Bin Laden: utancaq, tərbiyəli... terrorçu - CİZGİLƏR
8 iyun 2011
12:10
Lap yaxınlarda Zbiqnev Bzejinskinin “İkinci şans” kitabını oxuyub bir kənara qoydum. Qlobal İmperiyanın 11 sentyabr 2001-ci il eyforiyasını müəllif bir epizodla çox inandırıcı göstərmişdi. Bzejinski yazır kı, Vaşinqtonda dəvət olunduğu bir media-ofisdə onu əvvəlcə təpədən-dırnağa qədər yoxlayırlar, sonra, dəvətli olduğu halda, xüsusi anketdə gəlişinin səbəbini izah etməyi tələb edirlər. Və müəllif deyir: əgər onun yerinə həqiqi terrorçu olsaydı və anketdə “Məqsədim binanı partlatmaqdır” yazsaydı, görən nə baş verərdi?
Yüzə-yüz əminəm, eyni durumda və nəticənin necə olmasından asılı olmayaraq Bin Laden anketə çəkinmədən həmin sözləri yazardı.
Bin Laden – super qəhrəman
Yox, məqsədim Bin Ladendən super qəhrəman düzəltmək deyil. Hətta belə bir istəyim olsaydı belə, çox gecikmiş olardım, - məni qabaqlayanlar var: dünən Bin Ladendən xilas olanlar bu bütü srağagün yaratmışlardır.
Tanrının intiqamı
Cek Londonun “Dəmir daban”ı, Corc Oruellin “1984”-ü artıq oxucunu – Yeni Dünya Nizamı dövrünün insanını heyrətləndirmək gücündə deyil. Ayzek Əzimovun “Tanrının intiqamı”ndakı təsvirlər yaşadığımız dövrə daha uyğun gəlir. Daha doğrusu, dünya bu gələcəyə sürüklənir: klon insanların yürüdüyü kameralı küçələr, yataqda iri döşlü qadınla deyil, “böcəklə” seks, pariksiz-qrimsiz dəyişdirilən simalar, yamsılanan səslər, bir anda elektron yaddaşlardan silinən şəxsiyyət vəsiqələri, dondurulan bank hesabları, kompüterlə göndərilən virusla kütləvi qətllər, yarıinsan varlıqların mütləq hakimiyyəti.
Xeyirlə Şərin qarışdığı, bəlkə də barışdığı bir zamanda monitordan izlənən qisas aktını – Ben Ladenin qətlini izləyən Ağ Ev komandasının görəndə mən də gələcəyi məhz bu cür təsəvvür etdim. Amma təkcə mənmi?!
Yalanın doğduğu həqiqət
Dünyaya gələn hər bir insanın qəlbində tarixə düşmək alovu yanır. Kimi elmi dühası, kimi fəthləri, kimi yazısı, kimi qətl fərmanları, kimi mərhəməti, kimi də qəddarlığı ilə tarixin ağ, yaxud qara səhifələrinə həkk olunur. “Usamə Ben Laden” adı artıq bu ağlı-qaralı səhifələrdə var və lakin onun haqqında deyilənlərdə ağı qaradan ayırmaq mümkündürmü? Miflər, ehtimallar, fərziyyələr, başqa heç nə yoxdur, çünki həqiqət tozunun yalan məhlulundakı faizini və zərdabın kütləyə təsirini yalnız siyasi kimyagərlər, PiaR-əczaçılar bilir.
....Deyirlər ki, sağlığında o, hər gün “Yasin” surəsini oxuyurdu.
...Deyirlər ki, dualarında o, Allahdan yalnız bir şey istəyirdi. Onun idealı tarixi bir şəxsiyyət – səlib müharibələrindəki zəfərləri ilə tarixə düşən Səlahəddin Əyyubiydi. Səlibçilərə göz dağı vermiş sərkərdənin məzarı Üməyyə məscidindədir. Bin Ladenin gömüldüyü yer isə, yəqin ki, heç zaman bilinməyəcək.
...Deyirlər ki, ailənin rəisi Muhəmməd bin Avad bin Laden bir gün dəvəsinə minib kilometrlərlə yol qət etdi və Səudiyyə Ərəbistana gəldi. Yəmənli fəqirin nə pulu, nə savadı vardı. Amma qara fəhləlilklə dolanan böyük-Bin Ladenin üzünə bəxt güldü və o, günlərin bir günü 40 mindən çox adam üçün iş yeri olan şirkətin sahibinə çevrildi. Bu şirkət – “Saudi ben Laden Group” hazırda 5 mlrd. $-lıq kapitala sahibdir. Ailənin digər iqtisadi nəhəngi – “Gum Arabik Compani Ltd” dünya kauçuk istehsalının 80%-nə nəzarət edir.
Sözardı: “Farenqeyt 9/11” filminə baxanlar bunu da bilməmiş deyil ki, həmin filmdə Bin Ladenlə Corc Buşun işgüzar əlaqələri, o cümlədən müştərək neft biznesinə açıq eyham var...
...Deyirlər ki, böyük-Bin Laden şəxsi helikopteri ilə hər gün üç yerdə - Məkkə, Mədinə və Qüdsdə namaz qılırdı.
...Deyirlər ki, o, düz 22 dəfə evlənmişdi və 54 övladından biri, 10-cu arvadından olan 17-ci oğlu Usamə Bin Laden 1957-ci ildə dünyaya gəldi.
...Deyirlər ki, 13 yaşında ikən o, şahzadələrlə birgə Səudiyyə Ərəbistanının tanınmış məktəblərindən birində təhsil alırdı. Müəllimi Brayan Fayflid-Shayler kiçik Usaməni utancaq və tərbiyəli yeniyetmə kimi xatırlayır. Onun Bin Ladenə verdiyi səciyyədə bu sözlər də var: özünə güvənən, nə istədiyini bilən.
...Deyirlər ki, böyük-Bin Laden öldükdə varisinə 11 mlrd. $-lıq miras qalmışdı. Qardaşları ilə birgə dünyanı gəzən Usamə İsveçrədə bir yay düşərgəsində qaldı, İngiltərədə dil kursuna getdi. Doğmalarının sözünə görə, ən çox ispan qızları xoşuna gəlirdi. O, Rolls Royce-da gəzir, pulu su kimi axıdırdı. Səudiyyə Ərəbistanına qətiyyən qayıtmaq niyyəti olmayan Bin Ladeni geri çəkən səbəblərini heç xatırlatmağa dəyməz.
...Deyirlər ki, Kral Universitetində təhsil alan Bin Laden getdikcə daha çox dindar olmağa başlayırdı. Bir gün universitetdə eşitdiyi “Bir saatlıq cihad 70 ilin ibadətindən üstündür” sözləri Usamə Bin Ladeni dərin düşüncələrə qərq etdi. Bu sözlər onun universitet müəllimi Abdullah Əzzəmə məxsus idi və onunla bərabər, Bin Ladenin həyatını dəyişdirən üç önəmli tarixi hadisə vardı: birincisi, İran İslam İnqilabı; ikincisi, “Kəbə üsyanı”; üçüncüsü, Əfqanıstanın işğalı.
...Deyirlər ki, “Kəbə üsyanı”ndan sonra 38 yaşlı Abdullah Əzzəm universitetdən qovuldu və ardıcılları ilə birgə Pakistana yola düşdü. 23 yaşlı Bin Laden onunla birgə idi və dünyanın əlli ölkəsindən olan mücahidləri silah və imanla təmin edən cütlüyü hələ o zamanlar tanıyan az idi. Əfqanıstanda yaralanmış, xəsarət almış hər bir kəs isə adını bilmədikləri bir şeyxin onları ziyarət etdiyindən və onun səxavətindən danışırdı.
...Deyirlər ki o, sovetlərə qarşı cihada hər il 50 mln. $ xərcləyirdi. CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) özü isə Bin Ladenə 1980-ci ildə 30 mln. $-la başlayan yardımı 7 ildə tam olaraq 630 mln. $-a çatırmışdı.
...Deyirlər ki, ilk bombasını kafirlərə 1986-da atan Bin Laden öldürdüğü sovet əsgərindən qənimət götürdüyü “Kalaşnikov” avtomatı ilə poz verəndə ingilis qəzetçi Robert Fiskə demişdi: “Mənim için ən təhlükəsiz yer Əfganıstandır, ancaq başqa ölkələrdə də etibarlı dostlarım var”. Onların görüşdüyü Əfqanıstandan sovet ordusu çıxdıqdan, 1989-dan sonra Bin Laden işsiz qaldı.
...Deyirlər ki, 1992-ci ildə Bin laden Sudana köç etdi. Səud kral ailəsini qınayan fitvalar verdikdə, 1994-də təbəəliyi itirdi.
“Cənnətin qapısını bağlayan” güllə
“İslam terrorizmi”, “Taliban” hərəkatı, “Tora Bora mağarası”... Bu sözlərlə yanaşı duran yazılı tarix Ben Laden haqqında bu qeydlərə malikdir:
- 1996-da Bin Laden yenidən Əfqanistanda göründü. Elə həmin il o, xaricdə amerikalı hərbçiləri qətlə yetirməyin hər bir müsəlmanın borcu olması barədə fitva verdi. 1998-ci ildə o, bu haqda ikinci fitvasını verdi və Amerikanın dostlarını da qara siyahıya əlavə etdi.
- 1998-ci ildə Ben Laden “Yəhudilər və səlibçilərə qarşı müqəddəs cihad naminə İslam cəbhəsi”ni yaratdığını elan etdi.
- 23 fevral 1993-cü il. Beynəlxalq Ticarət Mərkəzində partlayış. 6 ölü, təxminən 1000 yaralı. Terror aktını həyata keçirən 4 şəxs həbs edildi və hər biri 240 il müddətinə azadlıqdan məhrum edildi.
- 13 noyabr 1995-ci il. Səudiyyə Ərəbistanı milli qvardiyasının təlim mərkəzi yanında partlayış. 7 ölü, 60 yaralı.
- 1996. Dəhrandakı ABŞ hərbi bazasında partlayış. 19 ölü, 300 yaralı.
1997. Luksorda (Misir) turistlərə hücum.
1998. Nayrobi (Keniya) və Dar əs-Salamda (Tanzaniya) ABŞ səfirliklərinə hücum. 257 ölü, 5 min yaralı.
2000. “Koul” gəmisində partlayış.
11 sentyabr 2001-ci il!!!
...Dünyanın bir nömrəli terrorçusu öldürüldükdən sonra 25 mln. $-lıq mükafata kimin sahib olması bilinmədi. Lakin “islamçı terrorçunun cənnətə düşməsinin qarşısını almaq üçün” silah istehsal edən “Silver Bullet Gun Oil” onun “donuz gülləsi” ilə öldürüldüyü açıq bəyan edildi.
Yeri gəlmişkən, “anti-İslam gülləsi”nin yağlanması üçün olan məhlulun qiyməti 8,95 $-dır.
Tarixi hadisədən xəbərsiz “tarixçi”
...Abbotabadda yaşayan 33 yaşlı kompüter proqramçısı Sohaib Əthar sıradan bir blogger idi, amma Bin Ladenin öldürüldüyü gün bloqasferanın və ümumiyyətlə, internet aləminin qəhrəmanı oldu. Məhz o özü də bilmədən qisas əməliyyatını Twitter-də yaydı və həmin gün 14 min oxucu topladı. Yalnız ertəsi gün Əthar bildi ki, o, “tvit”ləri ilə tarixi hadisəni qələmə alıb.
Mənim kimi.
Əziz RZAZADƏ

1158 dəfə oxunub
Oxşar xəbərlər
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
15:00
5 dekabr 2024