Beş dəqiqəyə boşanan aktyor - Erdal Tosunun HƏYAT HEKAYƏSİ

Beş dəqiqəyə boşanan aktyor - <span style="color:red;">Erdal Tosunun HƏYAT HEKAYƏSİ
5 dekabr 2016
# 11:16

O, Türkiyənin ən məşhur aktyorlarından biri idi. Xüsusilə son illərdə çəkildi komediya filmlərindən sonra məşhurluğu daha da artmışdı. Amma amansız ölüm onu xəstəxana yolunda yaxaladı...

Uşaqlığı

Erdal Tosun 9 aprel 1963-cü ildə İstanbulda dünyaya gəlib. Əslən Balıkəsir Burhaniyəlidir. Anası Sevim Tosun, atası mərhum aktyor Necdet Tosundur. Erdal orta məktəbi Bəyoğlu Fındıklı liseyində bitirib. O, daha sonra Memar Sənan Universiteti Dövlət Konservatoriyasını bitirib.

Karyerası

Erdal kino həyatına 1981-ci ildə Atıf Yılmazın təklifi ilə “Mine” filmində rol alaraq başlayıb. 1985-ci ildə İstanbul Dövlət Teatrında rol alan aktyor Konservatoriyadan məzun olduqdan sonra Uğur Yücel, Suat Sungur, Tilbe Saran ve Özdemir Çiftçioğlu ilə birlikdə 25-30 nəfərlik qrupla “Özəl Teatr” qurdunu yaradıb.

Onlar 1988-ci ildə Vudi Allenin “Tanrı oyunu” tamaşasını ərsəyə gətirdilər, amma iki tamaşa göstərdikdən sonra teatr bağlanıb.

Sənətçi daha sonra Antalya Dövlət Teatrında işləməyə başlayıb. Murathan Munqanın “Mesopotamiya üçləməsi”, “Mahmud və Yezida”, “Taziyə, geyiklər, lənətlər” adlı tamaşalarda rol alıb. Bundan sonra o, dövlət teatrından çıxaraq Yılmaz Ərdoğanın Beşiktaş Mədəniyyət Mərkəzi (BKM) aktyorlarının yanında yer aldı. Bir çox filmlərdə və seriallarda çəkildi.

BKM-də “Bir dəmət tiyatro” və “Ölümsüz eşq” seriallarında da rol alıb. “Vizontele”, “Vizontele Tuba” və “Könül yarası” rol aldığı uğurlu filmlər siyahısındadır.

erdal heyat yoldasi ile.jpg görüntüleniyor

Erdal Tosun 2003-cü ildə Cem Yılmazın “G.O.R.A.” filmində də rol alıb. O, bu filmdə Cem Yılmaz, Rasim Öztekin, Özkan Uğur, Cezmi Baskın, Şafak Sezer, Özge Özberk, Ozan Güven, Engin Günaydın ilə birgə oynayıb.

Erdal Tosun 2011 ildə “Çalı çəngi” adlı filmdə Murat Cemcir, Əhməd Kural, Hazal Kaya ile birgə rol alıb. Aktyor axırıncı dəfə bu il “Küçük əsnaf” filmində çəkilib. Aktyor uğurlu karyerası boyunca ümumilikdə, 37 film, 18 serial və 7 teatr tamaşasında rol alıb.

Ailəsi

Erdal Tosun 1995-ci ildə İlknur Tosun ilə ailə qurub. Cütlüyün Zeynəb Kiraz adlı qızı var. Ancaq təəssüf ki, uzun illər davam edən xoşbəxt ailə həyatı ayrılıqla nəticələnib. Aktyor 20 illik həyat yoldaşı İlknur Tosundan boşanıb. Razılığa gələn cütlüyün boşanma prosesi 5 dəqiqə çəkib.

Ölümü

Noyabrın 30-u Türkiyə saatı ilə səhər 6.30-da Ləvəntdən Saryerə gedən istiqamətdə 34 EJ 8342 seriyalı, Beşiktaş Bələdiyyəsinin Planlama müdirinin sürücüsü Nikah Sakinin avtomobili maneəyə çırpılaraq içində Erdal Tosunun olduğu nəqliyyat vasitəsinin üzərinə düşüb. 53 yaşlı sənətçi avotomobildə dünyasını dəyişib. Onun cəsədini xilasedicilər avtomobildən 1 saat ərzində çıxarıb. Digər avtomobilin sürücüsü müalicə aldıqdan sonra tutulub.

Qara xəbərdən sonra sənətçi ilə 20 il evli olan keçmiş həyat yoldaşı İlknur Tosun cənazə avtomobilinin arxasınca qaçaraq “Məni Erdaldan ayırmayın”, “Məni də o maşına mindirin” deyib. Aktyorun anası isə huşunu itirib.

erdal qezaa.jpg görüntüleniyor

Qeyd edək ki, Erdal Tosunun atası da yol qəzasında dünyasını dəyişib. Rəngsiz filmlərin unudulmaz adlarından olan, “Yeşilçam” aktyoru Necdet Tosun, 48 yaşında Almaniyada yol qəzasına düşüb. O, İstanbulda 10 gün xəstəxanada qaldıqdan sonra dünyasını dəyişib.

Erdal Tosunun qardaşı Gürdal Tosun isə 33 yaşında xəstəlikdən vəfat edib. Gürdal Tosun atası və qardaşı kimi aktyor olub. İki qardaş “Bir dəmət tiyatro”da eyni səhnəni paylaşıblar.

2014-cü ildən ölən günə qədər böyrək çatışmazlığından əziyyət çəkən sənətçi həftənin üç günü hemodializ müalicəsi alıb. O, gələcəkdə ana ola bilməsi və sağlamlığına mənfi təsiri olmaması üçün qızı Zeynəbin böyrəyini qəbul etməyib. Aktyorla vida mərasimi Beşiktaş Mədəniyyət Mərkəzində (BKM) keçirilib.

Mədəniyyət və Turizm naziri Nabi Avcı Erdal Tosunun vəfatı ilə bağlı açıqlama verib: “Erdal Tosun sənətçi bir ailənin övladı olaraq gənc yaşlarından türk filmi və teatrı üçün bir çox uğurlu işlərə imza atıb, canlandırdığı rəngli obrazları ilə millətimizin sevgisini qazanıb”. Mərhum Erdal Tosuna Allahdan rəhmət, ailəsinə, sevənlərinə və sənət aləminə başsağlığı verirəm.

erdalin heyat yoldasi qizi.jpg görüntüleniyor

Aktyorla vida mərasimində 20 illik həyat yoldaşı İlknur Tosun onun haqqında danışıb: “Evli olduğumuz dövrdə aramızda keçən dialoqlardan sonra ona “Çox pissən” deyərdim. O da mənə dönərək “Mən heç bir şeyin azı ola bilmərəm” deyirdi. Sərt kimi görünsə də çox yumşaq qəlbi var idi. Yeməyi, içməyi sevir, sevdiyi insanlara qol-qanad olardı. Təkcə insanları deyil, bitkiləri və heyvanları da ürəkdən sevərdi. Çox comərd və zərif bir adam idi. Səni çox sevirəm, Erdal".

İlknur Tosundan sonra yaxın dostları Yılmaz Ərdoğanla Dəmət Akbağ da onun haqqında ürək dolusu danışıblar. Vida mərasiminə gələn sənət dostları da aktyorun ölümündən çox kədərlənib, göz yaşı tökürdülər. Xüsusilə Cem Yılmaz vida mərasimi boyunca hönkür-hönkür ağlayıb.

Erdal Tosun üçün Ləvəntdəki Afet Yolal məscidində cənazə namazı qılınıb. Daha sonra aktyorun cənazəsi Zincirlikuyu Qəbiristanlığına aparılıb. Onların ailə qəbiristanlığı üç mərtəbəli idi. Birinci mərtəbədə atası Necdət Tosun yatırdı. İkinci qatına da özü kimi gənc yaşda vəfat edən qardaşı Gürdal Tosun 16 il əvvəl dəfn edilmişdi. Üçüncü qata isə Erdal Tosun dəfn edilib.

Onun ölümü ilə bağlı türkiyəli sənətçilər kədərli paylaşımlar ediblər. Onlardan bəzilərini təqdim edirik:

erdal-gurdal tosun.jpg görüntüleniyor

Yılmaz Erdoğan:Qardaşımız, yol dostumuz Erdal abimizi qəzada itirdiyimiz üçün dərin kədər içindəyik. BKM ailəsi olaraq sənətçimizi ağrı ilə yola salırıq, yollarımız kəsişdiyi üçün özümüzü şanslı hesab edirik.”

Demet Akbağ: “Ahh Erdalım. Erdalımızı itirdik. İki qardaş çox tez qovuşdunuz. Məkanı cənnət olsun. Bu qış yaman pis başladı.”

Cem Yılmaz: “Sevgili Erdal qardaşımın yeri cənnət olsun. Çox üzgünəm, bütün sevənlərin başı sağ olsun.”

Bir müddət öncə verdiyi müsahibə

- Aktyorluğa gedən yolda atdığınız addımlardan danışardız

- Atamı itirəndə 12 yaşım var idi. O zamana qədər gözəl günlər keçirirdik. Ondan sonra qorxunc günlər başladı. Necdat Tosun ola bilmək çox çətin idi. Onun ölümündən sonra ailənin vəziyyəti göz qabağında idi. 18 yaşında Atrif Yılmaz mənə “Mine” filmində rol təklif etdi. O, bu təklifi edəndə mənim kimin oğlu olduğumu bilmirdi. Filmin çəkilişlərində əvvəlcə fikirləşdim ki, asan işdi. O vaxt mən Mərmərə Universitetinin jurnalistika və beynəlxalq münasibətlər fakültəsinin birinci kursunda oxuyurdum. Üçüncü kursa keçəndə həmin universitetdən çıxmağı qərara aldım. Sənətimi ciddiyə aldıqdan sonra bunun asan olmadığını, hətta çətin olduğunu anladım. Qazandığın pulları başqa işlərə xərcləyəndə “bizim sənət əziyyətlidi” dediyim günlər də olur.

- Dövlət teatrından çıxdıqdan sonra BKM-də aktyorluğa davam elədiniz. O dövrdə həyatınızda nə dəyişdi, niyə belə qərar verdinioz? Yılmaz Ərdoğan və BKM ilə yollarınız necə kəsişdi?

- Antalyadan qayıtmamışdan öncə “Bir dəmət tiyatro” filmi başqa adla çəkilməyə başladı. İstanbula gələndə mən də ora daxil oldum. Mən Yılmazla (Yılmaz Ərdoğan - red.) tanış oldum. Amma qardaşım Gürdal onlarla işləməyə başlamışdı. Yılmaz Ərdoğan və Necati Akpınar - bu iki çılğın dost evlərini satıb, teatr qurmağa qərar vermişdilər. Gürdal BKM-in əsas heyətinə daxil olmuşdu. BKM-in hazırladığı “Otogargara” tamaşası çox böyük uğur qazandı. Onlar indi də çox uğur qazanır.

erdal5.jpg görüntüleniyor

- Ssenari gələndə onu necə dəyərləndirirsiniz? Önünüzə gələn mətnləri süzgəcdən necə keçirirsiniz?

- Sseneri və oradakı rol mənə maraqlı gəldisə, geridə qalan ancaq mənim üçün xırda detallardır. Ssenari məni həyəcanlandırırsa, mən əlimdən gələni edərəm. Mənim üçün önəmli olan, oynayacağım rolun nə qədər böyüklülüyü deyil, nə qədər təsiredici olmasıdır. Məni hərəkətə gətirəcək bir şey varsa heç düşünmürəm.

- Bu günə qədər sizə ən çox təsir edən rol hansıdır?

- Ən yaxşı rolum deyil, bəlkə də, amma ən çox ləzzət aldığım rol “Vizontele” filmindəkidir. İki “Vizontele” mənim üçün xüsusi filmlərdir. Zamanında dəyərləndirilən və çox gözəl ssenarisi olan filmdir. Bundan əlavə oynadığım bütün filmləri də sevirəm. Cem Yılmazın “Yahşı batı” filminin qala gecəsində bir jurnalist mənə sual verdi: “Bu filmdə oynamaq istərdiz?” Cavabım belə oldu: “Mən bütün filmlərdə oynamaq istəyirəm”

- Pərəstiş elədiyiniz film hansıdır?

-

Sevdiyim film Sergio Leonenin “Bir zamanlar Amerika” filmidir. Türk filmləri də uğurludur. Çox gözəl filmlər var və son illərdə daha da gözəlləri olacaq.

- Film ya teatr? Özünüzü daha çox hansında görürsüz?

- Belə bir seçim etmək mümkünsüzdür. Teatr olmadan film deyilən bir şey yoxdur. Teatr ana sənətdir, film isə 7-ci sənətdir. Teatrın bacara və göstərə bilmədiklərini film göstərir. Belə olduqda film çox gözəldir, amma alt şüurda teatr dayanmayan bir film çox zəifləyir və sənədli filmə oxşayır.

- Ailə həyatınızdan bir az bəhs edə bilərsiz? Qızınız Zeynəbin aktrisalığa istedadı var?

- Mən həmişə ailəsi ilə çox xoşbəxt olan bir aktyor olmuşam. Bir az qapalı dövrdə yaşamağımın işlərimə mənfi təsir elədiyini gördüm. Qapalı dövrdə yaşamağı sevirəm. Ailəmlə birlikdə olmaq məni xoşbəxt edir, onlara çox borcluyam. Sənətçi, bohem, şərab, zəif işıqlar... Bunlar dekordu. Bunların içində yaşayan biri var və bu işin içində kişinin özünə uyğunlaşdırdığı bir intizam var. Özünə uyğunlaşdırdığı intizam içində olanlar uğur qazana bilir. Orda istedad ikinci plana düşür, amma lazımsız olmur. 60 faiz intizam lazım olursa, 40 faiz də istedad lazımdı. Öz qızıma və başqa hər kəsə bu işin o qədər asan olmadığını, bu işlərin intizama alına biləcəyini deyirəm və çox darıxdırıcı oluram.

Zeynəb Kıraz aktrisalıq və musiqi təhsili almaq istəyir. Mənim bu sənətdə 29 ilim keçdi. Pul sahibi olmaq başqa bir şey, aktyor olmaq, bir sənətin mühafizəçisi olmaq ayrı bir şeydir. Zühtü Müridoğlu (heykəltəraş - red.) öləndə “Range Rover”i yox idi, amma onun nə qədər önəmli sənətçi olduğunu heç kim danmır. Sənət başqa bir şeydir....

# 1240 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #