Satanizm, rok, məhv olmuş nəsil - REPORTAJ
18 may 2011
14:01
Layihə: Özgələr
Elmin HƏSƏNLI
“Əgər hamının oxuduğunu oxusan hamı kimi düşünməyə başlayacaqsan”.
Bu təsadüfən rast gəldiyim “Babylon” adlı bloqun devizidir. (http://brainstorminbabylon.blogspot.com)
Elə ilk tanışlığımdan bloq mənə çox maraqlı gəldi. Bir neçə saat bloqda gəzişdim. Maraqlı yazılara, videolara, musiqiqlərlə tanış oldum.
Bloqdakı yazıların, video-roliklərin bəziləri çox abstraktdır. Nə demək istədiklərini anlamaq olmur. Bəzilərində isə konkret olaraq etirazlar hiss olunur. Cəmiyyətə, onun dəyərlərinə, köhnəlmiş qaydalara etiraz...
Yeni gələn gəncliyin yeni dəyərlər axtarışı. Onlar uzunburun ayaqqabı, qara paltarlar geyinmək, “ətrafdakılar üçün yaşamaq”, mental qaydalara boyun əymək, valideynlərinin dediklərini oturub durmaq istəmirlər.
Onlar üçün “Facebook” əsrində universitetlərə qoca müəllimlərin sarı vərəqlərdən mühazirələr oxuması maraqlı deyil.
“Əvvəlki kimi kimi nərd, domino, çay, qəlyan, təsbeh, qeyrət, namus filan...”
Bloqdakı “Şaxta Bobiyə məktub” adlı yazıdan bir hissəni oxumağınızı məsləhət bilirəm: “Bunu sənə yekə eşşək olmuş, amma hələ də sənə inanan 2-ci sinif uşağı səmimiyyəti ilə yazıram.
Sırf paxıllığımdan istəyirəm ki, mənlə oxuyan bu müəllim uşağına bir az kəsr göndərəsən. Onun atasına da bir az pul ki, gözü doysun.
Bizə səviyyəli konsertlər gətir, əgər gəlsən. Bizim oxuyançı, çalançı, deyənçilərimizə də bir az insaf göndər ki, dinləyicilərə yazıqları gəlsin. Onu göndərmirsənsə göndərmə. Heç olmasa dinləyiciyə zövq göndər.
Zövq demiş, bizə toy gətir, ya da özün gəl səni "Toy Olsun"a göndərək. Sonra da hər evə bir gizli kamera gətir ki, baxmıram deyənlərin hamsını bir-bir çıxardıb el içində biabır edək.
Bu gizli kameranın 2 qatı da anlayış göndər bu evlərin başçılarına, valideynlərinə. Ya da həmin valideynlərə normal, çayxananın qapısını və qızın arxasını görəndə gözləri parıldamayan gənc göndər.
Əvvəlki kimi kimi nərd, domino, çay, qəlyan, təsbeh, qeyrət, namus filan gətirmə. Onlar bizim sənə hədiyyəmiz olar. Görərsən ki, insan fantaziyası nələrə qadirdi. Təki özünü "prav" çıxarsın”.
Kimdir onlar?
Axtarıb tapdım blogun 3 gənc yazarını. Telefonla danışıb görüşdük.
Geyimləri olduqca sadədir.
Kənardan baxanda fərqli olduqların hiss etmirsən. Amma söhbət etdiyim zaman yanımızdan ötüb keçən minlərlə gəncdən biri olmadığını başa düşmək çətin deyil. Real adlarını demirlər. Öz adlarından demək olar ki, imtina ediblər. Kurt- 20 yaş, İlonoyz- 20 yaşı, Karpe Diem- 21 yaş. Üçü də tələbədir. Amma Kurt oxuduğu univesiteti 2 aydır ki, atıb. Şəhərdəki geyim dükanlarından birində işləyir. Universitetdən bezdiyi üçün belə etdiyini deyir.
Bloq yazmağı ideyası necə ortaya çıxdı?
Bir-birlərini 5 ildir ki, tanıyırlar. Elə internet vasitəsilə tanış olublar. Əvvəl jurnal buraxmaq istəyiblər. Bu jurnal Azərbaycanda ilk alternativ jurnal olacaqmış. Bəzi səbəblərə görə jurnalı çıxarda bilməyiblər. Ona görə də bloq yaradıblar. Bloqda hər üçü yazılar yazır. Özlərini “H.O.S.T” axının nümayəndələri sayırlar.
Məni maraqlandıran sualları cavablandırırlar. Hələ gənc olduqlarına görə danışmaqdan bir az çəkindiklərini də qeyd edim.
Onları nə fərqləndirir?
Karpe Diem: “Bizim konkret olaraq fərqlənmək məqsədimiz yoxdur. Sadəcə alternativ musiqilər dinləyir, kinolara baxır, kitablar oxuyurq. Bunları paylaşırıq. Konkret bir məqsədimiz yoxdur. Harasa gedib çıxmaq istəmirik. Fərqimiz də bəlkə də bundadır. Daha azad yaşamaq istəyirik. Tipik azərbaycanlı oğlanlar kimi düşünmürük”.
Nəyə etiraz edirlər?
Kurt: “Əsas etirazımız sistemə qarşıdır. Sistem dedikdə dövləti nəzərdə tutmuram. Dövlət özü bilər. Dövlətsiz də bu sistem var. Cəmiyyətin fikrindən söhbət gedir. Məsələn, valideynlərimiz deyir ki, saat 9-dan sonra çölə çıxmaq olmaz. Mentalitet, “məhlə ponyatkası” bu kimi şeylər”.
İlonoyz : “Azərbaycanda etiraz eləmək artıq dəbdən düşüb. Elə hamı etiraz edir. Biz də əvvəl beləydik. Mən başqalarına görə etiraz etməyi sevmirəm. Özüm özümə görə bunu edə bilərəm. Hərə öz problemini həll etməlidir”.
Mentaliteti dəyişmək mümkündürmü?
İlonoyz: “Biz desək ki, mentaliteti dəyişirik bu mümkün deyil. Hər şey öz-özünə dəyişir. Mənim atam 50 yaşındadır. Onun fikirlərini, düşüncələrimi dəyişmək mümkün deyil. Artıq gecdi. Çünki o da atasından elə görüb. Biz 90-lar nəsli məhv olmuş nəsilik. Bir-iki nəsil getməlidir. Əvvəl 10 nəfər fərqli düşüncədə olacaq, sonra 20, sonra 30. Get-gedə dəyişəcək”.
K.Diem: “Biz atalarımız kimi olmayacayıq. Biz artıq başqa cür düşünürük. Öz uşaqlarımızı başqa cür böyüdəcəyik”.
Kurt: “Atalar və oğullar problemi həmişə olub. Təzə nəsil həmişə nəyəsə etiraz edib”.
Ataları ilə problemləri nədədir?
İlonoyz: “Valideynlərim hər işimə qarışırdı. Təhsilimə, geyimimə. İndi artıq alışıblar”.
K.Diem: “Şablon düşüncə var ki, təhsil almalısan. Pul qazanmalısan. Biz bu şablonlara qarşı çıxdıq. Başa düşdük insan belə çərçivələr daxilində yaşaya bilməz. Axı niyə görə mən atamın istədiyi universiteti bitirməliyəm? Niyə istədikləri qızla evlənməliyəm?”
Kurt: “Deyirlər ki, mütləq oxumalısan. Diplom almalısan. Diplomsuz heç nəyə nail ola bilməyəcəksən. Mən də universiteti atdım, indi işləyirəm. Mən həyatımı belə yaşamaq istəyirəm çünki”.
Universitet diplom verir təhsil vermir
İlonoyz: “Gedin universitetlərə baxın. Heç kim oxumaq, təhsil almaq üçün ora gedib gəlmir. Hamısının bir məqsədi var diplom almaq”.
K.Diem: “Qonşunun diplomu var, məndə niyə yoxdu? Azərbaycanlılar belə fikirləşir”.
Kurt: “Universiteti atmaq deyəndə əslində buna etiraz edirik. Çünki orda bizə heç nə öyrətmirlər. 4 ildə bizə verdiklərindən daha çox şey alırlar. Mənim fikrimdə rok qrup yaratmaq vardı. Onu evdə deyəndə dəli oldular. Dedilər ki, sən bununla pul qazana bilməzsən. Mən də universiteti atmışam. İşləyirəm indi”.
Kitab haqda
K.Diem: “Biz kitab oxuyuruq digər yaşıdlarımızdan fərqli olaraq. Axundovu xoşlayırıq. O da cəmiyyətə qarşı çıxırdı. Üsyankar ədəbiyyatı sevirik. Yaşıdlarımız isə kitab oxumur”.
Din haqda
İlonoyz: “Din mənim üçün yoxdur. Bu haqda heç fikirləşmirəm. Buna vaxt ayırmıram. Din həyatımda heç bir rol oynamır”.
K.Diem: “Mən deistəm. Allah inanıram. Amma dinə inanmıram”.
Kurt: “Aqnostikəm. Amma bütün dinlərlə maraqlanıram. Satanizmdən tutmuş buddizmə qədər. Daha çox satanizm maraqlıdır. Amma pişik kəsmirəm, qanların içmirəm. Hər dində maraqlı nəsə tapmaq olur. Buddizm də maraqlıdır. Həmçinin İslam dini də”.
Niyə Azərbaycanda əksəriyyət dinə meyllənir?
İlonoyz: “Azərbaycanda hamı doğulan kimi müsəlman olur. Başqa variantın yoxdur. Insanlara seçim verilmir. Məktəbdə, universitetdə ətrafdakılar hamısı müsəlmandı, sən də müsəlmansan. Kitablar da demir ki, başqa dinlər var”.
Kurt: “Buna avropalaşamaq da təsir edir. Dindarların əlində bir “arqument” qalır ki, biz müsəlman ölkəsiyik. Bundan istifadə edib dini yayırlar. Amma azərbaycanlıların əksəriyyəti mövsümdən-mövsümə dindar olur”.
K.Diem: “Ailəm dindardır. Ancaq mənim necə düşündüyümü bilmirlər”.
Gələcəklə bağlı planlar
Kurt: “Hərdən bir fikrə düşürük. Biz əslində 3 nəfər deyilik. Sadəcə bloqu 3 nəfər yazır. 15 nəfər olarıq. Bir də görürsən ki, kütləvi şəkildə xaricə köçüb orda jurnal çıxarmaq, rok qrupu yaratmaq keçir ağlımızdan”.
Ölkədən çıxırıq
İlonoyz yazdığı sonun esseni oxuyur. Deyir ki, sadəcə ağlına gələnləri yazıb yazıb: “...Biz gələcəkdə babylon adında bir klub açacağıq uşaqlarla. Pulumuz olsa qulaq asılmayan FM açarıq və ya alınmayan hansısa jurnal da çıxardarıq. Biz rahat pul qazanmağın yollarını mütləq tapacayıq məncə. Ev alıb kirayəyə də verə bilərik əslində. Bakıda çox az-az olarıq yəqin. Ancaq işlərlə bağlı. Ya da işimizlə bir yerdə köçüb gedərik ölkədən. Bu bəlkə də həyat yoldaşlarımızdan, sevgililərimizdən asılı olar. Tək qalmaq kimi fikrimiz yoxdu. Bəlkə həyat elə gətirər ki, ümumiyyətlə, Bakıyla əlaqəmiz itər. Valideyinlərimi itirəndə qayıdaram bəlkə də uzun müddətdən sonra Bakıya. Həmin günün axşamı da köhnə dostlarla yığışıb içərik. Mən içməyə də başlayaram yəqin o vaxt. Siqaret də çəkərik...”
Yazdığı esseləri kitab şəkildən çıxarmaq istəyir İlonoyz. Qaraqanın kitabı kimi uğurlu olacağını düşünür...
Və uğurlar arzusuyla ayrılırıq.

2419 dəfə oxunub
Oxşar xəbərlər
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
15:00
5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə
15:22
2 dekabr 2024