Müsəlman uşaqların qatili amerikalı qəhrəman SNAYPER

Müsəlman uşaqların qatili amerikalı qəhrəman <span style="color:red;">SNAYPER
30 yanvar 2015
# 12:09

Amerikalı rejissor Klint İstvudun “Snayper” filminin nümayişindən sonra Amerikada müsəlmanlara qarşı aqressiyanın çoxalması haqda xəbər vermişdik.

Filmdə müsəlmanların mənfi göstərilməsindən sonra Feyzbuk və Tvitterdə onların ünvanlarına yüzlərlə hədə dolu mətnlər gəlib.

“Oskar” mükafatına 6 nominasiyada namizəd olan “Snayper” dünya kinosu kontekstində əhəmiyyət kəsb etməyən adi döyüş filmidir.

Başqa cür desək, birdəfəyə baxılan ekran işidir.

Zövqlü tamaşaçı ona ikinci dəfə qaytmaq istəməz.

“Snayper” o filmlərin kateqoriyasına daxildir ki, izləndiyi anda həyəcanlandırır, bitən kimi təəssürat yox olur, o, səndə yaşamır.

Film 2003-2009-cu illərdə İraqda xidmət etmiş amerikalı snayper Kris Kaylın hekayətini anladır. O, İraqda 4 il xidmət edib, 160 adam öldürüb və bundan sonra məşhurlaşıb.

Film onun “Amerikalı snayper” kitabı əsasında ekranlaşdırılıb.

Birmənalı şəkildə demək çətindir ki, rejissor İstvud məhz (sıravi azərbaycanlılar onu daha çox “Yaxşı, pis, qəzəbli” filmində oynadığı baş rola görə tanıyır) Krisin mövqeyini müdafiə edir. Hiss olunur ki, rejissor neytrallığını qoruyub, saxlamağa cəhd edib. Amma iki saatlıq filmdə o, buna tamamilə nail ola bilməyib, yəni “sürüşdüyü” məqamlar da yetərincədir.

İraqda vuruşan snayperin ilk hədəfi qumbara ilə partlayış törətmək istəyən 10-11 yaşlı uşaq olur. Snayper əvvəlcə tərəddüd keçirir, sonra qəti qərar verir, barmağını tətiyi sıxdığı an səhnə kəsilir və rejissor bizi Krisin uşaqlığına aparır. Sərt xarakterli atası Krisə düşməndən müdafiə olunmaq üçün hətta zorakılığa da əl atmağı təlqin edir.

Sonra 11 sentyabr, Tanzaniyada Amerika səfirliyinin partladılması və digər terror aktları gənc Krisi döyüşməyə motivasiya edir.

Beləliklə, İstvud keçmişini anlatmaqla qəhrəmana haqq qazandırmağa çalışır. Və bu bəraət həm də tamaşaçını Krisin hədəfindəki 11 yaşlı uşağın qətlinə psixoloji hazırlaşdırmaq məqsədini güdür.

Amma uşağın öldürülməsi istənilən halda (hətta o cinayətkardırsa belə) xoşagəlməz hisslər qoyur... Və rejissorun bəraəti havada qalır.

Bir qisim tənqidçinin iddiasında deyildiyi kimi Kris doğrudan da çox epizodda əsl qəhrəman kimi göstərilir.

Amma, bununla belə, rejissor personajların timsalında bir neçə vacib sualı da qaldırmağı unutmur: niyə, nəyin naminə döyüşürlər? Onu da vurğulayır ki, əsgərlərin heç də hamısı vuruşmaq istəmir. Mübarizədə tanrının məhz onların tərəfində olmasına şübhə ilə yanaşanlar da var.

Onlar evlərinə, dinc həyatlarına qayıtmaq istəyirlər. Krisin arvadı onun geri dönməsi, İraqda yox, məhz ailəsinin yanında olmasının vacibliyini deyir.

Yalnız yaxın dostlarını itirdikdən sonra Kris tərəddüd keçirir, geri dönmək haqda düşünür.

Filmin çox az müsbət tərəflərindən biri odur ki, Krisin vətənpərvərliyi təmkinli, ifrat emosiya qatmadan, haradasa ikimənalı göstərilir.

“Snayper”lə bərabər “Oskar”a altı nominasiya üzrə namizəd olan Riçard Linkleyterin “Yeniyetməlik” filmində isə ABŞ-ın İraq siyasəti əleyhinə çox sərt fikirlər yer alıb.

Maraqlıdır ki, Kris məhz İraq-Əfqanıstan veteranı, travmalar alan amerikalı əsgər Eddi Rut tərəfindən öldürülüb.

Amerika tənqidçilərinin çoxunun fikrincə, İstvud açıq şəkildə müharibəni mədh edir.

Kim Çen İnə sui-qəsddən bəhs edən, qalmaqallı “Müsahibə” filminin rejissoru Set Roqan Tvitterdə yazıb ki, “Snayper” ona saxta, ucuz nasist təbliğat filmini xatırladır”.

11 sentyabrdan danışan “Farengeyt 9/11” filminin rejissoru Maykl Mur deyib ki, bu filmə baxandan sonra anladım ki, bütün snayperlər qorxaqdır: “Təəssüf ki, Klint filmində Vyetnamla İraqı səhv salıb, qəhrəmanları isə iraqlıları dəfələrlə vəhşi adlandırır.”

# 2439 dəfə oxunub

Oxşar xəbərlər

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

17:10 5 avqust 2026
"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

15:20 5 avqust 2026
Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam  - İlya Repinin 3 məşhur əsəri

Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam - İlya Repinin 3 məşhur əsəri

14:40 5 avqust 2026
Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

13:00 3 avqust 2026
İnsan  torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

İnsan torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

13:30 2 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər