Misirdə Nizami Gəncəvinin əlyazmaları tapılıb

Misirdə Nizami Gəncəvinin əlyazmaları tapılıb
5 may 2015
# 11:49

Dünya sivilizasiyasının əsas irsi mənbələrindən olan Misirdə, dünyanın ən məşhur kitabxanaları yerləşir. Bu kitabxanaların ən önəmlilərindən biri paytaxt Qahirədə, Nil çayının qoynunda yerləşən “Misir Kitablar Evi” dir (Dəru əl-Kutub əl- Misriyyə). Bu kitabxanada müxtəlif dillərdə yazılmış altmış minə yaxın əlyazma nüsxə mövcuddur. Nizami Gəncəvinin bu kitab evində olan əlyazmaları var. Nizami Gəncəvinin “Xəmsə”si də həmin kitabxanadan tapılıb. Burada Nizaminin “Xəmsə”sinin altı tam əlyazma nüsxəsi vardır. Haqqında bəhs edilən altı nüsxə bunlardır :

1. Nizaminin “Xəmsə”si dedikdə, 596-cı (1200) ildə (597 (1201) və ya 599 (1203) deyənlər də var) vəfat etmiş Cəmaləddin Əbu Muhamməd İlyas ibn Yusif ibn Muəyyid ən-Nizami əl-Gəncəvinin əsərləri nəzərdə tutulur. Bu şeirlər fars dilində beş məsnəvidən ibarətdir: “Sirlər “xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” (Bəhramnamə) və “İskəndərnamə”. Birincisi “Sirlər xəzinəsi”dir ki, ilk iki misrası belədir :

Bismilləhir Rəhmanir Rəhim

Hikmət xəzinəsinə açar budur ey həkim

Qızıl və bəzəkli daşla bəzədilmiş əlyazması 350 vərəqdən ibarətdir. Hər səhifə 21 sütuna bölünmüşdür. Sətirlərinin sayı 21, ölçüsü 32.5 x 21 sm-dir. Kitabda qızıl və rənglərlə bəzədilmiş miniatürlər var.

2. Başqa nüsxəsi də var. Əvvəli qabaqkı nüsxə kimidir. Rəngli, cild halında əlyazmadır. Əvvəli və hər bir beş məsnəvinin əvvəli qızılla bəzədilmiş və gözəl xətlə yazılmışdır. Yazı hicri tarixi ilə 1042-ci (1633) il, Şəvval ayının əvvəli, üçüncü gün tamamlanmışdır. Əlyazma 305 vərəqdən ibarətdir. Sətirlərinn sayı 23, ölçüsü 17x28 sm.-dir.

Kitabda fars-hind üsulu ilə bəzədilmiş dörd miniatür var. Nüsxənin əvvəlində, birinci vərəqdə şairin tərcümeyi-halı yazılmışdır.

3. Başqa nüsxəsi də var. Əvvəli qabaqkı nüsxə kimidir. Cild halında əlyazmadır. Zeynulabidin əş-Şirazinin xətti ilə yazılmış bu kitab qızıl və naxışlarla bəzədilmişdir. Yazı hicri tarixi ilə 1249-cu (1833) il, Məhərrəm ayında tamamlanmışdır. Kitab Mirzə Seyidin istəyi ilə yazılmışdır. Əlyazma 284 vərəqdən ibarətdir. Sətirlərin sayı 25, ölçüsü 25.5x15.5 sm.-dir. Kitabın gözəl rəngli miniatürləri və naxışları var.

4. Başqa nüsxəsi də var. Əvvəli qabaqkı nüsxədə olduğu kimidir. İçərisi və üzü qızılla bəzədilmiş cild halında əlyazmadır. Kitabın bütün vərəqləri qızıl və yaşıl mürəkkəblə bəzədilmişdir. Gözəl xətlə yazılmışdır. Yazı hicri tarixi ilə 983, 987-ci (1575, 1579) illərdə tamamlanmışdır. Əlyazma 300 vərəqdən ibarətdir. Sətirlərin sayı 25, ölçüsü 28x17 sm.-dir. Cildlərin içərisində fars üsulu ilə çəkilmiş çoxlu miniatürlər var.

5. Başqa nüsxəsi də var. Əvvəli qabaqkı nüsxə kimidir. Cild halında əlyazmadır. Əvvəli və hər bir beş məsnəvinin əvvəli bəzədilmişdir. Birinci və ikinci səhifələr qızıl və rənglərlə, qalan səhifələr isə qızıl və yaşıl mürəkkəblə bəzədilmişdir. Nüsxə Zeynulabidin əl-Husni əl-Məşhədinin xətti ilə gözəl yazılmışdır. Yazı hicri tarixi ilə 895-ci (1490) ildə Şah Əbul Qasim adı ilə tamamlanmışdır. Əlyazma 210 vərəqdən ibarətdir. Sətirlərinn sayı 27, ölçüsü 32x21 sm.-dir.

6. Əvvəli qabaqkı nüsxədəki kimidir. Cild halında əlyazmadır. Qızıl ilə bəzədilmişdir. Nüsxə Məcduddin Əli ibn Xıdr şah ibn Həsənşah Bəhrabadinin xətti ilə gözəl yazılmışdır. Yazı hicri tarixi ilə 935-ci (1529) il, Cəmədulaxır ayında tamamlanmışdır. Əlyazma 336 vərəqdən ibarətdir. Sətirlərin sayı 23, ölçüsü 24x16 sm.-dir.

Nizaminin “Xəmsə”sinin əvvəli belədir:

Nüsxə əlyazmadır. Tarix yazılmamışdır. 223 vərəqdən ibarətdir. Sətirlərin sayı 14, ölçüsü 22.5x11.5 sm.-dir.

Tədqiqatlar davam edir və yaxın gələcəkdə ölkəmizlə bağlı yeni əlyazmalar haqqında məlumatlar ortaya çıxarılacaq. Tədqiqatı Qahirə Açıq Amerika Universitetinin Ərəb dili və Ədəbiyyatı fakültəsinin doktorantı Seymur Nəsirov aparır.

# 2292 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

12:00 6 noyabr 2024
# # #