Tarixdəki ən önəmli 23 kəşf - SİYAHI

Tarixdəki ən önəmli 23 kəşf - <span style="color:red;">SİYAHI
16 mart 2017
# 09:00

Kulis.Az tarixdəki ən önəmli 23 kəşfi təqdim edir.

Penisillin

Penisilin

1928-ci ildə şotlandiyalı alim Aleksandr Fleminq bu antibiotiki kəşf etməsəydi mədə xorasından, diş dibinin çirklənməsindən, streptokok boğaz ağrısından, qızılcadan, Layma xəstəliyindən ölə bilərdik.

Mexaniki saat

Mekanik Saat

İlk mexaniki saatın kim tərəfindən kəşf olunması müzakirələrə səbəb olsa da, 723-cü ildə çinli I-Hising tərəfindən icad edildiyi düşünülür.

Günəş sisteminin heliosentrik modeli

Kopernik Güneş Merkezliliği

Nikolay Kopernik 1543-cü ildə Günəş sistemi – heliosentrik - nəzəriyyəsini ortaya atdı. Bundan əvvəl geosentirik nəzəriyyə hakim idi, yəni Yer kürəsi kainatın mərkəzi hesab olunurdu.

Qan dövranı

Kan Dolaşımı

Kiçik və böyük qan dövranı. Tibdəki ən böyük kəşf hesab olunur. Uilyam Harvey tərəfindən icad olunub.

Pərli nasos

Dişli Pompa

İlk su nasosunu Antik dövrün yunan alimi Arximedin hazırladığı düşünülür.

Yerin Cazibə qanunu

Yer Çekimi

Nyutonun bu məşhur əhvalatını yəqin ki, bilməyən olmaz. Kəşfin tarixi 1664-cü ildir.

Pasterizasiya

Pastörizasyon

Fransız alim Lui Paster tərəfindən 1860-cı ildə edilən kəşf. Bu kəşf sayəsində qidalar bakteriyalardan təmizlənir.

Buxar maşını

Buhar Makinesi

İstilik enerjisini qismən mexaniki enerjiyə çevirən buxar maşınları Sənaye inqilabından sonra fabriklərdə əsas yerləri tuturdu. Kəşfi üç nəfərin adına yazırlar: ən çox bilinən Ceyms Vattdır, daha sonra Tomas Saveri və Tomas Nevkomen gəlir.

Kondisioner

Klima

Əvvəllər primitiv kondisionerlər var idi. Ancaq ilk elektrikli modern kondisioner 1902-ci ildə Villis Karier adında gənc bir mühəndis tərəfindən kəşf edilib.

Elektrik

Elektrik

İngilis fizik Mayk Faradeyin adı ilə bağlıdır. Etiraf edək ki, bu kəşf sayəsində həyatımız dəyişdi.

DNT

DNA

Çoxları DNT-nin 1950-ci ildə amerikalı bioloq Ceyms Vatson və ingilis həkim Frensis Krik tərəfindən kəşf edildiyini düşünsə də, əslində bu kəşf 1860-cı illərdə isveçli kimyagər Fridrix Mişerin adı ilə bağlıdır.

Anesteziya

Anestezi

Əvvəllər anesteziyanın yerinə tiryəkdən, spirtdən istifadə olunurdu. Ancaq 1847-ci ildə amerikalı cərrah Henri Biqelo xloroformu (keyidici maddə - red) və efiri ilk anesteziya kimi təqdim elədi. Ağrılı əməliyyatları xeyli yüngülləşdirdi.

Nisbilik nəzəriyyəsi

İzafiyet Teorisi

1905-ci ildə ortaya çıxan nəzəriyyə Nyutondan sonra ən böyük fizika kəşfi hesab olunur. Bu kəşf modern fizikanın əsası oldu.

Rentgen şüaları

X-Ray Işınları

Alman fizik Vilhelm Rentgen tərəfindən 1895-ci ildə kəşf edilib. Bu kəşfinə görə 1901-ci ildə Nobel mükafatına layiq görülüb.

Teleqraf

Telgraf

1753-cü ildən elektrikdən istifadə edərək uzaq yerlərlə əlaqə yaradılmağa səy göstərildi. Ancaq heç cür bir nəticə əldə olunmadı. 1835-ci ildə Jozef Henri və Edvard Devi ilk teleqrafı kəşf etdilər. Elektrikli relenin (elektriklə işləyən çevirmə cihazı – red) kəşfi uzaq yerlərlə əlaqənin təməlini qoydu.

Kimyəvi elementlərin dövrü sistemi

Periyodik Tablo

Hamımızın bildiyi kimi bu kəşf Dmitri Mendeleyevə aiddir. Bilinən bütün elementləri nizama salan bu sistem kimya sahəsində böyük kəşf hesab olunur.

İnfraqırmızı şüalanma

Kızılötesi

1800-cü ildə Uilyam Herşel kəşf edib. İnfraqırmızı şüalanma dalğa uzunluğu görünən işıqdan uzun, ancaq mikrodalğadan daha qısa elektromaqnit dalğasıdır. İnfraqırmızı şüaların dalğa uzunluğu 750 nanometrlə 1 mikrometr arasındadır. Bu gün infraqırmızı şüalanma meterologiya, astronomiya kimi sahələrdə istifadə olunur.

Nüvə maqnit rezonans

Nükleer Manyetik Rezonans

1938-ci ildə Amerikalı fizik İsidor Rabi tərəfindən kəşf edilib. Bu gün tibdə geniş istifadə olunan nüvə maqnit rezonans atom nüvələrinin maqnetik xüsusiyyətlərinə bağlı bir fiziki faktdır. Kəşf 1944-cü ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb.

Dəmir kotan

Döner Kulaklı Pulluk

XVIII əsrdə icad edilmiş dəmir kotan yalnızca torpağı qazmaqla qalmayıb eyni zamanda sərt zəminin əkilməsinə də yardım edir. Bu kəşf olmasaydı nə Şimali Avropada, nə də Amerikada kənd təsərrüfatı olmazdı.

Kamera-obskura

Karanlık Oda

Rəsmi ekranda əks etdirən optik alətdir. Kamera-obskuranın əsasında fotoaparatlar düzəldilib. Əvvəllər iynə dəliyi ilə rəsmin ekranda əks olunması prinsipi var idi, ancaq 1568-ci ildə venesiyalı Daniel Barbaro iynə dəliyini obyektivlə əvəz elədi.

Kağız

Kağıt

Əvvəllər papirus vardı, kağızı əvəz edirdi. Kağızın ilk dəfə əldə edilməsi Çinin Han sülaləsi dövrünə təsadüf edir.

Təbii seçmə

Doğal Seçilim Teorisi

Bioloji təkamülün əsas mexanizmlərindən biridir.

Maye kristal

Sıvı Kristaller

Avstraliyalı botanik, fizioloq Fridrix Reintzer 1888-ci ildə müxtəlif xolesterol törəmələrin fiziki-kimyəvi xüsusiyyətlərini araşdırarkən maye kristalları kəşf etdi. Bu kəşf olmasaydı indi LCD televizorlar olmayacaqdı.

# 21622 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #