“Qəbələdə kino günləri” başlanır

“Qəbələdə kino günləri”  başlanır
28 aprel 2026
# 13:30

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə aprelin 29-dan mayın 1-dək “Qəbələdə kino günləri” keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə AKİ-dən bildirilib: "Layihə çərçivəsində Azərbaycanın müasir, tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.

Bu təşəbbüsün əsas məqsədi paytaxtdan kənarda yaşayan tamaşaçıların da müasir Azərbaycan kinosu ilə daha yaxından tanış olmasına şərait yaratmaq, regionlarda kino mədəniyyətini canlandırmaq və xüsusilə gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır. Nümayişlərdən sonra filmlərin yaradıcı heyəti ilə müzakirələr və sual-cavab sessiyaları tədbirin əsas hissəsini təşkil edir".

Layihə çərçivəsində “Aranda kino günləri”, “Lənkəranda kino günləri”, “Şirvanda kino günləri”, “Gəncədə kino günləri” və digər bölgələrdə silsilə tədbirlər təşkil olunub. Proqramda həm dövlət sifarişi əsasında çəkilmiş, həm də müstəqil Azərbaycan filmləri yer alıb.

Tədbir çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu” qısametrajlı sənədli filmi, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar”, Daniel Quliyevin “Uzaq” qısametrajlı bədii filmləri nümayiş olunacaq.

Qeyd edək ki, AKİ bu təşəbbüslə milli kinonun regionlarda daha geniş auditoriyaya çatdırılmasını və kino sahəsində dialoqun inkişafını hədəfləyir.

# 987 dəfə oxunub

Oxşar xəbərlər

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər