Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri

Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri
23 oktyabr 2025
# 17:45

Alp dağlarındakı Neolit dövrünə aid yaşayış məskənlərindən tapılan 6 min illik saqqız qalıqları qədim insanların yalnız nə çeynədiyini deyil, həm də kimlərin hansı işlərlə məşğul olduğunu ortaya çıxarıb.

Kulis.az-ın məlumatına görə, Kopenhagen Universitetinin arxeoloqu Anna Vaytın rəhbərlik etdiyi tədqiqat qrupu bu təbii “saqqız”lardan əldə edilən DNT nümunələrini analiz edərək o dövrün qidalanma vərdişləri, cinsiyyət rolları və gündəlik əmək bölgüsü barədə maraqlı nəticələrə gəlib.

Araşdırmada 6 min 300 il əvvələ aid göl kənarı məskənlərdən toplanmış 30 ədəd ağcaqayın qatranı nümunəsi tədqiq edilib. Onlardan 12-si birbaşa çeynənmişdi və əksəriyyətində insan DNT-si, eləcə də ağız mikrobiotası qalıqları aşkar olunub. Bəzi nümunələrdə kətan toxumu və xaşxaşın DNT-si də müəyyən edilib. Lakin tədqiqatçılar xaşxaşın qida kimi, yoxsa sakitləşdirici təsirinə görə istifadə edildiyini hələ də dəqiq bilmir.

Alimlər qatranın yalnız saqqız deyil, eyni zamanda, yapışdırıcı maddə kimi istifadə olunduğunu da üzə çıxarıblar. Neolit dövrünün insanları bu maddə ilə daş alətləri saplara bərkidir və qırılan qabları təmir edirdilər. Ən maraqlısı isə həmin qatran nümunələrindən götürülən DNT-nin hansı cinsin hansı işi gördüyü barədə məlumat verməsidir.

Tədqiqat nəticələrinə görə, daş alətlərdəki qatranlarda əsasən kişi DNT-si, qırılmış qabların bərpasında istifadə olunanlarda isə qadın DNT-si tapılıb. Bu fakt iş bölgüsünün o dövrdə də cinsiyyətə görə formalaşdığını göstərir. Çeynəmə prosesi isə qatranı yumşaldaraq işlənməyə yararlı vəziyyətə gətirmək üçün vacib sayılır. Lakin tüpürcək qatranın yapışdırıcı xüsusiyyətini azaldır və o, yalnız yenidən qızdırıldıqda əvvəlki effektini bərpa edir.

Ağcaqayın qatranı tarixdə məlum olan ən qədim sintetik material hesab olunur. Antibakterial xüsusiyyətlərinə görə sağlamlıq məqsədilə də çeynənildiyi düşünülür. Alimlərin fikrincə, bu cür arxeoloji tapıntılar qədim cəmiyyətlərin sosial quruluşunu anlamaqda unikal imkan yaradır.

# 890 dəfə oxunub

Oxşar xəbərlər

"O qəzetdə işləyənlərin çoxu fırıldaqçı idi" - 92 yaşlı loğmanla müsahibə

"O qəzetdə işləyənlərin çoxu fırıldaqçı idi" - 92 yaşlı loğmanla müsahibə

12:30 11 mart 2026
"Fateh Sultan Mehmed"  medalyonu Dubayda satışda çıxarılacaq

"Fateh Sultan Mehmed" medalyonu Dubayda satışda çıxarılacaq

12:25 11 mart 2026
“Alaca”  toxuculuq kollektivinin VI sərgisi açıldı

“Alaca” toxuculuq kollektivinin VI sərgisi açıldı

12:00 11 mart 2026
Əfsanəvi qrup yenidən birləşir

Əfsanəvi qrup yenidən birləşir

11:43 11 mart 2026
Rejissor Kventin Tarantinodan tanınmış aktrisaya sərt reaksiya

Rejissor Kventin Tarantinodan tanınmış aktrisaya sərt reaksiya

11:20 11 mart 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

11:00 11 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər