bir qəpiklik deyil. Kədər boldur. Amma nəyin kədəridir bəlli deyil. Onlar niyə bu qədər əziyyət çəkirlər? Sanki dünyanın və insanın problemləri təkcə bunları narahat edir.
Facebook ciddiyə almayın!
Bizim insanlar Facebooku çox ciddiyə alırlar. Bir-birləri haqda Facebookdakı fəaliyyətinə görə ehkam kəsməyi xoşlayırlar.
Məncə Facebook böyük bir çayxanaya bənzəyir və oranı elə də ciddiyə almağa ehtiyac yoxdur. Orda kiminsə yazdığı cümlə həmin adamın mövqeyini, fikrini ifadə etməyə bilər. Çünki biz orda ovqatımıza uyğun davranırıq. Əsəbi olanda kimisə acılayırıq. Əhvalımız yaxşı olanda camaata müsbət enerji ötürürük.
Virtual insanla real insan arasında fərqlər çoxdur. Facebookda çox radikal, aqressiv təəssürat oyandıran insan həyatda çox sakit biri ola bilər. Çox vaxt da belə olur. Məsələn, partiyalardan birinin gənclər təşkilatının üzvü var. Adam həmişə Facebook vasitəsilə ilə insanları cəsarətli olmağa, mitinqlərə çıxmağa səsləyir. Ancaq özü heç vaxt evdən bayıra çıxmır. Çünki həbs edilməkdən qorxur. Bax, Facebook belə yerdir. Qorxaqlar qəhrəman, qəhrəmanlar qorxaq ola bilər orda. Facebook elə bir yerdir ki, cild-cild kitablar yazmış professoru orda ələ salıb bir günün içində öldürə bilərlər. Facebook elə bir yerdir ki, 800 nəfər hansısa tədbirdə iştirak edəcəyini bildirir, ancaq cəmi 8 nəfər gəlir.
Bəzən şəxsən mənim də Facebook fəaliyyətimi çox ciddiyə alanlar olur. Hətta o dərəcədə ki, Facebookda yazdıqlarımın sifariş olduğunu düşünürlər. Elə bilirlər ki, kimsə mənə göstəriş verir, kimsə mənə siyahı verir. Kimsə deyir ki, filan-filan adamlar haqda Facebookda yaz. Vallah, belə bir şey yoxdur. Mən öz ovqatıma uyğun nəsə yazıram. Bu gün yazdığıma görə sabah peşman ola bilərəm. Yazmadığıma görə də. Bu səbəbdən də deyirəm ki, Facebooku çox da ciddiyə almayaq.

4448 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024