Salam Qədirzadənin qızı Seymur Baycanı ittiham etdi MƏQALƏ

Salam Qədirzadənin qızı Seymur Baycanı ittiham etdi <span style="color:red;">MƏQALƏ
10 aprel 2015
# 13:37

Kulis mərhum yazıçı Salam Qədirzadənin qızı Leyla Qədirzadənin “Bəzi azadlıqların tərs üzü” məqaləsini təqdim edir.

(Seymur Baycanın Salam Qədirzadədən etdiyi plagiat haqqında)

Sovet Hökumətinin hələ təzə vaxtlarında “Qlavlit” - Nəşriyyat və Ədəbiyyat işləri üzrə Baş İdarə adlanan struktur yaradılmışdı. Nəşr məhsullarının məzmununa nəzarət də bu idarənin vəzifəsinə daxil idi.

Keçmiş SSRİ-də 1998-ci ilədək fəaliyyət göstərən bu qədimdən qalma “nadzor” institutunun ləğvindən 17 il keçib. Biz çoxdan gözlədiyimiz söz azadlığını əldə etdik, təəssüf ki, çoxları bunu öz anladıqları kimi başa düşür, KİV-i ucu-bucağı olmayan zibilliyə çevirirlər.

Bu yaxınlarda məşhur internet jurnallardan birində özünü yekə-yekə yazıçı-publisist adlandıran Seymur Baycan adlı birinin hekayəsi çap olunmuşdu.

Əvvəlcə bir az “əsər” haqqında danışaq. Əlbəttə, hər şey haqqında yazmaq olar. Əsas odur ki necə? Qara porno janrında yazılan bu “hekayə” küçədə problemli yeniyetmələrin danışdığı dildə yazılıb. Bu dilin yazıçı istedadına, ədəbiyyat dilinə heç bir aidiyyatı yoxdur. Amma onun bu şübhəli müəllif səviyyəsini hələlik bir kənara qoyaq.

Bu “hekayə”nin 3 səhifədən ibarət birinci, həm də peşəkarca yazılan yeganə hissəsi - qəhrəmanların tanışlıq səhnəsi bizim atamız Salam Qədirzadədən plagiatdır (“Kəndimizdə bir gözəl var”). Görünəni müəllif romantik səhnədən nəinki ilhamlanıb, hətta qonşu partadan inşa köçürən məktəbli kimi sözbəsöz köçürüb. Yalnızca qəhrəmanların adını dəyişdirib. Biz prinsipial olaraq onun bu “əsər”inin adını qəsdən yazmırıq, çünki Baycan kimiləri üçün qalmaqal yaxşı reklamdır.

Baycanın hekayəsinin ardınca başqa bir məşhur internet qəzetdə plagiatı aşkarlayan məqalə çap olundu. Atamızın müəllif hüquqlarını müdafiəyə qalxdığı üçün jurnalist sağ olsun, amma o məqalənin oxucu ajiotajı yaratmaq məqsədi güdən başlığı və Baycandan götürdüyü frazalar həmin jurnalistə başucalığı gətirmir.

Bizim tərəfimizdən plagiat faktı Müəllif Hüquqları Agentliyində sübut olunsa da Baycanı məhkəməyə vermək istəmirik. Bizə onun rəsmi üzrxahlığı da lazım deyil. Bu gün -10 aprel yaradıcılığının çiçəklənən çağında dünyadan köçən atamızın ad günüdür. Biz romantik sevgi və təmiz münasibətləri tərənnüm edən kitabları bir neçə nəsil gənclərin və yazıçıların stolüstü kitabı olan, ədəbiyyat və jurnalistikaya böyük töhfələr vermiş atamızın xatirəsinə hörmət etməyi xahiş edirik.

Hörmətli, yazıçılar və jurnalistlər! Xahiş edirik, ucuz məşhurluğa qaçmayın. Axı sizin vəzifəniz oxucunun intellektual səviyyəsini artırmaqdır, onu ayaqyolu quyusuna itələmək yox. Əlbəttə, bu sözlər qələm əhlinin müəyyən bir qisminə aiddir.

Bəli, senzura ləğv olunub, amma o, “üzərinə şərəfli, həm də fövqəladə məsuliyyətli jurnalist missiyası götürən hər kəsin içində oturmalıdır”.

Bu sözləri mən uzun illər əvvəl “Vışka” qəzetində oxumuşdum, nəyə görəsə yadımda qalıb. Bax, bu sözləri yazan o jurnalistə təşəkkür edirəm.

Qeyd: Ruscadan tərcümə Aliyənindir

# 2365 dəfə oxunub

Oxşar xəbərlər

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər