Yumor hissi insanda yeganə ilahi keyfiyyətdir... - Məşhur alman filosofdan aforizmlər

Yumor hissi insanda yeganə ilahi keyfiyyətdir... - Məşhur alman filosofdan aforizmlər
28 aprel 2026
# 15:00

Kulis.az məşhur alman filosof Artur Şopenhauerdən aforizmləri təqdim edir.

Ağıllı insanlar təklik axtarmaqdan daha çox, axmaq insanların yaratdığı səs-küydən qaçarlar.

Anadangəlmə yalnız bir səhv var — bu, güya biz xoşbəxtlik üçün doğulmuşuq inamıdır.

Başqalarına bənzəməyə çalışaraq mənliyimizin dörddə üçünü itirərik.

Bir insanın özündə nə qədər çox olsa, başqaları onun üçün bir o qədər az şey edə bilər.

Biri sizin üçün həqiqətən çox qiymətli isə, bunu ondan sanki bir günahmış kimi gizləyin. Çünki, buraxın insanları, itlər belə böyük dostluqlara dözə bilməzlər.

Cavanlıqda intuisiya, qocalıqda – düşüncə üstünlük təşkil edir: buna görə də birincisi poeziya, ikincisi fəlsəfə üçün əlverişlidir.

Ciddinin arxasında zarafat gizlənirsə bu ironiya, zarafat arxasında ciddi olan zarafatdırsa bu yumordur.

Dahi ilə dəlinin bənzərliyi ondadır ki, hər ikisi də bütün insanlardan fərqli bir dünyada yaşayır.

Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır.

Evlənmək hüquqlarınızı yarıya endirmək və məsuliyyətlərinizi iki qat artırmaqdır.

Əxlaqı təbliğ etmək asandır, ona haqq qazandırmaq çətindir.

Əqli cəhətdən başqalarından üstün olan insan üçün tənhalıq ikiqat fayda verir: birincisi, tək olması, ikincisi isə başqaları ilə olmamasıdır.

Ən böyük hikmət indiki vaxtdan həzz almağı həyatın ali məqsədi etməkdir, çünki bu yeganə reallıqdır, qalan hər şey ağıl oyunlarıdır.

Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz.

Fəxr eləməyə heç nəyi olmayan miskin insan mümkün olan yeganə şeydən yapışır və mənsub olduğu milliyyəti ilə qürrələnir.

Gənclik nöqteyi-nəzərindən baxsaq, həyat sonsuz gələcəkdir; qocalıq nöqteyi-nəzərinə görə isə çox qısa keçmişdir.

Gözəllik əvvəlcədən ürəyi fəth edən açıq təklifedici məktubdur.

Hər bir insan yalnız tək olduğu müddətdə tamamilə özü ola bilər. Yalnızlığı sevmirsə, azadlığı da sevməyəcək, çünki insan sadəcə yalnız ikən həqiqi mənada azaddır.

Hər insan öz fikir sahəsinin sərhədlərini dünyanın sərhədləri kimi qəbul edir.

Həyatımızın ilk qırx ili bir mətndir, sonrakı otuz il isə mətnin əsl mənasını dərk etməyimizə kömək edən şərhlərdir.

Xoşbəxtlik ağrıdan azad olmaq hissidir.

Xalq həmişə yeniyetmədir.

İnsan istədiyi hər şeyi edə bilər, lakin o, hər şeyi istəyə bilməz.

İstedad heç kimin vura bilməyəcəyi hədəfi vurur; Dahi heç kimin görə bilmədiyi hədəfi vurur.

Qəzetlər tarixin saniyə əqrəbləridir.

Qürurun ən ucuz növü milli qürurdur.

Mərhəmət əxlaqın təməlidir.

Məntiqlə bəslənməyən şey məntiqlə idarə oluna bilməz.

Oxumaq, deməli, öz başınla birlikdə başqasının başı ilə fikirləşmək.

Tale kartları qarışdırır, biz də oynayarıq.

Tənhalığı sevməyən azadlığı sevmir, çünki yalnız tənhalıqda azad olmaq olar.

Şöhrətpərəstlik insanı boşboğaz edir.

Yumor hissi insanda yeganə ilahi keyfiyyətdir.

Şükür ki, yüz axmaq bir araya gəlsə, bir ağıllı adam etməz.

Tarixin dediyi əslində bəşəriyyətin uzun, ağır və qarışıq arzusundan başqa bir şey deyil.

Təbiət, insan növünü ikiyə bölərkən xətti ortadan çəkməmişdir.

Nəzakət eqoizmin əncir yarpağıdır.

# 1913 dəfə oxunub

Oxşar xəbərlər

"Şimal qadınları və ezoterizm"  adlı sərgi açıldı

"Şimal qadınları və ezoterizm" adlı sərgi açıldı

15:30 2 noyabr 2026
Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

15:00 2 noyabr 2026
Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

14:00 2 noyabr 2026
Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

12:10 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər