“Allah olmasaydı, onu uydurmaq lazım gələrdi”

“Allah olmasaydı, onu uydurmaq lazım gələrdi”
6 mart 2013
# 08:45

Kulis.az XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi Volterin aforizmlərini təqdim edir.

Allah olmasaydı, onu uydurmaq lazım gələrdi.

Çoxları səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir.

Biz bu dünyaya axmaq və qəddar gəlmişik, dünyanı belə də tərk edəcəyik.

Ciddi olmaq gözəldir - lakin biganə olmaq lazım deyil.

Çalışmaq bizi bu üç şeydən qurtarar: canımız əziyyətdən, pis vərdişlərdən, yoxsulluqdan.

Çox dil bilmək bir qıfıla bir neçə açarla yaxınlaşmaq imkanıdır.

Dil həm də ona görə əhəmiyyətlidir ki, onun köməyi ilə biz öz fikirlərimizi gizlədə bilirik.

Elmi abidələr sökülmür.

İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

İş ideya üçün yaranmır - ideya iş üçün yaranır.

İzah olunmuş zarafat əhəmiyyətini itirir.

Xalq tirana qarşı ayağa qalxmırsa, onda tiran xalqa qarşı daha da qəddarlaşacaq.

Kiçik insanlar təkəbbürlü olurlar.

Hər zaman həzz almaq - həzz almamaq deməkdir...

Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır.

Həyatın sonu kədərli, ortası heç nəyə yaramayan, başlanğıcı isə gülməli olur.

Həqiqəti sev, amma yanlışlıqlara qarşı da səbirli ol.

“Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın!

Göz yaşları—lal nitqdir.

Xoşbəxtlik hər zaman arzudur - bədbəxtlik isə həmişə realdır.

Mən həqiqətin dostuyam, amma heç də onun məzlumu olmağı arzu etmirəm.

Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər.

Rəqabət - dahilik üçün qidadır.

Sağalmaq ümidi sağalmağın yarısıdır.

Təbii olan gözəldir.

O insan heç nəyə yararlı deyil-yalnız özünə yararlıdır.

Özgəsinin sirrini demək satqınlıq, öz sirrini açmaq isə axmaqlıqdır.

Qəribədir, amma fransızlar yazmağı öyrənəndən bəri, ta 1656-cı ilə qədər, yəni “Lettres provinciales” (Blez Paskalın əsəri) yaranana qədər bir dənə də fərli kitab ortaya çıxarmayıblar.

Kasıblıq yox, nifrətdir dözülməz olan. Mən heç nəsiz yaşaya bilərəm, amma bunu kiminsə bilməsini istəmərəm.

Vicdan əzabı cinayətkarda sonradan qalan yeganə hissdir.

Yalnız zəiflər cinayət edir—güclü və xoşbəxt insanın cinayət etməyə ehtiyacı yoxdur.

Birinci ittiham atılır, ikinci toxunur, üçüncü yaralayır və dördüncü öldürür.

Biz heç vaxt yaşamırıq, biz yalnız ümid edirik ki, yaşayacağıq.

# 5792 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
Milad - Vladimir Nabokovun hekayəsi

Milad - Vladimir Nabokovun hekayəsi

10:00 2 iyul 2026
Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər