Azərbaycanın ilk beynəlxalq qrossmeysteri haqqında Türkiyədə film çəkilib

Azərbaycanın ilk beynəlxalq qrossmeysteri  haqqında Türkiyədə film çəkilib
30 oktyabr 2025
# 16:40

Türkiyənin “TRT AVAZ” telekanalı tərəfindən hazırlanan “Simalar” (“Yüzler”) adlı sənədli filmin çəkilişləri başa çatıb.

Kulis.az xəbər verir ki, sözügedən layihənin birinci bölümü Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeyster, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya həsr olunub.

Bununla bağlı məlumat verən filmin rejissoru Murat Ocak bildirib ki, “Şahmat taxtasının şahzadəsi” adlı bu bölümdə Aynur Sofiyevanın uşaqlıq illərindən başlayaraq, dünya miqyasında tanınan bir şahmat ustası və sahəsi üzrə liderlik mövqeyinə qədər yüksələn həyat yolu əks etdirilib. Eyni zamanda filmdə şanlı Zəfər qazanan, müasir Azərbaycanın mədəniyyət, texnologiya, idman kimi sahələrdə inkişafına yer verilib. Ekran əsəri şahmat metaforası ilə Azərbaycanın müasir simasını, Bakının futuristik məkanlarını və mədəni zənginliyini də əks etdirir.

Filmin Bakıda baş tutan çəkilişləri şəhərdə bir çox məkanları əhatə edib.

Türk dövlətlərində elm, incəsənət, idman və digər sahələrdə uğur qazanmış qadınların həyatı, Türk dünyası xanımlarının gücünü və ilhamverici hekayələrini ön plana çıxarmağı hədəfləyən layihənin əlaqələndiricisi “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı Səidə Ömərdir.

“TRT AVAZ” kanalında yayımlanan layihə noyabrın 6-da İstanbulda keçiriləcək “16-cı TRT Sənədli Filmlər” festivalının rəsmi mərasimində geniş ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, noyabrın 6-dan 9-dək davam edəcək festivalda Azərbaycanı əhatə edən iki filmin nümayişi nəzərdə tutulur.

# 425 dəfə oxunub

Oxşar xəbərlər

"Boş yer"in  təqdimatı keçirildi

"Boş yer"in təqdimatı keçirildi

16:15 11 noyabr 2025
"Albalı dadı" filminin baş rol ifaçısı vəfat etdi

"Albalı dadı" filminin baş rol ifaçısı vəfat etdi

13:48 11 noyabr 2025
Kino Agentliyi müsabiqənin  qaliblərini açıqlayıb

Kino Agentliyi müsabiqənin qaliblərini açıqlayıb

10:07 10 noyabr 2025
Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

12:55 4 noyabr 2025
“Mənim evim”  beynəlxalq təlim proqramında

“Mənim evim” beynəlxalq təlim proqramında

17:26 3 noyabr 2025
Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

17:12 3 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər