Cek Londonun intiharından yeddi il qabaq
1 mart 2011
17:23
O, dünyaya gəlməmiş “arzuolunmaz”idi. Atası Floranın hamilə olduğunu eşidəndə qəzəblənir. Professor Çani İrlandiyada ailəsini qoyub qazanc dalınca Amerikaya gəlmişdi. Folara ilə rəsmi nigah kəsdirə bilməzdi. Uşaq qayğısı ilə də əl-qolunu bağlamaq istəmir, uşağın abort edilməsini tələb edirdi.
Belə dava-dalaşların birində Flora damarlarını kəsir, yalnız həkimlərin səyi nəticəsində xilas olur. Hələ doğulmamış “ölüm” fərmanı verilən uşaq beləcə min bir zülm-zillətlə dünyaya gəlir.
“Bic”lərdə genetik olaraq dünyaya qarşı amansız mübarizə, qisas istəyi olduğudan onlar ya cəllad, qatil olurlar, ya da dahi. Müsəlman, xristian, yəhudiliyindən asılı olmayaraq demək olar ki, bütün cəmiyyətlərdə biclərin dışlanması, “iqnore” edilməsi onları hər zaman potensial cinayətkar statusunda saxlayır. “Arzuolunmaz” uşaq ikincini seçdi – Cek London oldu.
London olmaq
Cek London uşaqlığı haqqında çox məlumatımız olan yazarlardandı. Cek ağır uşaqlıq həyatı keçirmişdi. Heç bir yaşı tamam olmamış anası Flora Vətəndaş müharibəsi iştirakçısı Con Londona ərə gedir. Anası ilə münasibətləri bir o qədər normal deyildi. Çünki anasında intihar cəhdlərindən sonra əqli zəiflik yaranmışdı.
Atalığı isə ona qayğı ilə yanaşır. Cek də ədəbi fəaliyyətə başlayandan sonra atalığına öz övladlıq borcunu artıqlaması ilə ödəyir, onun soyadını özünə ədəbi təxəllüs seçir. Əsl adı isə Con Qriffit Çani idi.
Yeniyeməlik yaşlarında Cek irland bioloji atası Uilyam Çaniyə məktub yazır. Cavab məktubunda atası qeyd edir ki, impotent olduğuna görə Cek onun övladı sayıla bilməz. Atası onu rədd etmişdi.
Yapon sahillərindəki matros
Cek uşaq yaşlarından zəhmətə qatlanası olur. Ailəsinin dolanışığı ağır idi. Qəzet satır, 14 yaşından konserv zavodunda işləyir. Qanunsuz dəniz iblisi ovu ilə məşğul olur. Gəmi göyərtələrini yuyur, matrosluq edərək Yaponiya sahillərinə səyahətə çıxır. Səyahətdən qayıdandan sonra “Yaponiya sahillərində tayfun” oçerkini yazaraq ədəbi uğur qazanır.
Qızıl axtarışı
Cek 1897-ci ildə maddi imkansızlıqdan cəmi 3 semestr oxuduğu Kaliforniya universitetində təhsilini yarımçıq qoyaraq qızılaxtaranlara qoşulub Alyaskaya gedir. Cek “qızıl qızdırması”na yoluxmuş Amerikada xəyal qırıqlığına uğramış yüzlərlə insandan biri olsa da, tale onu başqa cür varlandırdı.
“Yaponiya sahillərində tayfun” oçerkindən sonra ona məşhurluq gətirən Alyaskada qızılaxtaranların həyatından bəhs edən “Şimal hekayələri” oldu. Alyaskadan qayıtdıqdan sonra oranın sərt qışından, insanı soyuq ölkələrə aparıb çıxaran əzmindən, nəfsindən, insan və təbiət münasibətlərindən, orada məhrumiyyətlərə düçar olan insanların dözülməz həyatlarından əsərlər yazdı. Ən əsası isə bu əsərlərdə təkcə insanları deyil, heyvanları da baş qəhrəman seçdi, onların bitkin obrazlarını yaratdı.
Taleh özü Cek Londunun həyatını daima dağ aşırımlarından, keçilməz yollardan salmışdı. Uşaqlıqdan zəhmətə qatlanmış, məhrumiyyətlərə düçar olmuş Cekin qəhrəmanlarını da özünə bənzəyirdilər. Onlar da oddan-alovdan çıxmışdılar. Soyuq, sərt təbiətli Alyaskada buz baltasına dönmüşdülər. “ Dünyanın bütün canlıları iki yer bölünürlər: yeyənlər və yeyilənlər. Qanun isə belə deyirdi: ye, yeməsən sənin özünü yeyəcəklər!”
Bu qanun təkcə Alyaskada mövcud deyildi, bütün Amerikada hakim idi. Hər yerdə vəhşi kapitalizm qanunları hökm sürürdü. Kapitalizmdə isə yeyilənlər hər zaman zəiflər olurlar. Lap təbiətdəki kimi, canavar sürüsündə olduğu kimi.
Cek Londonun Alyaska səyahətindən qayıtdıqdan sonra qələmə aldığı “Əcdadların harayı”, “ Ağ diş” “ Həyat eşqi” “İtirilmiş sima” kimi əsərləri ona məşhurluq gətirdi. Tezliklə London Amerikanın ən çox qazanan yazarlarından oldu. Onun qonorarı 50 min dollar təşkil edirdi. Bu isə dövrü üçün inanılmaz dərəcədə böyük məbləğ idi.
“Həyat eşqiylə” intihar
Cek London təkcə böyük yazıçı olduğuna görə deyil, sol baxışlarına görə də keçmiş SSRİ ölkələrində hər zaman xüsusi diqqətlə oxunub. Azərbaycan oxucusu isə onu ən çox iki əsəri ilə sevir.
Onlardan biri “Martin İden” romanıdır. Bircə Tanrı bilir bu əsəri oxuyandan sonra nə qədər insan yazıçılığa meyl salıb. Bəlkə Martin İdeni imitasiya edib sevgililərindən ayrılanlar da olub.
İkinci məşhur əsəri isə “Həyat eşqi” hekayəsidir. Əsəri bir az yadımıza salaq. Alyaskada qızıl axtaran adam yolda itlərini itirir, özü kimi ac - yalavac canavarların naharı olmaq təhlükəsi ilə üzləşir. Bir insanın həyat uğrunda möhtəşəm mübarizəsindən bəhs edir. Cek London sübut edir ki, yaşamaq uğrunda mübarizəni ən ağır situasiyalarda belə aparmaq lazımdır və bu mübarizə mütləq qələbə çalacaq. Son anda qəhrəmanı yaxınlıqdakı gəmi onu xilas edir.
Depresiyada olan, həyatdan küskün oxucu üçün bu əsər əsl antidepressiv dərmandır. “Həyat eşqi” insanı nəyin bahasına olursa olsun yaşamağa səsləyir. Çoxlarına yaşama sevinci vermiş bu əsər öz müəllifini xilas edə bilmədi.
Ömrünün son aylarında Krupskaya Leninə hər axşam belletristika oxuyurdu. Cek London da Leninin sevə-sevə dinlədiyi əsərlər sırasında yer alırdı. Məhz “Həyat eşqi” əsəri Lenin ömrünün son anlarında dinlədiyi əsər olmuşdu.
1920-ci ildən Azərbaycanda
Cek London təkcə böyük yazıçı olduğuna görə deyil, sol baxışlarına görə də keçmiş SSRİ ölkələrində hər zaman xüsusi diqqətlə oxunub. Cek London əvvəl Sosialist Fəhlə Partiyasının, daha sonra Amerika Sosialist Partiyasının üzvü olmuşdu. O təkcə yaradıcılığı - “Meksikalı”, “Dəmir daban” kimi əsərlərilə sosializmi təbliğ etməkdən qalmır, həm də bir partiya fəalı kimi Amerika boyu səfərlərə çıxır, alovlu çıxışları ilə sosializmi yayırdı.
1920-ci illərdə Rusiya ilə yanaşı ərəb əlifbası ilə Azərbaycanda da çap olunmuşdu. 1920-ci illərdə təzəcə formalaşmağa başlayan SSRİ-nin sovet ideologiyasını yayacaq, xalqı bu ideologiyanın yeganəliyinə, doğruluğuna, nicat yolu olduğuna inandıracaq yazıçılara ehtiyacı var idi. Bu yazıçının isə əcnəbi olması, xüsusilə ABŞ-dan olması – insan kənarda olana daha çox inanır- o zaman Sovet ideloji maşınına daha çox əl verirdi.
İndiki zamanda nəinki çağdaş Amerika yazarlarının deyil, heç Flokner, Fiscerald, Steynbek və daha başqalarınının əsərlərinin dilimizə çevrilmədiyi və ya natamam şəkildə çevrildiyi halda Cek Londonun hələ 1920-ci illərdən tərcümə olunmasında onun sosialist dünyagörüşününün də xüsusi rolu olmuşdur.
“Meksikalı” dan inqilabçı nümunəsi
“Meksikalı” hekayəsinin qəhrəmanı təşkilata qoşulub. Təşkilata isə inqilab etmək üçün çoxlu tüfəng lazımdır. Təşkilatda isə heç kəs onu vecinə almır, ona bir iş vermirlər. Rivera ömründə heç vaxt boks oynamasa belə boks rinqinə çıxaraq qalib gəlir və inqilabın baş verməsi üçün lazım olan məbləği qazanır. Cek London bir yazıçı kimi inqilab üçün hər şeyi etmişdi. Dünyanı dəyişdirməyə and içən yazıçı öz ölüm hökmünü də özü yazıb özü icra edəcəkdi.
Yazmağın yeganə səbəbi
Cek London apitalizmi tənqid etməsinə baxmayaraq kapitala qarşı biganə deyildi. Bahalı malikanələr alır və hər zaman yalnızca yaxşı pul qazandığına görə yazdığını etiraf edirdi. “Mən yazı-pozu işinə nifrət edirəm. Bu işdən nə qədər iyrəndiyimi ifadə etməyə söz tapa bilmirəm. Yazmağımın yeganə səbəbi odur ki, mən öz əməyimə görə yaxşı pul alıram.”
Sevilməyin təzahürü
Rusiyanın Maqadan əyalətində Uzaq Şərqin ən əkzotik və gözəl göllərindən biri Cek Londonun adını daşıyır. Səslənən versiyaların birində göl kəşf olunanda sahilində “Martin İden” əsəri tapıldığı üçün belə adlandırıldığı söylənsə də, ikinci versiyaya görə Cek London geoloqların sevimli yazarları olduğu üçün bu gölü onun şərəfinə adlandırıblar.
Cek Londonun əsərlərinin yüzdən çox ekranlaşdırılmış variantı vardır. “Dəniz canavarı”əsəri ekran variantında isə özü epizodik rolda çəkilmişdi.
40 yaşın əlvidası
Mətin, əzmkar, həyatla mübarizədə hər zaman qalib çıxan obrazlar yaratmış Cek London özü bu çarpışmaya tab gətirə bilmədi. O 1916-cı ildə yüksək dərəcədə morfi qəbulundan vəfat elədi. Böyrək xəstəsi idi. Ağrılar dözülməz idi. Həkimlər ağrıları azaltmaq üçün morfi yazmışdılar. Onun bilərəkdən morfinin dozasını çox elədyini söyləsələr də ölümqabağı məktubu belə yox idi.
Londonun əsərlərində intihar hər zaman qabarıq şəkildə əks olunub. Bu versiyanın nə qədər doğru olub olmadığını müəyyənləşdirmək üçün avtobioqrafik əsər olan “Martin İden”ə nəzər yetirmək kifayət edər.
Məşhur yazıçı olmağa can atan İden uğur ona əl uzadanda həyatdan bezir, ikiüzlü, saxtakar insanlardan qaşmağa cəh edir. Onu tərk etmiş Rufi geri qayıdır, əvvəllər hekayələrini bəyənməyən nəşriyyatlar əsərlərini çap etmək üçün yüksək qonorarlar təklif edirlər.
Heç nə dəyişməyib Martin yenə həminkidir, əsərləri də eynidir, məşhur olmamışdan əvvəl yazdıqlarıdır. Dəyişən yalnız onun sosial statusudur. O indi məşhurdur və pulu var. Ailəsinin belə ona qarşı dəyişmiş münasibətini görən Martin həyatın nə qədər maddi olduğunu anlayır.
Bu təkcə Amerikan həyatınının, kapitalizmin gerçəkliyi deyil, bu dünənin, bu günün, sabahın gerçəkliyi, insanlığın gerçəkliyidir. Əvvəlcə cəmiyyətdən qaçmaq və Sakit okeanda kiçik bir ada əldə edib orada yaşamaq istəsə də yolda fikrindən daşınır. Bu dünya çox balacadır. Orda da Martini tapardılar. Martin özünü dənizdə boğaraq maddi dünya ilə vidalaşır.
London-Selincer oxşarlığı
Cek London ömrünün son dövrlərində günlərini rançosunda keçirir, təsərrüfatla məşğul olmağa can atırdı. Cəmiyyətdən qaçaraq sakit bir həyat arzusunda idi. Lakin içindəki narahtlıq ona dinclik vermirdi.
Bu yerdə yada Cerom Selincer düşür. Ədəbi uğurun zirvəsindəykən Selincer yüksək hasarlı bir malikanə alıb oraya çəkilir və güşənişin həyata başlayır. Onun bu güşənişinlik günümüzə qədər sürdü. Ta ki, Selincer öz əcəli ilə 91 yaşında ölənə qədər.
Martin İdelə Selincerin qəhrəmanı Holden Kolfildin fərqi nə idi? Martin cəmiyyətdən qaçmağa üz tutmuşdu. Holden isə cəmiyyətdən qaçmağa müvəffəq olmur, bacısı onu cəmiyyətə qaytarır.
Bəzən yazıçıların yazdıqları əsərlər müəlliflərinin talelərini müəyyən edirlər. Avtobioqrafik əsər sayılan “Martin İden”i 1909-cü ildə yazarkən Cek Londonun intiharına hələ yeddi il qalırdı. Yeddi il sonra 21-əsr Amerika ədəbiyyatının ən məşhur yazarlarından biri 22 noyabr günü səhər sonuncu dəfə dünyaya “salam” söyləyib gözlərini əbədi yumacaqdı.
Mirmehdi Ağaoğlu

4832 dəfə oxunub
Oxşar xəbərlər
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024