“Hər qələmdən bir həyat” adlı antologiyanın təqdimatı keçirildi

“Hər qələmdən bir həyat”  adlı antologiyanın təqdimatı keçirildi
27 aprel 2026
# 13:54

"Misra Book Cafe"də Gənc Yazarlar İttifaqının 20 üzvünün qələmə aldığı “Hər qələmdən bir həyat” adlı antologiyanın təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca aparıcı, jurnalist və yazar Nuray Rəşid tədbiri açıq elan edib.

Rəsmi hissədə ilk söz Gənc Yazarlar İttifaqının sədri, yazar Səbinə Dənizə verilib. O, çıxışında ittifaqın fəaliyyəti barədə ətraflı məlumat verərək, təşkilat daxilində yaradılmış ədəbi klublardan bəhs edib. Səbinə Dəniz bildirib ki, təqdim olunan antologiya GYİ-nin ilk ədəbi layihəsidir və bu təşəbbüs gələcəkdə yeni layihələrin əsasını qoyacaq.

Daha sonra söz GYİ ilə əməkdaşlıq edən “Portuqa” nəşriyyatının naşiri, yazar Akşin Xəyala verilib. O, antologiyanın çap prosesi haqqında məlumat verərək, Gənc Yazarlar İttifaqı ilə əməkdaşlığın gələcəkdə daha geniş və əhəmiyyətli layihələrlə davam etdiriləcəyini vurğulayıb.
Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Bir çox müsabiqələrin qalibi olan qiraətçi və şair Qorxmaz Mahmudov özünün, eləcə də Eltun Səfərlinin, Bəsdi Alıyevanın (Kölgə) və Rəşid Nəsirzadənin şeirlərini səsləndirib.

Bədii hissənin sonunda tədbirə rəng qatmaq məqsədilə Gənc Yazarlar İttifaqının şeir və nəsr yazan üzvləri arasında 10 dəqiqəlik müsabiqə təşkil olunub. Qonaqların münsif heyəti kimi iştirak etdiyi yarışmada səsvermənin nəticələrinə əsasən Qorxmaz Mahmudov qalib elan edilib.
Tədbirin yekununda GYİ üzvü Ədilə Əliyeva ittifaq adından çıxış edərək sədr Səbinə Dənizə hədiyyələr təqdim edib. Səbinə Dəniz də öz növbəsində üzvlərə xatirə hədiyyələri
verib.

Tədbirdə bookbloggerlər də iştirak edib, həmçinin GYİ üzvlərinin müəllifi olduğu kitablardan ibarət satış stendi qurulub.

Sonda xatirə şəkilləri çəkilərək tədbir başa çatıb.

# 1016 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər