Ariana Qrandedən Ağ Evə sərt etiraz

Ariana Qrandedən Ağ Evə sərt etiraz
12 iyun 2026
# 10:30

Amerikalı pop ulduz Ariana Qrande Ağ Evin miqrasiya siyasətini təbliğ edən sosial şəbəkə videosunda onun musiqisindən istifadə edilməsinə sərt reaksiya verib.

Kulis.az xəbər verir ki, müğənni rəsmi qurumdan mahnısının bu məqsədlə istifadə olunmamasını tələb edib.

Bazar ertəsi "TikTok" platformasında paylaşılan videoda sərhəd xidməti əməkdaşlarının miqrantları qandalladığı anlar əks olunur və fonda Qrandenin 2024-cü ildə hit olan "Bye" mahnısı səslənir. Videoya belə bir şərh yazılıb:

"Gülə-gülə... Prezident Donald Tramp tarix boyunca ən təhlükəsiz sərhədi təmin edib".

Ariana Qrande həmin paylaşımın rəy bölməsinə daxil olaraq öz hiddətini belə ifadə edib:

"Xahiş edirəm, mənim musiqimi bu vəhşi, qeyri-insani və iyrənc cəfəngiyatla əlaqələndirməyin".

Ağ Evin mətbuat katibi Ebiqeyl Cekson isə ABŞ mediasına açıqlamasında müğənniyə kəskin cavab verib:

"Əsl vəhşilik, qeyri-insani hərəkət və iyrənclik günahsız Amerika vətəndaşlarını yaralayan və qətlə yetirən qeyri-qanuni əcnəbi cinayətkarların əməlləridir".

Ağ Evin bu videosu Donald Trampın prezidentlik müddətinin qalan iki il yarımı ərzində miqrasiya idarələrinə 70 milyard dollardan çox maliyyə ayrılmasını təsdiqləyən qanun layihəsini imzalamasından sonra yayımlanıb. Videoda zabitlərin insanları qandallaması, maşınlara mindirməsi və daha sonra saxlanma mərkəzlərinə yerləşdirməsi kadrları yer alır.

Diqqətçəkən məqam isə odur ki, Qrande paylaşıma rəy yazdıqdan sonra videonun səsi alınıb və onun şərhi silinib. Bundan sonra bir çox istifadəçi videonun altına rəy yazaraq Qrandenin şərhinin yoxa çıxdığını və səsin kəsildiyini qeyd edib.

# 802 dəfə oxunub

Oxşar xəbərlər

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
142 il əvvəl itən intibah dövrü sənət əsərləri  bir evin dəhlizində tapıldı

142 il əvvəl itən intibah dövrü sənət əsərləri bir evin dəhlizində tapıldı

12:30 31 oktyabr 2026
Venesiyada mükafat qazanan rejissorun yeni filmi "Netflix"də yayımlanacaq

Venesiyada mükafat qazanan rejissorun yeni filmi "Netflix"də yayımlanacaq

12:00 31 oktyabr 2026
Məktəblərdə psixi sağlamlıq - Tale Heydərov

Məktəblərdə psixi sağlamlıq - Tale Heydərov

11:20 31 oktyabr 2026
"Aerosmith" üç ildən sonra səhnəyə qayıtdı - Konsertə Conni Depp və Deyv Qrohl da qoşuldu

"Aerosmith" üç ildən sonra səhnəyə qayıtdı - Konsertə Conni Depp və Deyv Qrohl da qoşuldu

10:40 31 oktyabr 2026
Heydər Əliyev Mərkəzində “Art Weekend”in  rəsmi açılışı oldu

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı oldu

10:06 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər