Mənim sevgililərim: İlk öpüşdüyüm - II HİSSƏ
28 aprel 2011
12:31
Kulis.az Murad Köhnəqalanın “Mənim sevgililərim” lahiyəsini təqdim edir.
Müəllif girişi: İnsanlar unikal olduğu kimi onların taleləri də, başlarına gələn olaylar da unikal olur. Heç kimin taleyi olduğu kimi digərininkinə bənzəyə bilməz. Bədii ədəbiyyatda, sənətin müxtəlif formalarında əks olunan insan taleyi digər insanlar üçün olduqca maraqlıdı.
Bütün sənətlərin sirri insanın başqalarının taleyinə biganə qalmamasında, onunla maraqlanıb həyəcanlanmasındadı. Olur ki, hətta bir insan maraqlı tale yaşayan başqasının heyranına çevrilir. İnsan sevir, nifrət edir, dözür, əzab verir, həzz alır, düşünür, yaradır, dağıdır, ölür, öldürür...
Bir sözlə, beləcə burulğanlar qoynunda yaşayır. Bütün bu hislərin bir yerdə yaşanmasına həyat deyilir. İndiyə qədərki ömürdə mən də çox hisslər yaşamışam, lakin duyğularımın ən gözəli və ən xoş xatırlananı sevgi ilə bağlı olanlarıdı. Həyatımdan çoxlu gözəl xanımlar keçib, onlarla birgə yaşadığım maraqlı məqamlardan epizodları sizlərə çatdırmaq istəyirəm.
Yazının əvvəlini buradan oxuya bilərsiz
http://news.lent.az/kulis/xeber_M%C9%99nim_sevgilil%C9%99rim:_%C4%B0lk_%C3%B6p%C3%BC%C5%9Fd%C3%BCy%C3%BCm__306.html
Deyəsən, kəşf elədiyi müxtəlif bəhanələrlə mənim yanımda ləngimək istəyirdi. Onun bu hərəkətləri məni xeyli ürəkləndirdi. Bayaq mənə çayı əlində gətirdiyinə görə podnos mətbəxdə qalmışdı.
Gedib aynabəndin o başından podnosu gətirdi. Gədəbəylinin və babasının fincanlarını həddən artıq ləng hərəkətlərlə podnosa qoydu və apardı. Qayıdanda əlində təmiz, quru dəsmal gördüm. Yalandan stolun üstünü sildi.
Mənim fincanımı da qaldırıb altını sildi və başını əyib yüngülcə üzümə güldü. Başa düşürdüm ki, o da mənə əlini vurmaq istəyir, lakin gücü bəzəkli nəlbəkidə oturmuş fincana çatır. Stolun üstünü sürtdükcə köynəyinin altında xırda məmələri silkələnir, mənzərədən ürəyim əsirdi.
Axır ki, stoldan əl çəkdi və yenə mətbəxə qayıtdı. Yəqin dəsmalı qoymağa gedir, fikirləşdim. Suyun şırıltısından bildim ki, əllərini yuyur. Beynim sürətlə işləyirdi, onun bu fədakarlığı qarşısında mən də hərəkətsiz qalmamalıydım. Pencəyimin cibində çernillə yazan avtoruçka vardı. Tez cibimdən bir parça kağız çıxarıb üstünə belə yazdım: “Mən sənə vurulmuşam” Beləcə, yazdım, nöqtə, nida qoymağa vaxt yox idi. Bəs kağızı ona necə verim?
Fikirləşdim, vəziyyət özü göstərəcək. Baxdım ki, mətbəxdən qayıdır. Deyəsən, otağına getmək istəyir. Yanıma çatanda tez kağızı stola qoyub barmağımla üstünü tıqqıldatdım. O, kağıza baxanda ona tərəf sürüşdürdüm və dedim, “bu sənə çatacaq.” O, yenə başını əyib üzümə yüngülcə güldü və kağızı oğru kimi götürüb otağına girdi.
Aradan biraz keçmişdi, qonaqla Cindar otaqdan çıxdılar. Mən ayağa durdum. Cindar üzrxahlıq eləyirdi: “külfət evdə yoxdu, yoxsa sizi ac buraxmazdım.” Biz getməyə hazırlaşırdıq ki, qız qapıdan çölə çıxdı. Mənim fincanımı götürdü və yumruladığı həmin kağızı fincanın yerinə qoydu.
Mən kağızı barmaqlarımın arasında gizlədim...
Qonaqla bizim kəndə tərəf gəlirdik. Kişinin kefi kök idi. Cindar demişdi, sənin inəklərini heç kim oğurlamayıb, dağın filan yerində yeyib-yatırlar...
Bağrım partlayırdı, görəsən, qız kağıza nəsə yazıbmı, yoxsa vurulmağımı özümə qaytarıb? Mən yumrulanmış kağızı kişinin hiss eləmədiyi bir ustalıqla aralayıb baxdım. Kağızın o biri üzündə belə yazılmışdı: “Mən də” O da nöqtə-zad qoymamışdı...
Həyəcanlı günlərim başlamışdı, bütün günü onun haqda düşünürdüm. Necə görüşmək olar? Dərdimi uşaqlıqdan ölənə qədər mənimlə dostluq eləyən, qolunda şir gücü olan Salmana danışdım. Salman dedi, öyrənək, onların idman dərsi nə vaxtdı, onda şagirdləri meydançaya çıxarırlar, gedib görərik.
Qız 8-ci sinifdə oxuyurdu, adı Xalidə idi. Tellərimizi yaxşıca darayıb onların məktəbinə gəldik. İdman müəllimi oğlanları növbəylə turnikə çağırır, qızlar da cərgə durub onlara baxırdı. Birdən Xalidə məni gördü, baxdım ki, çox narahat oldu. Biz o biri şagirdləri duyuq salmamaq üçün oradan aralaşdıq.
Onu görməyin yolunu tapdığım üçün xeyli rahatlaşmışdım. Lakin bununla ürəyim soyumurdu, mütləq təklikdə görüşmək istəyirdim. Salman etibar elədiyi yuxarı sinif şagirdi vasitəsilə Xalidəyə söz çatdırası bir şagird qız tapdı. Biz söz çatdıran qızı görmürdük, sözümüzü Salmanın dostuna deyirdik, o da sinif yoldaşının vasitəsilə Xalidəyə çatdırırdı.
Bu yolla görüşmək arzumu Xalidəyə çatdırdım. Ondan xəbər gəldi ki, Rəsul adlı bir nəfər onu sevir və qızı bezdirib. Gecələr də qapılarının yanından əl çəkmir. Biz bir gün Salmanla Rəsulu axtarıb tapdıq. Aramızda belə söhbət oldu:
- O qız səni sevirmi?
- Yox!
- Onda ondan əl çəkməlisən!
- Niyə?
- Çünki qız məni sevir!
- Mən ondan əl çəkməyəcəm!
- Onda biz dalaşmalıyıq!
- Sabah axşam Tomaxlı bağında görüşərik!
Sabah Rəsul vədə yerinə iki nəfərlə, mənsə Salmanla gəldim. Onların şahidliyi ilə biz təkbətək dalaşmalı idik. Otu saralmış çəmənlikdə qabaqca yumruqlaşdıq, sonra tutaşdıq. Mən onun ortasından hop götürüb yerə yıxdım, amma yerdə onu vurmadım.
Uşaqlar bizi araladı. Ayağa duranda tövşəyə-tövşəyə dedim, “sən bir də o qız tərəfə hərlənməməlisən.” Çox arxayın danışırdım, onlar nə qədər yığılsa da arxamda Salman vardı, ondan hamı qorxurdu. O, həm qeyri-adi güclü, həm də yaraşıqlı idi. Mən özüm də küçə davasında hələ heç kimə döyülməmişdim.
Rəsul əlini mənə uzadıb dedi, gəl, qardaş olaq. Biz əl verib qucaqlaşdıq...
Bu xəbərdən Xalidə xeyli sevinmişdi. Bir gün yayla payızın birləşib yaratdığı bir gecədə mənimlə görüşməyə razı oldu. Gündüzdən görüş yerini Salmanla təyin eləmişdik. Xalidəgilin küçəsinin aşağısı, çaya yaxın tərəfdə, divara yaxın iri bir tut ağacı vardı.
Mən orda gözləyirdim. Saat 9 olanda Xalidə təkcə mənə sarı gəldi. Biz ağacın gövdəsində daldalandıq. O, çox həyəcanlı və tələsik danışırdı. Əsas Rəsulu ondan araladığıma görə mənə cəngavər kimi baxırdı. O, kürəyi tuta tərəf, mənsə onun qarşısında dayanıb pıçıldaşırdıq.
Mən məktublaşdığımız kağızı ona göstərdim, ikimiz də xeyli güldük. Artıq vidalaşıb evə qayıtmaq istəyirdi. Ona bir xeyli yaxın durub həyacanlı səslə: “səni öpmək istəyirəm,” – dedim. Əlini azca qabağa uzadıb: “yox, olmaz”, - dedi. Mən incik halda ondan bir neçə metr aralaşdım.
Xalidə durduğu yerdən tərpənməmişdi, məni pıçıltı ilə çağırdı: “bura gəl!” Mən ona yaxınlaşanda gözlərini yumub: “yaxşı, öp!” – dedi. Sifətini əllərimlə tutub onun kip, qaynar dodaqlarını öpdüm.
Baxdım ki, qız əllərimdən aşağı sürüşür. Tez belindən yapışıb yıxılmağa qoymadım. Beş dəqiqəyə qədər beləcə mənə söykəkli bayılmış qaldı. Bir əlimlə onun üzünü yüngülcə şillələyirdim. Axır ki, gözlərini açıb: “mənə nə olmuşdu?” dedi...
Düz evlərinə girənə qədər uzaqdan onu müşaiyət elədim. Küçənin başına çatanda elektrik dirəyinin dibində çıməlib məni gözləyən Salman ayağa durub qabağıma yüyürdü:
- Öpdünmü?
- Hə, gəl gedək! – dedim.

1375 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024