"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi
24 aprel 2024
# 12:00


Kulis.az "Hekayə müzakirəsi" layihəsində Həmid Piriyevin "Qarışqanın ruzisi" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Bakupost.az - Şərif Ağayar "Kulis”dən getdi

Şərif Ağayar: "Albert Eynşteyn deyirdi, bir mətləbi sadə ifadə edə bilmirsənsə, demək, yaxşı anlamamısan. Əlbəttə, mətn mütləq sadə olmalıdır deyə bir qayda yoxdur, mürəkkəb üslub və texnikalar da var, lakin mən subyektiv bir oxucu kimi ciddi məqamların sadə ifadəsinə daha çox heyran qalıram. Buna öz aləmimdə iri bir gəminin yükünü qayıqla gətirməyə bənzədirəm. Məncə, Həmid Piriyev də sadə və səmimi bir mətnlə istədiyinə nail olub. Orda bir detal vardı, xüsusilə bəyəndim: qapı cırıldayanda kişi onu yağlamaq lazım olduğunu düşünür. İlk baxışdan süjetə dəxli olmayan detaldır, lakin nəinki dəxli var, hətta hekayənin bir çox vacib xüsusiyyətlərini təyin edir və ona canlılıq gətirir. Bu, əsl yazıçılara xas spesifik ustalıqdır. Təbrik edirəm müəllifi".

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin yeni hekayəsi

İlham Əziz: "Həmid o biri mətnlərində olduğu kimi bu hekayədə də atmosfer yarada bilib. Sadə, gündəlik həyatın ədəbiyyata çevrilmə prosesi çox qəribədi. Elə məsələləri bir-birinə calamalısan ki, hadisə önə çıxmasın, yerdə xas akvamarin qalsın.

Nəsrdən bu gün vizuallıq tələb olunur. Bu hekayəni oxuyanda hər şey gözündə canlanır. Bəzi mətnləri oxuyanda adama elə gəlir ki, cərəyan edən hadisələrə uzaqdan, qonşu hasardan boylanırsan. Həmidin hekayələrində adam özünü mətləbin və hadisənin düz ortasında tapır, bu da ustalığa bariz işarədi. Mətləbi ən minimal işarələrlə bizə çatdırıb, artıq heç nə yoxdur. Bir sözlə, Həmid hekayələrinə oxşayır".

Biz xilas olmağa çalışmalıyıq! - Sevinc Elsevər

Sevinc Elsevər: "Həmidin həssas qəlbi var. Sadə, amma dərin hisslərlə qələmə alıb hekayəsini. Xoşuma gəldi. Sonluqdakı cümlə də şeir misraları kimidir".

Orxan Cuvarlı: "Qarışqanın ruzisi" nüvəsində keçmiş təəssüfü dayanan, insanın gecikməsi, peşmanlığı üzərində qurulmuş hekayədir. Bu hekayəni müəllifin əvvəlki mətnlərinin davamı kimi gördüm. Həmidin mətnlərində həyatın gündəlik axarından, iddiasız fraqmentlər olur. Təhkiyəsi üzdə görünsə də, mətləbi dərinlərdə gizlənir. Onun dramaturgiya kölgəsində gizləndiyini görməmişəm. Həmişə bəzək-düzəksiz təhkiyəylə çatdırmaq istədiyini çatdırır. O, mənim maraqla oxuduğum, yeni mətnlərini həvəslə gözlədiyim yazıçıdır..."

# 3518 dəfə oxunub

Oxşar xəbərlər

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər