“The Beatles” - əfsanələşmiş müəmma- ARAŞDIRMA

“The Beatles” - əfsanələşmiş müəmma- ARAŞDIRMA
26 may 2011
# 12:00
“The Beatles” - əfsanələşmiş müəmma

“Pol öldü” iddiası

Musiqi tarixinin ən böyük dedi-qodularından biri heç şübhəsiz ki, “Pol öldü” müəmmasıdır. İddialara görə, Pol MakKartni 1966-cı ildə səsyazma studiyasından əsəbi bir şəkildə çıxır, işıqforu görmür və bir avtomobilin altında can verir. Satışlarından narahat olan val şirkəti isə hadisəni ört-basdır etməyə çalışır. Pola bənzəyən solaxay bir gitaraçı taparaq onun yerinə keçirir.

Oxuduğunuz bu hadisə hansısa filmin süjeti deyil. Hadisə dünyanın bu günə qədər var olan və mahnıları sayəsində dünyanın hər küncündə sevilən, beləliklə, musiqi tarixinin böyüklərindən birinə çevrilən “The Beatles”-ın başına gələn növbəti qalmaqallardan biri idi…

İlkin ad - “The Quarrymen”

“Beatles” bütün mənbələrdə İngiltərənin Liverpul şəhərində qurulmuş musiqi qrupu kimi təqdim olunur. Əslində, bu, yanlış fikirdir. Yazının irəliləyən hissələrində bunu açıq-aydın siz də görəcəksiniz.

Qrupun yaradılmasında xidmətləri olan Con Lennon 1950-ci illərdə Elvis Presli kimi sənətçilər sayəsində rok-n-rolla maraqlanmağa başlayıb. Sənət yoldaşı Pit Şottonla birlikdə 1956-cı ildə “The Quarrymen” adlı bir qrup yaradır. Daha sonra qrupa Bill Smit adlı birisi də qoşulur. Amma qrupdakı ifaçılar alətlərində uğurlu çıxış etmədikləri üçün mütəmadi dəyişikliklər baş verir. 1957-ci ildə bir tədbirdə Con Lennon Pol MakKartni ilə tanış olur. Qısa müddət sonra Pol, Lennondan qrupa qoşulması üçün təklif alır və bunu müsbət dəyərləndirir. Qrupda daha bir dəyişiklik isə 1958-ci ildə gənc gitaraçı Corc Harrisonun qatılması ilə reallaşır. Yəni Liverpulda 4 ingilis tərəfindən “The Quarrymen” yaranır.

“The Beatles”ın vətəni – Almaniya

“The Quarrymen” 1959-un sentyabrında dağılır. Harrison başqa bir qrupa gedir, MakKartni və Lennon isə birlikdə çalışmağa davam edir. Amma bu ayrılıq uzun sürmür – 1960-cı ildə Almaniyada yenidən bir araya gələn üçlük qruplarına Lennonun uşaqlıq dostu Styuart Satkliffi əlavə edirlər. Artıq qrupa yeni ad da tapılmışdı - “The Sickless”. Amma MakKartninin gözlənilməz təklifi “The Sickless”i doğulmamış öldürür. Ritm mənasını verən “beat” sözünə oxşasın deyə, qrupun yeni adı “The Beatles” olur. Beləliklə, Almaniyada o dövrün şərtlərinin diktəsi ilə “Beatles” yaranır…
Qrup barabana Pit Besti götürür və onlar bir müddət Almaniyada çalışırlar. Əvvəlcə Harrison yaşı haqqında yalan məlumat verdiyi, daha sonra Best və MakKartni yanğın törətdikləri üçün Almaniyadan qovulurlar.

Bir neçə ay sonra qrup müğənni Toni Şeridandan ciddi təklif alır və onunla çalışmağa başlayır. “Tony Sheridan and the Beat Brothers” olaraq yenidən “vətənləri” Almaniyaya qayıdırlar. Hamburq konsertindən sonra Satkliff Almaniyada qalmağa qərar verir. Dördlük isə daha böyük macəralar üçün İngiltərəyə dönür. Beləcə, bas gitaraya Pol MakKartni keçmiş olur.

60-cı illərdə onlar həm sənət dünyasında, həm də ticarətdə müvəffəqiyyətləriylə böyük bir iz buraxdılar. Əslində, ən uğurlu dönəmləri də o illərə təsadüf edir. Qrup bir çox satış rekordu qırır. Yəqin ki, bu gün də dünyanın ən tanınmış şou-biznes nümayəndələri “Beatles”-ın 60-cı illərdə bir milyarddan çox val satışına çatmağı yalnız xəyal edə bilir. Bu rekordu qırmaq Maykl Ceksondan başqa heç kimə qismət olmayıb…

İngiltərədə pozulan narkomanlar

İngiltərədə menecerləri Brayan Epstayn idi. 1962-ci ildə qrup ilk dəfə olaraq köhnə üzvləri və dostları Styuart Satkliffi torpağa tapşırır. Almaniyadan fərqli olaraq, İngiltərədə onlara sponsor tapılmır. Hamı dəbdən düşdüklərini, qeyri-ciddi olduqlarını düşünür. Narkotikə qurşanmaları uğursuzluğun səbəblərinin başında gəlir. Ən sonda “EMI” adlı şirkətin səlahiyyətlisi Corc Martin onlarla birillik müqavilə imzalayır. Amma o da musiqiyə görə deyil, şəxsiyyətlərini bəyəndiyi üçün bu addımı atır. Pit Best isə həm Epstayn, həm də Martin tərəfindən bəyənilməmişdi. Barabançının klassik “Beatles” saç düzümünü qəbul etməməsi və xəstəlik səbəbindən bəzi konsertlərə qatıla bilməməsi problem yaradırdı. Nəticədə “Beatles” üzvləri ondan ayrılmağa qərar verirlər. Daha sonra “Beatles” pərəstişkarlarının daha yaxından tanıdığı Rinqo Starr onun yerini alır. Və 1963-cü ildən etibarən dünya “Bitls dəliləri”ni tanıyır…

Hədəf – Amerika

İngiltərədə özünü təsdiq edən qrup narkotik məsələsində problemlərlə üzləşir. Amerikaya gedişlərinin səbəbini sənət və yaradıcılığı daha üst səviyyəyə qaldırmaq kimi yozsalar da, əsas məqsəd narkotikdən daha sərbəst istifadə etmək idi. Qrup Amerikada iddia etdiyi uğuru qazana bilmir. Lakin kifayət qədər narkotik tapır. Nəhayət, məsələyə Epstayn qarışır və onun təşəbbüsü ilə “I Want to Hold Your Hand” mahnısı ərsəyə gəlir. Bir milyon val satmaq üçün cəmi 10 gün bəs edir. Beləcə, Amerika fəth olunur, artıq televiziyalar “Beatles”ındır…

Qrupun ilk canlı proqramını Amerikada təxminən 74 milyon adam izləyir. Amerika turnesində satdıqları biletlərdən 1 milyon dollar qazanırlar. İkinci filmləri olan və sosial mesajlar verən “Help”dən sonra da onlar narkotikə “yox” deyə bilmirlər.

Qalmaqallar başlayır

Qrup 1966-cı ildə “Revolver” adlı albom buraxır. Bu albomla birlikdə tarixin ən böyük musiqi hadisələrindən biri baş verir - rok önə çıxır. Həmin il baş tutan Asiya turnesi isə ciddi problemlərin başlanğıcı olur.

Yaponiya konsertlərinin “Nippon Budokan”da olmasını planlamaları sağçı yaponlar tərəfindən oranın döyüş sənətləri mərkəzi olması səbəbiylə etirazla qarşılanır. Buna görə konsertlər ciddi polis mühafizəsi altında reallaşır.

Yenə həmin ilin iyununda Filippinə gedən qrup, dövlət başçısının xanımı tərəfindən nahara çağırılır. Ancaq Epstayn qrupun belə rəsmi dəvətləri qəbul etmədiyini söyləyir. Bu qərar televiziya kanallarında yayımlanandan sonra ölkədə onlara böyük bir nifrət yaranır. “Beatles” Flippindən ayrılarkən mühafizə üçün polis verilmir və nəticədə onlara hücumlar olur.

Daha sonra Amerikada verdikləri bir müsahibədə Con Lennon “Beatles” tərəfdarlarının əzbər bildiyi o məşhur sözü söyləyir; \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"The Beatles hazırda həzrət İsadan daha məşhurdur\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\". Zarafatla deyilən bu söz Amerikada böyük etiraz yaradır. “Beatles” valları yandırılmağa başlanır. Con Lennon daha sonra üzr istəsə də, hirs soyumur. Vatikan onu bağışladığını yalnız 2008-ci ildə elan edir.

27 avqust 1967-ci ildə qrupun meneceri Brayan Epstayn 32 yaşında narkotikdən ölür. Qrupun lideri Con Lennon Epstaynın ölümüylə qrup liderliyini itirir. Qrupun yeni lideri MakKartni olur.

Son konsert

Günlər keçdikcə işlər daha da pisləşir. Qrup üzvləri ilə Pol MakKartni arasında problemlər yaşanır. MakKartni menecer qismində qayınatası Li İstmanı, digər qrup üzvləri isə Allen Klaynı dəstəkləyirdi. Uzun mübahisələrdən sonra Klayn menecer seçilir. Ancaq 1971-ci ildə qrupdan böyük məbləğdə pul oğurladığı ortaya çıxır. Qrup ən son konsertini 1969-da icazəsiz olaraq bir damda verir. 1969-cu ildə Lennon qrupdakı yoldaşlarına ayrıldığını söyləyir, ancaq mətbuata səbəb barədə açıqlama vermir. 3 yanvar 1970-ci ildə Corc Harrisonun bəstəsi olan “I Me Mina” son “Beatles” mahnısı olur. Bu mahnıda Lennonun adı yox idi.

Olayın pərdəarxası

Yazının əvvəlində qeyd etdiyimiz kimi, 1966-cı ildə MakKartnini maşın vurur, onun yerinə isə oxşarı gətirilir. Təbii ki, bu, Polun qrup yoldaşlarının həzm edəcəyi bir hadisə deyildi. Amma dünyaca məşhur “Beatles” ard-arda gələn uğursuzluqlar və pulsuzluq ucbatından konkret addım atmağa zorlanır. Bəziləri hərəkətizliyi pul oğurluğunda axtarırlar. Yəni Polun ölümünün təsadüf olmadığını söyləyənlər də tapılır. Lakin bu iddialar bu günə qədər təsdiqini tapmayıb…

Paulun ölümündən sonra yerinə oxşarının gətirilməsini təhqir kimi qəbul edən qrup üzvləri buraxdıqları albomun qapaqlarına və mahnılara gizli şifrələr qoyublar. Bunlardan bəziləri:

“Abbey road” albomunun qapağında Polun ayaqqabısız fotosu yer alıb. Çılpaq ayaq hind mədəniyyətində ölülərə işarə idi.
“Sgt. peppers lonely hearts club bant” albomunun qapağında verilən məzar şəklinin üstündə “Pol” yazıldığına dair iddialar var.
“I am so tired” adlı mahnının sonundakı sözlər tərsinə oxunduğunda isə “Paul his a dead man miss him miss him” (“Pol ölüb, onsuz darıxırıq”) mesajını verir…


Beləliklə, dünyada ən böyük rekordlara imza atmış, lakin narkotikin son nöqtəsini qoyduğu “Beatles” əfsanəsi sona çatır. Qrup üzvləri ayrılıqdan sonra tək-tək bir neçə layihədə iştirak ediblər. Amma ciddi mənada bir araya gəlmələri mümkün olmayıb.

Aynur NUH
# 1025 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #