Əkbər Nəcəf: "Biz tarixə coğrafiya üzərindən, İran isə milli kimlik üzərindən baxır" - Açıqlama

Əkbər Nəcəf:   "Biz tarixə coğrafiya üzərindən, İran isə milli kimlik üzərindən baxır" - Açıqlama
30 oktyabr 2025
# 10:00

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarovun sosial media hesabında "Salnaməfilm"in bağlanması ilə bağlı fikirləri müzakirələrə səbəb olub.

Əli İsa Cabbarov Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşən
"Atropatena" layihəsinin İranla münasibətləri şübhə altına ala biləcəyini qeyd edib.

Kulis.az sözügedən mövzu ilə bağlı tarixçi Əkbər Nəcəfin fikirlərini öyrənib: "Layihənin əvvəlində məni məsləhətçi kimi çağırmışdılar. Sonrakı prosesdə iştirak etmədim. Ona görə indi nə çəkirlər, necə çəkirlər, bilmirəm. Bu barədə nəsə deməyim düzgün deyil".

Tarixçi Atropatena dövləti ilə bağlı məsələlərə toxunub: "Ancaq onu deyim ki, barəsində məlumatlar kifayət qədər az olsa da, tarixdə Atropatena dövləti mövcud olub. Bu, bir reallıqdır. Bizdə bu dövlət haqqında İqrar Əliyev və Abdulla Fazili qiymətli araşdırmalar aparıblar. İran tarixi məsələsinə gəldikdə, söhbət 1930-cu illərdən bu yana İran kimliyini mərkəzə alan tarixdən gedir. Azərbaycan tarixçiliyi də bu dövrdə - 1920-1930-ci illərdə ilkin ştrixlərini götürmüşdür. Ümumiyyətlə, bütün milli tarixlər XX əsrdə formalaşmışdır".

Əkbər Nəcəf, həmçinin, qeyd edib ki, Atropatenanı biz öz milli tariximız baxımından analiz elədiyimiz kimi İran da öz milli tarixi baxımından analiz edir: "İran onu özünün, yəni irandilli xalqların parçası kimi düşünür. Azəri kimliyini Atropatena kimliyinin üstündə qurur. Və qeyd edirlər ki, bu ərazidə məskunlaşan insanlar səlcuqlar gələndən sonra türkləşiblər. Səlcuqların gəlişi buradakı yerli xalqları assimilasiya edib. Sovet höküməti də bu nəzəriyyəni qəbul etmişdi. İndi bizim tarixçiliyimiz havadadır, ona görə Atropatena konteksində nəyə sahib olub, nəyə sahib olmadığımızı demək çətindir. Milli tarix konsepsiyaları bizdə tam formalaşmayıb. Biz ta Şumerdən bu yana bütün coğrafiyanı tariximizin parçası hesab edirik. Ona görə ki, biz tarixə coğrafiya üzərindən, İran isə milli kimlik üzərindən baxır.

Zamanında Prussiya dövləti var idi. Bu dövlətə özünə hansı tarixi formatdan baxmaq maraqlı idi. Buna görə Hegelə təklif elədilər ki, tarix fəlsəfəsi yazsın. Hegel də tarix fəlsəfəsini yazdı. Almanlar öz tarixlərini bu fəlsəfə üstündə inşa etdilər. Bizdə belə təcrübə olmayıb. Bizdə ideologiyadan gələn və ideologiyanın ehtiyaclarına görə dəyişən bir tarix anlayışı hökm sürür".

O, Atropatena layihəsinə görə İran və Azaərbaycan arasında hər hansı konfliktin olmayacağını qeyd edib:

"Bütün bunları nəzərə alanda, mən başa düşmürəm nə üçün İranla bizim aramızda Atropatena məsələsinə görə konflikt baş versin? Azərbaycan və İran tarixçiləri arasında Atropatena üstündə mübahisə yoxdur. Hətta yuxarıda Abdulla Fazilinin adını çəkdik. O, Atropatena tarixini öyrənmək üçün Azərbaycana İrandan gəlmişdi. Amerikada Böyük İskəndərlə, spartalılarla bağlı filmlər çəkilib. Bunun nəticəsində mübahisəmi baş verdi? İran özü hər gün bir film çəkir. Məncə, bu, heç bir problem yarada bilməz. Söhbət yaradıcı fəaliyyətdən gedir. Hamı tarixi mövzulara müraciət edə bilər".

# 634 dəfə oxunub

Oxşar xəbərlər

Qısa hekayə müsabiqəsi elan edildi - Şərtlər

Qısa hekayə müsabiqəsi elan edildi - Şərtlər

17:22 15 dekabr 2025
"Avroviziya 2026"da hansı ölkələr iştirak edəcək? - Siyahı

"Avroviziya 2026"da hansı ölkələr iştirak edəcək? - Siyahı

16:47 15 dekabr 2025
"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

16:30 15 dekabr 2025
"Öncə onun dərman uzadan əlin, sonra isə..." - Əbülfət Mədətoğlu

"Öncə onun dərman uzadan əlin, sonra isə..." - Əbülfət Mədətoğlu

15:07 15 dekabr 2025
"46 yaşım var, amma..." -  3 aya 300 kitab oxuyan Rəqsanə bizə nə öyrətdi?

"46 yaşım var, amma..." - 3 aya 300 kitab oxuyan Rəqsanə bizə nə öyrətdi?

15:00 15 dekabr 2025
Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

14:35 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər