“Üzeyir Mehdizadə” sindromu
Üzeyir Mehdizadə sindromu şüurları daha çox məşğul edir.
Ondan xəbəri olmadığını heç kim iddia edə bilməz.
Bütün avtobuslarda onun mahnısı çalınır.
Eləcə də DVD satış yerlərində...
YouTube-da mahnıları dinlənmə rekordlarını alt-üst edir.
O bu şöhrəti TV-yə çıxmadan qazanıb.
Sosial medianın yeni qəhrəmanı olsa da, sosial şəbəkələrdə ona qarşı həmişə aqressiv sərt münasibət mövcuddur.
Amma dinləsək də, dinləməsək də Üzeyirin ictimai bir trend olduğunu gözardı etmək mümkün deyil.
Onu dinləyənlərə qarşı olan bir zehniyyət də darıxdırıcıdır, insanların istədiyi mədəni məhsulu istehlak etmək hüququ var.
Məni çoxdandır bir sual düşündürür: Üzeyiri bu qədər populyar edən nədir?
Niyə onun mahnıları bu qədər çox sevilir?
Oxunmaq istəyən bir yazarsınızsa, bu sual mütləq sizi də düşündürəcəkdir.
Üstəlik pop sosiologiyası, kütlə psixologiyası üstündə kafa yoran bir adamsınızsa, daha çox düşünəcəksiniz Üzeyir haqqında.
Mən də barədə uzun-uzun düşündüm.
70-lərdən bu yana çox dinlənən mahnıları YouTube-da açıb dinlədim, mahnı mətnlərini təhlil etdim.
Gəldiyim nəticəni sizinlə bölüşürəm:
Üzeyiri populyarlaşdıran onun bəsitlik də deyə biləcəyimiz ifrat sadəliyidir.
Misal üçün, bir zamanlar Flora xanımın ifasında populyar olan o məşhur mahnını xatırlayaq:
“Ayrılıq bir dənizmiş,
Sən uzaq yaşıl ada”.
Vaqif Səmədoğlunun misralarıdır.
Pisdirmi?
Yox, əlbəttə...
Burda simvolik bir anlam var, ayrılıq dənizini (oxu: önümüzdəki əngəlləri) keçib yaşıl adaya (Oxu: sənə) çatmalıyam.
Adi adamlar bu cür simvolikanı sevməzlər, onlar mahnıda deyilməli olan sözün birbaşa şəkildə ifadə olunmasını sevirlər.
Çünki simvolikanı anlamaq müəyyən bir bədii zövq tələb edir, bir az anlama qabiliyyəti lazımdır.
Cem Qaracanın mahnısındakı o cümləni xatırlayaq: “Həyatda heç bir şeyim az olmadı sənin qədər”.
Ən yaxın dostlarımdan biri ilə bu mahnıya qulaq asıb ağlamağımız yadıma düşür.
Bu misrada adi bir həqiqət yüksək bədii səviyyədə deyilir.
Üzeyirin musiqisində isə dinləyici ilə heç bir simvolik ya da bədii baryer yoxdur.
O, sözünü birbaşa deyir:
“O mənim olmalıdır, hamı bilsin”.
Bu mahnının klipində bir şey diqqətimi çəkdi.
Üzeyir “Onu xəyal edirəm siqaret damağımda” misrasını oxuyan zaman damağında bir siqaret də vardı.
Yəni bu qədər bəsit, bu qədər gerçək.
Bu mahnı YouTube-da 384 min dəfədən çox baxılıb.
Bəli, simvolikadan, hər cür bədii ifadə vasitələrindən məhrum çılpaq bir mətn məhz elə bu xüsusiyyətlərinə görə bu qədər tamaşaçı toplaya bilir.
Mən “Üzeyir sindromu”nu məhz bu cür izah edərdim.

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür
18:38
14 fevral 2025

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır
14:25
14 fevral 2025

Niyə evtanaziya əcəldən daha yaxşıdır?
17:00
11 fevral 2025

Vətənə, millətə xəyanət, uşaq istismarı
12:00
23 yanvar 2025

Sənət Allah üçündür
09:00
22 yanvar 2025

Peyğəmbərlik nədir?
15:00
7 yanvar 2025