Mir Cəlal Paşayev haqqında material istifadəçilərə təqdim edildi

Mir Cəlal Paşayev haqqında material istifadəçilərə təqdim edildi
27 aprel 2026
# 12:41

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, yüzlərlə tələbənin qəlbində, hafizəsində silinməz izlər, gözəl xatirələr ilə qalmış, görkəmli yazıçı, tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü tamam olub.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən “Dövrün mənzərəsini ədəbiyyatımızda canlandıran böyük ziyalı” adlı biblioqrafik icmal hazırlanıb.

Kulis.az xəbər verir ki, ədəbiyyatımızın görkəmli nümayəndəsi , Əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin zəngin və çoxşaxəli elmi-publisistik və bədii irsini gənclər arasında tanıtmaq və təbliğ məqsədilə hazırlanan vəsaitdə Mir Cəlal haqqında rəsmi sənədlərin tam mətni, layiq görüldüyü mükafatlar, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda akademik Nizami Cəfərovun “Mir Cəlal, yaxud ədibin idealları”, professor Şirindil Alışanlının “XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni” adlı məqalələrin tam mətni də yer alır.

Vəsaitdə, alimin müəllifi olduğu və Azərbaycan, türk, rus dillərində nəşr edilən “Füzuli sənətkarlığı”, “Ədəbiyyatda romantizm”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Mirzə Ələkbər Sabirin sənət dünyası”, “İki rəssam”, “Azərbaycanda ədəbi məktəblər”, “C.Məmmədquluzadə realizmi haqqında” kimi 50-dən çox kitabın qısa annotasiyası və biblioqrafik təsviri təqdim edilir. Biblioqrafik icmalda görkəmli ədib haqqında qələmə alınan “Mir Cəlalın yaradıcılıq aləmi”, “Mir Cəlalın fikir dünyası”, “Mir Cəlalın milli idealları”, “Mir Cəlalın aforizmləri”, “Əbədiyaşar professor Mir Cəlal Paşayev” kimi kitablar, dövri mətbuatda və məcmuələrdə çıxan məqalələrin siyahısı da sərgilənir.

Filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayev haqqında hazırlanan “Dövrün mənzərəsini ədəbiyyatımızda canlandıran böyük ziyalı” adlı biblioqrafik icmal kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.

# 1026 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər