“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü təqdim olunacaq

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü təqdim olunacaq
15 aprel 2026
# 10:43

İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms 2” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümü ictimaiyyətə təqdim ediləcək.

Kulis.az xəbər verir ki, serialın təqdimat mərasimi aprelin 15-də saat 18:00-da Nizami Kino Mərkəzində keçiriləcək. Tədbirə giriş yalnız dəvətnamə ilə mümkündür.

Layihənin ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri isə Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını özündə birləşdirən serial 50 dəqiqəlik 12 seriyadan ibarətdir.

Serialın birinci mövsümündə hadisələr Muradın yay tətilini keçirdiyi kənddə baş verir. Onun kitablarla tanışlığı, xüsusilə Artur Konan Doylun əsərləri vasitəsilə Şerlok Holms obrazının təxəyyülündə canlanması süjetin əsas xəttini təşkil edir. Layihənin əsas ideyası mütaliənin insan həyatında rolunun ön plana çıxarılmasıdır. Eyni zamanda Muradın zəngin təxəyyülü vasitəsilə müxtəlif tarixi və mədəni şəxsiyyətlər canlandırılır ki, bu da layihəyə maarifləndirici məzmun qazandırır. Serial uşaqlar üçün dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydalarının təbliğini hədəfləyir.

Yeni mövsümdə hadisələr 11 yaşlı Muradın ətrafında cərəyan edir. O, “Əlaçı” bilik yarışmasında qalib olmaq arzusunda olsa da, qaydalara əsasən yarışmada iştirak hüququnu itirir. Bununla belə, Murad Lalənin öz kəndlərini təqdim etməsi üçün ona dəstək göstərir və hazırlıq prosesində fəal iştirak edir. Hadisələrin gedişində uşaqlar arasında rəqabət, dostluq münasibətləri və seçim qarşısında qalmaq kimi mövzular ön plana çıxır. Muradın xəyali dostu olan məşhur detektiv Şerlok Holms bu mövsümdə də ona dəstək olur.

“Mən, Lalə, bir də Şerlok Holms 2” serialı 19 aprel tarixindən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində tamaşaçılara təqdim olunacaq.

# 427 dəfə oxunub

Oxşar xəbərlər

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

18:44 8 may 2026
“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər