Tarixin ən amansız qadın qatilləri

Tarixin ən amansız qadın qatilləri
6 fevral 2014
# 08:45

Kulis.az qatil qadınlarla bağlı araşdırmanı təqdim edir.

“Qanlı qrafinya”

Tarixin ən vəhşi və amansız qatili macar qrafinyası Yelizaveta Batori hesab olunur. 40 yaşından sonra zövq və gəncliyini geri qaytarmaq üçün bakirə qızları öldürən, qulluqçularına ağlasığmaz işgəncələr verən üç uşaq anası Yelizaveta Batori tarixdə “Qanlı qrafinya” kimi tanınır.

Həyatı dəhşət filmlərindən daha qorxunc qrafinya Batori - bu acımasız qaniçən gözəl və əsilzadə qadın 1560-cı ildə Macarıstanda doğulub. Qrafinyanın əmisi Stefan Batori Polşa kralı, qardaşı Qabor Batori Transilvaniyanın, indiki mərkəzi Rumıniyanın hökmdarı olublar. Yelizavetanın dayılarından biri satanist və maq, xalası Karla sadist meylləri olan lezbiyan idi.

Qrafinya ölümün və qanın hərisi idi. 650 yaxın gənc qızı öldürdüyü deyilir. “Ginnesin rekordlar kitabı”na öldürdüyü insanların sayına görə düşüb. O, gənc və gözəl görünmək üçün öldürdüyü gənc qızların qanı ilə çimirmiş. Əsilzadə olduğu üçün cinayət ortaqları edam edilsə də, qrafinyaya toxunmurlar. Onu qəsrlərdən birinin otağına salıb, otağın qapı və pəncərələrini hörürlər. Yalnız yemək vermək üçün balaca bir deşik saxlayırlar. Bu ağır şərtlərdə qrafinya Batori 3 ildən çox yaşaya bilir. Ölərkən son sözləri “Mən yenidən qayıdacağam” olur.

"Gözəl yırtıcı"

Ailənin dörd uşağından biri İrma İda İlza Qreze 1923-cü ildə kasıb bir ailədə doğulub.

1936-cı ildə anası intihar edir və bu səbəbdən İrma lazımi təhsil ala bilmir, 15 yaşında məktəbi atır. Amma özünü “Alman Qızları İttifaqında” göstərə bilir. 1943-cü ildə onu Osvensimə göndərilir. Ravensbruk, Auşvis (Osvensim) və Berqen-Belzen nasist ölüm düşərgələrində nəzarətçi işləyir.

"Sarışın şeytan", "Ölüm mələyi", "Gözəl yırtıcı" ləqəbləri ilə tanınırdı.

1943-cü ilin axırında İrma Osvensimdə artıq baş nəzarətçi idi. 20 yaşlı qız düşərgə personalında komendantdan sonra ikinci adama hesab edilirdi. Lakın həmişəlik nəzarətçi işləmək fikrində deyildi, o kino-ulduz olmaq istəyirdi.

Sağ qalmış düşərgə məhbusları İrma Qrezenin qəddarlığını təsdiq edirdi. Məhbuslara zülm vermək üçün müxtəlif fiziki və emosional üsullardan istifadə edirdi; qadınları döyə-döyə öldürür, təsadüfi güllə atmaqla məhbusları qətlə yetirirdi. Öz itlərini ac saxlayırdı ki, sonradan öz qurbanlarına qısqıra bilsin. Şəxsən özü yüzlərlə insanı seçib qaz kameralarına yollamışdı.

Qreze hər zaman ağır çəkmələr geyinirdi. Tapança və qamçını həmişə üstündə gəzdirirdi. O, 1945-ci ildə Berqen-Belzen düşərgəsinə keçirilir. Müharibənin sonlarına yaxın, 17 aprel 1945-ci il tarixində ingilislər tərəfindən əsir götürülür.

Edam günündən bir gün əvvəl öz həmkarı Elizabet Folkenrat ilə gülüb-danışır, mahnı oxuyurdular. Hətta onun boynuna ilgək keçiriləndə də üzünü çox təmkinli aparmışdı. Öz cəlladı Albert Pirpoynta yalnız bir söz, “tez ol” demişdir.

"Qadın göy saqqal"

Bella Sorenson Qiness doğulanda adı Brinhild Polsdatter Stores idi. Amerikada silsilə qətllər törədən bu qadın öz vəhşi xisləti ilə tanınırdı. Onu "Qara dul qadın" və "Qadın göy saqqal" adlandırırdılar.

Bella Norveçdə, Sor-Trondelaqa, Selbu gölünün sahilində doğulmub. Sonradan ABŞ-ya köçüb. "Qadın göy saqqal" tamahkarlıq naminə və ləzzət almaq üçün öldürürdü. Onun qurbanların sayı 42 nəfərdir.

1884-cü ildə Qiness Mads Ditlev Anton Sorensona ərə gedir, amma 1900-cu ildə əri müəmmalı şəraitdə ölür. Sabahı Bella sığorta şirkətinə müraciət edir və 8500 dollar sığorta pulunu onlardan alır. Sığorta haqqı almaq üçün Bellanın öz qızlarını zəhərlədiyini deyənlər də var.

Buna öyrəşəndən sonra, "Qara dul qadın" sevgi məktubları yazmağa başlayır və elanlarla orta yaşlı kişiləri yatağına dəvət edirdi. Onların heç xəbəri də yox idi ki, bu mamlı-matan xanım soyuqqanlı qatil ola bilər. Məlumdur ki, Sorenson 42 ərini dəfn etməklə 250 min dollara yaxın vəsait əldə edib.

Onun ölümü də faciəvi olub. Meyitini meşədə başsız və yandırılmış halda tapmışdılar (amma deyilənə gərə, tapılan onun meyiti deyildi, çünki yaxın zamanlarda İndianapolis Universitetinin tibb mütəxəssisləri onun meyitinin ekskumasiyasını aparmışdırlar və hələ ki heç bir nəticəyə gəlib çıxmayıblar).

“Əlacsız insanları öldürmək”

Daha bir Amerikalı qatil, Ceyn Toppan ancaq əlacsızları öldürürdü. 1863-cü ildə atası onu və bacısını yetimxanaya verir. 1885-ci ildə Toppan tibb bacısı olmaq üçün oxumağa başlayır. O, öz pasientlərinə morfi və atropin daxil etməklə eksperiment aparırdı. Ceyn dərmanların dozalarını çoxaltmaqla onların sinir sisteminə necə təsir edəcəyinə tamaşa edirdi. Toppan huşsuz pasientlərə toxunanda seksual həzz alırdı. 1899-cu ildə Ceyn öz bacılığını strixnin ilə zəhərləyir. 1901-ci ildə o, Olden Devisə xidmət edirdi (bundan qabaq artıq Olden Devisin həyat yoldaşını öldürmüşdü).

Bir neçə həftə ərzində Ceyn Devisi və onun iki qızını öldürdü. Sonradan Devisin qohumları toksikoloji ekspertizanı təyin etmək tələb edirlər. 26 oktyabr 1901-ci ildə Ceyn Toppanı həbs elədilər. Əvvəlcə 11 qətldə özünü təqsirli bilən Ceyn, sonradan bütün 31 qətli etiraf edərək boynuna götürdü. Məhkəmə onun ağıldankəm olduğu barədə qərar qəbul etdi və dəlixanaya yerləşdirdi. Ceyn dəlixanada, ömrünün axırına qədər qaldı. "Mümkün qədər çox insanları - əlacsız insanları öldürmək" - öz cinayətlərin səbəblərini Ceyn bu cür izah edirdi.

“Kişi düşməni”

Eylin Uornos cinsi oriyentasiyasına görə ancaq kişiləri öldürürdü. Amerikada doğulan bu qadın lezbiyan idi və kişilərə nifrət edirdi. 1989-1990-cu illərdə Florida ştatında 7 kişini qətlə yetirmişdi. Bir çox mütəxəssislər onu ABŞ-nin ilk “qadın-manyakı” adlandırırlar. Eylini 9 oktyabr 2002-ci ildə öldürücü inyeksiya ilə edam etdilər. Onun sonuncu sözləri - "Mən qayıdacağam" olub.

“Buhenvald cadugəri”

“Buhenvald cadugəri” adı verilən İlza Kox II dünya müharibəsi illərində öz qəddarlığı seçilən qadınlardan olub. Sevimli məşğuliyyəti əsirlərin bədənindəki döymələrdən əl çantası, stol üstü örtüklər düzəltmək idi. Bunun üçün o əsirlərə lüt soyundurar, bəyəndiyi bədənin dərisinin soyulmasında şəxsən iştirak edərdi. Əri ilə eyni düşərgədə çalışan İlza Koxu təəssüf ki, edam edə bilmirlər.

Dəfələrlə həbs olunsa da, həbsdən xilas olmağı bacarır. Nasist Almaniyasının yuxarı rütbəli zabitlərinin bir çoxunun məşuqəsi olan Kox etdiyi cinayətlərə görə ən az cəza ilə xilas olmağı bacarır.

# 8315 dəfə oxunub

Oxşar xəbərlər

45 yaşı tamam olmayan Akif Səməd 65 yaşında

45 yaşı tamam olmayan Akif Səməd 65 yaşında

13:12 22 iyul 2024
Bu gün Milli Mətbuat günüdür

Bu gün Milli Mətbuat günüdür

09:59 22 iyul 2024
"Apeks" adlı steqozavrın skeleti rekord qiyməyə satıldı

"Apeks" adlı steqozavrın skeleti rekord qiyməyə satıldı

12:45 18 iyul 2024
Daha yaxşı sevişir, daha yaxşı zorlanırdılar ki... - Ömər Xəyyam

Daha yaxşı sevişir, daha yaxşı zorlanırdılar ki... - Ömər Xəyyam

09:00 18 iyul 2024
Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj

Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj

15:00 12 iyul 2024
Məşhur “Qarabağ” mahnısının qəribə taleyi - Erməniyə görə qovulan bəstəkar

Məşhur “Qarabağ” mahnısının qəribə taleyi - Erməniyə görə qovulan bəstəkar

21:00 9 iyul 2024
# # #