"Qərbi Azərbaycan hekayələri" təqdim olundu

"Qərbi Azərbaycan hekayələri"  təqdim olundu
29 oktyabr 2025
# 11:31

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə icra etdiyi “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı layihə çərçivəsində hazırlanan "Qərbi Azərbaycan hekayələri" adlı kitabın Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Universitetin alimləri, şairlər, yazıçılar və tələbələr iştirak edib.

Təqdimat mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetini Beynəlxalq Məsələlər üzrə prorektoru, professor Mahirə Nağıqızı, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri Məhəmmədiyar Əsədov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Ədəbiyyatşünas, şair, DGTYB-nin MŞ üzvü Xasiyyət Rüstəm, Ədəbiyyatşünas-tərçüməçi Hafizə Qoşqarova, Məhəmməd Füzuli adına elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Gülbahar Aşurova, Universitetin professoru, filologiya elmləri doktoru İslam Yaqubov, Təbriz Universitetinin müəllimi, filologiya elmləri doktoru Fərhad Rəhimi, "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" layihəsinin rəhbəri İntiqam Yaşar çıxış edib.
Universitetin kafedra müdiri, Məhəmmədiyar Əsədovun moderatorluğu ilə baş tutan tədbirdə “Qərbi Azərbaycan hekayələri” adlı kitabın nəşrinin əlamətdar hadisə olduğu vurğulanıb. Kitabın artıq Özbək türkcəsinə uyğunlaşdırıldığı diqqətə çatdırılıb .

Kitab şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin başqanı İntiqam Yaşarın layihə rəhbərliyi ilə hazırlanıb.

Kitabda yer alan hekayələrin hər birinin müəllifi əslən Qərbi Azərbaycandan olan yazarlardır.

Sözügedən hekayələr Azərbaycan yazıçıları Mahirə Nağıqızı, Azər Abdulla, Məmməd Oruc, Güldərən Vəliyeva və Şəfa Vəli tərəfindən qələmə alınıb.
Əsərlərdə Qərbi Azərbaycanın tarixi yaddaşı, deportasiya mövzusu və milli kimliyin qorunması kimi mövzular öz əksini tapır.

# 1167 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər