İranda hər dörd sürücüdən biri sərxoşdur

İranda hər dörd sürücüdən biri sərxoşdur
1 may 2013
# 07:45

Spirtli içki qadağasının tarixi ta Çin imperatorluğuna qədər gedib çıxır. İlk dəfə Böyük Yu ölkəsində içkiyə qadağa qoysa da, sonradan oğlu Xi bu qadağanı qaldırıb. XX əsrin başlanğıcında isə içki qadağası dindar protestanların səyi nəticəsində gündəmə gəldi. Əxlaqa zidd olduğu deyilən spirtli içkilər həmin illərdə Danimarka, İslandiya, Norveç, Macarıstan, Finlandiya və digər ölkələrdə qadağan edilib. Həmin ölkələr arasında Rusiya və Azərbaycanın da bir vaxtlar daxil olduğu Sovet Sosialist Respublikaları İttifaqı da olub.

Bəs hazırda içki qadağası hansı ölkələrdə var?

Amerikada uşaqlara içki satmağın cəzası həbsdir



“Azadlıqlar şəhəri” Nyu-Yorkda içki almaq və bara getmək yaşı 21-dən başlayır. Küçədə içki içmək qadağandır. Hətta marketdən pivə alıb əlinizdə evə gedə bilməzsiniz, mütləq görünməyən torbaya qoymalısınız. Marketlərdə pivə və şərab kimi alkoqol faizi aşağı olan içkilər 22:00-a qədər satılır. Daha sərt içkilər isə ancaq 22:00-a qədər açıq olan “İçki mağazaları”nda var. Satış üçün ananızdan da şəxsiyyət vəsiqəsi istəyə bilərlər. 21 yaşından balacalar valideynlərinin icazəsi olsa belə, restoranlarda içki içə bilməzlər. Nyu-York hələ nisbətən “mülayim”dir. Amerikanın bəzi ştatlarında 21 yaşından balacalara içki satmağın cəzası bilirsiniz nə qədərdir? 5 min dollar və 1 illik həbs! Nyu-Yorkda sürücünün sərxoş olduğu təsbit edilərsə, ilk dəfə 500-1000 dollar arası cəza, yaxud 1 ilə qədər həbs verilə bilər. İkinci dəfə cəzalar artır – 5000 dollar, yaxud 4 ilə qədər həbs. Üçüncü dəfə sərxoş sürücünü 10 min dollar, yaxud 10 ilə qədər həbs gözləyir. Əgər yaşı 20-dən az olan sərxoş sürücü qəza törədib və kiminsə ölümünə səbəb olubsa, özü ilə yanaşı onu içki ilə təmin edən kəslər də adam öldürmə ittihamı ilə həbs olunurlar.

Gecə həyatının paytaxtı Moskvada küçədə içmək qadağandır


Rusiyada ildə 40 min insan spirtli içkidən zəhərlənərək həyatını itirir. İçkiyə başlama yaşı 14-dür, üstəlik ölkə əhalisinin 76%-i spirtli içkilərdən müntəzəm istifadə edir. Buna görə də, gecə həyatının paytaxtı Moskvada “milli fəlakət” sayılan alkoqolla mübarizə üçün sərt tədbirlər görülür. Məsələn, ictimai yerlərdə içki almaq qadağandır. Gecə 12-dən səhər saat 7-yə qədər marketlərdə içki satışına icazə yoxdur. 2015-ci ilə qədər şəhər marketlərində içki satışının azaldılması ilə bağlı planlar hazırlanır. Yaşı 18-dən az olanlara da içki qadağası mövcuddur.

İngiltərədə ölümlər 20 ildə 2 dəfə artıb

İngiltərədə 5 və 17 yaş arası uşaqların valideynlərinin nəzarəti altında evdə içki içməsinə icazə verilir. 16 və 17 yaşlılar yeməklə birgə içki içməkdə sərbəstdirlər. Marketdən içki almaq üçün 18 yaşın olması şərtdir. Paytaxt Londonda spirtli içki gecə saat 23:00-a qədər satılır. Saat 23:00-dan sonra içkini ancaq xüsusi lisenziyası olan marketlərdən almaq mümkündür. Bunlara baxmayaraq, ölkədə son 20 ildə içki aludəçiləri ilə bağlı ölümlər iki dəfə artıb.


Fransa yaş məhdudiyyətini 16-dan 18-ə yüksəldib

Fransa 2009-cu ilə qədər ən rahat ölkələrdən idi. 2009-cu ildə ölkədə içki və siqaret alma yaşı 16-dan 18-ə yüksəldilib.

İsveçdə barmenlər müştərilərinə görə məsuliyyət daşıyır

İsveçdə yaşı 18-dən az olanların içki içməyi leqal olsa da, onlara içki satılması qadağandır. Barlara girmək üçün yaş 20-dən çox olmalıdır. Barmenlər müştərilərinə görə məsuliyyət daşıyırlar; onları həddən artıq sərxoş olmağa qoymamalıdırlar.

Ən rahat ölkə - Almaniya

Almaniyada yaşı 18-dən az olanların içki içməyi sərbəstdir. Amma onlara içki satmaq qadağandır. Valideyn nəzarəti altında 14 yaşından etibarən uşağın pivə içməyinə icazə verilir.

İranda hər dörd sürücüdən biri içkilidir

Spirtli içkilərin qadağan olunduğu bir çox müsəlman ölkələri kimi İranda da içki qeyri-leqal yollarla satılır və içilir. Araşdırmalara görə, İranda sürücülərin 26%-i sərxoş vəziyyətdə yaxalanır. Bir iranlının içki tapıb alması isə təxminən 17 dəqiqə çəkir. Polis hesabatlarına görə, keçən il içki miqdarı əvvəlki illərə nisbətən 69 faiz artıb. Bundan başqa, ölkəyə hər il 60-80 milyon litr içki qeyri-leqal yollarla daxil olur. Rəsmilər isə əsasən Cənubi İraqdan ölkəyə daxil olan içkilərin ancaq dörddə birinin gömrük orqanları tərəfindən ələ keçirildiyini bildirir. Xaricdən içki ala bilməyən iranlılar isə onu evdə hazırlamağa üstünlük verirlər. Viski, vodka, likör, şərab kimi içkiləri hazırlayanlar tez-tez sağlamlıqla bağlı problemlər də yaşayırlar. İçki içən adam birinci dəfə saxlanılarsa - 80 qamçı, üçüncü dəfəsində isə edamla cəzalandırılır. Haqqında ölüm hökmü çıxarılan şəxs tövbə edərsə, edam qamçı ilə əvəz oluna bilər.

# 3501 dəfə oxunub

Oxşar xəbərlər

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

15:37 17 sentyabr 2024
Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

11:00 17 sentyabr 2024
“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

17:00 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

14:08 15 sentyabr 2024
Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

12:00 14 sentyabr 2024
# # #