Yusif Axundzadənin 80 illik yubileyi qeyd olundu

Yusif Axundzadənin 80 illik yubileyi qeyd olundu
5 fevral 2026
# 18:25

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında musiqi sənətinin görkəmli nümayəndəsi, general-mayor, professor, Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunub.

Kulis.az xəbər verir ki, yubilyarı təbrik edən Dövlət Uşaq Filarmoniyasının direktor müavini Leyla Muradzadə onun Azərbaycanda hərbi orkestrlərin formalaşmasında və inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb.

Qeyd edib ki, onun zəngin yaradıcılığı, yüksək musiqi mədəniyyəti və illər boyu yetişdirdiyi gənc musiqiçilər milli musiqi xəzinəmizin ayrılmaz hissəsinə çevrilib. Onun çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilib.

Daha sonra Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin direktoru Elvira Əhmədova, 17 nömrəli uşaq musiqi məktəbinin direktoru Samirə İsayeva, 4 nömrəli uşaq musiqi məktəbinin direktoru Dilbər Əhmədova Xalq artisti Yusif Axundzadənin yaradıcılığından söhbət açaraq ona ən xoş arzularını çatdırıblar.

Konsertdə Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri orkestri Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət proqramla çıxış edib. Dövlət Uşaq Filarmoniyasının birləşmiş xorunun ifasında isə M.Maqomayevin “Odlar Yurdu Azərbaycan” əsəri səslənib. Xorun bədii rəhbərləri Leyla Muradzadə və Aysel Mehdizadədir.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Yusif Axundzadə musiqiçilərə öz tövsiyələrini verib.

# 1401 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər