Avropa simvolizminin siması - Onu niyə “müasir Dante” adlandırırdılar?

Avropa simvolizminin siması - Onu niyə “müasir Dante” adlandırırdılar?
27 noyabr 2025
# 14:00

Bu gün məşhur belçikalı yazıçı və şair Emil Verharenin anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı haqqında materialı təqdim edir.

Emil Verharen – Belçikanın görkəmli şairi və dramaturqu, Avropa simvolizminin ən böyük nümayəndələrindən biridir.

O, 20-dən çox şeirlər toplusunun müəllifidir. Verharen XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış, tarixin böyük dönüş nöqtəsində yaradıcı fəaliyyət göstərmişdir.


Şair milliyətcə flamand idi, Antverpen yaxınlığında, Sent-Aman kəndində burjua ailəsində anadan olmuşdu.

Leuven Universitetində təhsil almış və məzun olduqdan sonra bir müddət vəkil kimi çalışmışdır.

Lakin “Gənc Belçika” ədəbi qrupuna qoşulmaqla Emil Verharen bütün enerjisini yalnız ədəbiyyata həsr etmişdir.

Verharenin şair kimi formalaşması Belçika mədəniyyətinin inkişaf etdiyi dövrə təsadüf edir.

O zaman “özün olmaq” ideyası həm ictimai, həm də ədəbi hərəkatın şüarı idi və Verharen də bu ruhdan ilham almışdır.



Onun poeziyasında Belçika ədəbiyyatının özünü dərk etməsi ən parlaq və ardıcıl şəkildə ifadə olunmuşdur.

Şair xalqının qəhrəmanlıq keçmişini və faciəli indiki həyatını lirika mövzusu etmişdir.

Kapitalist şəhər, sənaye və elmin uğurları, eləcə də Belçika kəndlərinin tədricən yox olması – bütün bunlar Verharhnın əsərlərində təsvir edilmişdir.

Onun poeziyası həm də vətən təbiətinin rəngarəngliyi və sevgi hisslərinin dərinliyi ilə seçilir.

Verharen həmişə milli şair olaraq qalmış və haqlı olaraq demişdir: “Mənim içimdə bütün ölkəm yaşayır və düşünür”.

Onun yaradıcılığı XX əsr reallıqlarını araşdırmağa çalışan rus yazıçılarının diqqətini cəlb etmişdir.

Maksim Qorki Verhareni "böyük şair" adlandırmış, Valeri Bryusov isə “müasirliyin ən böyük şairi” kimi qiymətləndirmişdir.

Bryusov onu həm dövrün tələblərinə uyğunluğu, həm də ümumbəşəri qüdrəti baxımından “müasir Dante” adlandırırdı.

Bryusov hesab edirdi ki, Verharen “o yazıçılardandır ki, adları ilə bir bütün dövrü ifadə etmək olar”.

Bryusov həmçinin yazırdı: "Hər bir oxucu, şeir sevən və anlayan, Verharendə öz “özəl” dünyasını tapacaq. İntim lirikanı sevənlər "Aydın saatlar", "Günortadan sonra saatlar" və "Axşam saatları" şeirlər toplusuna heyran qalacaqlar. Təbiət poeziyası axtaranlar isə Verharenin "Almanax" əsərini və ya yağış, qar, dəniz, düzənliklər, gün doğumu və axşamlar haqqında şeirlərini sevəcəklər. Xüsusilə külək haqqında yazdıqları poeziya şairin ritmik səs oyunları ilə çox təsirlidir. Antik dövrə maraq duyanlar isə "Sparta Helena" dramında qədim Yunanıstanı bütün rəngarəngliyi və ehtiras dolu obrazları ilə görə bilərlər. Güclü hisslər axtaranlar isə "II Filip" dramında romantik, ehtiraslı və dramatik təlatümlərlə dolu trajediyanı qiymətləndirəcəklər. Folkloru sevənlər "Legendlər" əsərində xalqın ənənələrini, inanclarını və mahnılarını tapa biləcəklər. Rəssamlıq həvəskarları isə Rembrandt, Rubens, Ceyms Ensor və digər müasir rəssamlar haqqında Verharenin əsərlərini oxuya bilər, eyni zamanda Rubens və davamçılarının obrazlarını bərpa edən şeirlərdən həzz alacaqlar...”

Emil Verharen 1916-cı ilin 27 noyabr tarixində Fransanın Ruan şəhərində yerləşən dəmiryolu vağızalında qatarın altında qalaraq faciəvi şəkildə həlak olmuşdur.

Emil Verharenin yaradıcılığı hər oxucuya öz dünyasında bir cavab, bir səs və ilham verir, onun əsərləri insan ruhuna toxunan çoxşaxəli və dərin poeziyanın nümunəsidir.

# 45 dəfə oxunub

Oxşar xəbərlər

Qızı Çaplinlə evləndi, oğlu intihar etdi...- Dördqat Pulitser və Nobel mükafatçısı

Qızı Çaplinlə evləndi, oğlu intihar etdi...- Dördqat Pulitser və Nobel mükafatçısı

13:10 27 noyabr 2025
"Alman romantizminin son cəngavəri"  adlandırılan yazıçı

"Alman romantizminin son cəngavəri" adlandırılan yazıçı

18:18 26 noyabr 2025
Macar modernist poeziyasının siması - Ona niyə alim-şair deyirdilər?

Macar modernist poeziyasının siması - Ona niyə alim-şair deyirdilər?

17:23 26 noyabr 2025
İngilis dilini öyrənmək istəyirdi, dramaturq oldu - Ejen İonesko qurtuluşu nədə görürdü?

İngilis dilini öyrənmək istəyirdi, dramaturq oldu - Ejen İonesko qurtuluşu nədə görürdü?

14:00 26 noyabr 2025
"Pul kisəsi" ilə evləndi,  Servanteslə rəqabət apardı... -  XVI əsrin ən eşqbaz şairi

"Pul kisəsi" ilə evləndi, Servanteslə rəqabət apardı... - XVI əsrin ən eşqbaz şairi

14:00 25 noyabr 2025
Oğlu olmadığına görə boşanan Cek London  - O,  niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

Oğlu olmadığına görə boşanan Cek London - O, niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

14:40 22 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər