Dil imtahanı teleaparıcılara nə verəcək?
12 sentyabr 2012
10:15
Dilin inkişafında medianın – ələlxüsus televiziyanın müstəsna rolu barədə xüsusi izahata yəqin ki, heç bir ehtiyac yoxdur. «Efir dili» - insanların göz və qulaq yaddaşı ilə qəbul etdiyi, «efirdən eşitdiyi dil» - ədəbi dilin qorunmasında əsas aparıcı vasitə sayılır.
«Bu gün «efir dili» hansı səviyyədədir, ədəbi dil normalarına cavab verirmi?» sualını verməyə xüsusi lüzum görmürəm: şou verilişlərdən tutmuş ciddi xəbər proqramlarına qədər ləhcə və dialektlər, vurğunun pozulması adi, sıradan xətaya çevrilib. Sanki «kim daha çox məhəlli danışığı efirdən səsləndirəcək» şəklində elan olunmamış bir yarış aparılır: üslub yanlışlıqları, Azərbaycan dilinin xarakterinə uyğun olmayan cümlə quruluşları, yerli-yersiz alınma sözlərdən istifadə baş alıb gedir.
Film tərcümələrindəki vəziyyət daha acınacaqlıdır: tərcümə edilən dilin cümlə quruluşu qəlibini saxlamaq, qarşılığı olduğu halda sözün və ya ifadənin orijinalından istifadə ilə ana dilini ağırlaşdırmaq və təbii inkişafından yayındırmaq diqqəti dərhal özünə çəkən, başqa sözlə desək, üzdə olan problemlərdir. Daha ciddi və narahatlıq yaradan məsələləri vurğulamağa isə acınacaqlı laqeydliyin məntiqi nəticəsi olaraq ortaya çıxan qüsurlar imkan vermir.
Dövlətin aidiyyəti qurumlarının laqeydliyi və yaxud təsir imkanlarının məhdudluğunun bu sahədə qüsurların sərhəd tanımamağı ilə müşayiət olunduğu məqamda… Prezident İlham Əliyev «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında» Sərəncam imzaladı.
Sərəncama uyğun olaraq İşçi Qrupunun yaradılması və təkliflər layihəsinin hazırlanması çox gərəkli addımlardır və ölkə ziyalılarının bu prosesdə aktiv iştirakı hər kəsin təkcə vətəndaşlıq deyil, həm də vicdan və Ana qarşısındakı müqəddəs borcudur. Çünki söhbət Ana Dilindən gedir.
İşçi Qrupunun hazırladığı layihə barədə ətraflı danışmaq istəmirəm; zatən buna imkan da yoxdur. Çünki layihə ictimaiyyətə açıqlanmadığından, açıq müzakirələrin keçirilməsi təmin edilmədiyindən, orda hansı tədbirlərin nəzərdə tutulduğundan da xəbərsizəm.
Yalnız təkliflərdən bəziləri səsləndirilib ki, bunlardan biri də teleaparıcılar haqqındadır. İşçi Qrupu hesab edir ki, ildə bir dəfə teleaparıcıların ana dilindən imtahan verməsini təmin etməklə bu problemin qarşısını almaq mümkündür.
Məlumat üçün deyim ki, yazılı və internet mediasından fərqli olaraq, Azərbaycanda televiziya sahəsində çalışan aparıcıların «daşdan keçən» diplomları var. Doğrudur, bu diplomların heç də hamısı «humanitar sahələrdən» alınmayıb, ancaq hər kəsin ali təhsil müddətində «Azərbaycan dili»ndən imtahan verdiyi və hətta əla qiymət aldığına şübhə ola bilməz. Nəzərə alsaq ki, aparıcılar efirə də mütəxəssislərin ələyindən süzülüb keçir və hər gün «natiqlik»lə, sözlə məşğuldurlar, onda dil qanunlarını bilmədiklərinə görə dil normalarını pozduqları fikri məntiqli görünmür.
Məsələni bir qədər də xırdalayaq: hər hansı aparıcının Azərbaycan dilində neçə feli bağlamanın olmasını dəqiq sayına qədər bilməsi və ya tarixi qramatikadan məlumatlılığı onun nitqində və ya yazısında hansısa dəyişikliyə səbəb olacaqmı?
Birmənalı olaraq deyirəm: Yox!
Adi bir müqayisə ilə bunu aydınlaşdıra bilərik: dil normalarını yüksək səviyyədə bilən, dil tarixini tədqiq edən, Azərbaycan dilinin hansı ailəyə, qrupa aid olduğunu, tarixin hansı qatında formalaşdığını, hətta alınma sözlərin mənşəyini araşdıran, dillərin müqayisəsində misilsiz alim kimi tanınan istənilən ziyalının yazılarını, elmi əsərlərini, monoqrafiyalarını götürüb, vərəqləyin; nitqinə diqqət edin: nadir istisnaları qəbul edirəm, ancaq böyük əksəriyyətində ciddi qüsurlar müşahidə edəcəyinizə şübhəniz olmasın.
Və yaxud: Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını bir neçə günün içində əzbərləyib ildə bir dəfə imtahandan uğurla çıxan teleaparıcının «dil biliklərini» nitqində və yazısında tətbiq edəcəyinə əminsinizmi? Efirdəki aparıcıların böyük əksəriyyəti «dil imtahanından» uğurla çıxıb teleməkana üz tutan dünənki tələbələr deyilmi?
Ən pis, amma Azərbaycan reallığında müşahidə edilə biləcək ehtimalı da səsləndirək: teleaparıcılardan imtahan götürülməsində telemütəxəssislərin olması şərtdir. Telemütəxəssisin öz həmkarı sayılan aparıcını «kəsməsi» isə ciddi sual altındadır.
Bəlkə, effektli və işlək, təcrübədən keçmiş vasitənin tətbiqi üçün İşçi Qrupunun ictimai müzakirələrə başlaması daha yaxşı olar? Təbii ki, «layihəni» təsdiqlənməsi üçün artıq təqdim etməyibsə…

1274 dəfə oxunub
Oxşar xəbərlər
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024