“Park” nəşriyyatından növbəti kitab: “Kinderland”

“Park” nəşriyyatından növbəti kitab:  “Kinderland”
6 fevral 2026
# 10:15

“Park” nəşriyyatında tanınmış rumın yazıçısı Liliana Korobkanın “Kinderland” romanı işıq üzü görüb.

Kulis xəbər verir ki, bu əsər vasitəçi dil olmadan rumın dilindən Azərbaycan dilinə birbaşa tərcümə edilmiş ilk romandır.

Tərcümə Jalə İsmayıla məxsusdur.

Kitabın yaxın vaxtlarda təqdimatının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Kinderland” romanı altı dilə tərcümə olunub. Əsərin qəhrəmanları kənddə yaşayan on iki yaşlı Kristina, onun kiçik qardaşları Daniel və Marçeldir. Uşaqların ata-anası işləmək üçün xaricə gediblər. Balacalar bütün çətinliklərin öhdəsindən təkbaşına gəlməyə çalışır və gecə-gündüz valideynlərinin evə qayıtmasını gözləyirlər.

“Kinderland”ın müəllifi Liliana Korobka 1975-ci ildə Moldovada anadan olub. Filologiya üzrə fəlsəfə doktorudur. Hazırda Kommunizm Cinayətləri və Rumın Miqrasiyası Araşdırmaları İnstitutunun əməkdaşıdır. Senzura haqqında bir neçə kitabın müəllifi və redaktorudur. L.Korobka 2007-ci ildən Rumıniya Yazıçılar Birliyinin, 2017-ci ildə Rumıniya PEN-klubunun üzvüdür. Əsərləri ingilis, alman, italyan, serb, sloven, Niderland və digər dillərə tərcümə edilib.

Yazıçı 2003-cü ildə “Neqrissimo” romanı ilə debüt edib. Roman “Ədəbi Rumıniya” jurnalının “Promotey” və Moldova Yazıçılar İttifaqının “Debüt nəsir” mükafatlarını qazanıb. L.Korobka “Bir il cənnətdə” (2005), “Kinderland” (2013) və “Evdə qalmış qızlar imperiyası” (2015), “Senzorun dəftəri” (2017), “Yolun başı” (2018), “Parabüzən” (2019) romanlarının müəllifidir. “Kinderland” romanı çap olunduğu il “Rumın kitabı” nəşriyyatının “Bookfest 2013”də bestselleri olub. Roman 2017-ci ildə Lyublyana Dövlət Teatrında səhnələşdirilib. “Kinderland” romanı Rumıniya Mədəniyyət Radiosunun nəsr üzrə mükafatını qazanıb.

Liliana Korobka Vilenisada keçirilən (Sloveniya) Beynəlxalq Ədəbiyyat Festivalının “Büllur mükafat”ının sahibidir. Rumıniya, Almaniya, Avstriya, Fransa və Polşada mədəniyyət qurumlarının qrant və təqaüdlərini qazanıb, müxtəlif illərdə Frankfurt Kitab Yarmarkasında, Leykerbad Ədəbiyyat Festivalında Rumıniyanı təmsil edib.

# 1824 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər