Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə sənətkarlıq mərkəzlərində

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə   sənətkarlıq mərkəzlərində
28 aprel 2026
# 10:25

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində bir sıra mühüm dini, tarixi-memarlıq abidələri və sənətkarlıq mərkəzləri ilə tanış olublar.

APA xəbər verir ki, səfər zamanı ilk olaraq Heydər Əliyev Fondu tərəfindən bərpa edilən XVIII əsrə aid Xan məscidi kompleksi ziyarət olunub. Məscidin imamı qonaqlara abidənin tarixi və burada yeni yaradılmış muzey haqqında ətraflı məlumat verib, sonda onlara "Qurani-Kərim" hədiyyə edilib.

Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində bərpa və konservasiya işləri yekunlaşan bir sıra obyektlərin açılışında iştirak ediblər. Onlar Şəki Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan 3 mindən çox eksponatla tanış olub, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində usta Tofiq Rəsulov və şagirdləri ilə birgə şəbəkə nümunələrinin hazırlanması prosesində iştirak ediblər.

Səfər çərçivəsində, həmçinin Şəkinin qədim dulusçuluq irsini yaşadan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq keçirilib. Keramistlərin hazırladıqları nümunələrdə Leyla Əliyevanın rəsm əsərlərindən ilhamlandıqlarını bildirmələri xüsusi maraqla qarşılanıb. Həyata keçirilən bu layihələrin Şəkinin turizm potensialını artırmaqla yanaşı, milli dövlətçilik və sənətkarlıq ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyi vurğulanıb. Səfərin sonunda sənətkarlar və mərkəz kollektivi ilə xatirə şəkilləri çəkdirilib.

# 817 dəfə oxunub

Oxşar xəbərlər

Yaponiyada fotoqrafiya sərgisi keçirildi

Yaponiyada fotoqrafiya sərgisi keçirildi

18:00 17 sentyabr 2026
Şahzadə Diana haqqında yazılan kitab oğurlandı

Şahzadə Diana haqqında yazılan kitab oğurlandı

17:30 17 sentyabr 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

17:11 17 sentyabr 2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu

Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu

17:05 17 sentyabr 2026
"Bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən..." - Con Syorl

"Bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən..." - Con Syorl

17:00 17 sentyabr 2026
Dünyanın ən yaxşı pizzaxanası bəlli oldu

Dünyanın ən yaxşı pizzaxanası bəlli oldu

16:30 17 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər