Bu səhər günəş üşüyürdü – Payız haykuları

Bu səhər günəş üşüyürdü – Payız haykuları
9 sentyabr 2021
# 21:00

Kulis.az Alov İnannanın “Payız qırpımları” hayku silsiləsini təqdim edir.

Yerə baxa-baxa gedən qocanın
ürəyinə damıb ki,
indicə qəpik tapacaq...

***

Ağac vaxtı altında oturanlar
kötük vaxtı üstündə oturdular...

***

Bu səhər
günəş üşüyürdü,
buludları üstünə çəkib
isinmək istəyirdi

***

Payızı yaz bildi çiçək
Tumurcuqda öldü çiçək...

***

Konsert başlayır
Ağaclarda çalır:
Külək

***

Payız –
Küçədəki mahnının islanması...

***

Saralmış fotoda gülən bir oğlan
onu tanıyan
sonuncu adamdı
atam...

***

Külək
saçlarımla öpdü üzümü

***

İşıq qəfil yandı
Qaranlıq diksindi
Günəş belə eləmir

***

Küləkdən yıxılmadın
ağacım...
Tutunduğun yer sıyıq idi...

***

Beynimin qırışları
qarmon kimi yığılıb açılır:
xatirələr səslənir

***

Duman –
ağ qaranlıqdı

***

Alabəzək göyçək böcək
ləçəklərə qarışdı
sərçə çaşdı...

***

Yerdə tərk edilmiş bataqlıq
göydə durna qatarı –
qurbağaların sevinci

***

səhər qış idi
günorta yay idi
axşam yaz idi –
payız idi

***

kədərləri
əzabları
gorxuları –
işıq sürətiylə yaşamaq

***

Gecə qaradır
Gecədəkilər qara deyil

***

Ancaq bu yanmış kotleti
bir tikə ət olan vaxtı
verməzdilər küçə itinə...

***

Gör səhər nə vaxtdan açılıb,
günəşsə indi ayılıb –
elə mən də...

***

Havalar soyuyur –
adamlar geyinir
ağaclar soyunur

***

Ölü arzulardan
diri kədərlər
doğular...

***

Qocaldığını qəfil gördü –
ancaq güzgü bunu
hər gün deyirdi

***

Payızın sonu –
dazlıq ağaclara heç
yaraşmır

***

Parkda günəşlənən qoca
qəh-qəhəli gənclərdən
bir ömür uzaqdaydı

2017

Alov İnanna

# 4345 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri

Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri

19:00 27 iyul 2026
14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı

14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı

18:30 27 iyul 2026
Nobeli yatağında qazanan şair – O, niyə şeytana şeir həsr etmişdi?

Nobeli yatağında qazanan şair – O, niyə şeytana şeir həsr etmişdi?

18:00 27 iyul 2026
3 "Oskar" qazanan vətənsiz bəstəkar – O, özünü niyə “sürgündə” hesab edirdi?

3 "Oskar" qazanan vətənsiz bəstəkar – O, özünü niyə “sürgündə” hesab edirdi?

13:30 27 iyul 2026
Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər