Təpə Çalovda 3000 illik qədim tapıntı aşkarlandı

Təpə Çalovda 3000 illik  qədim tapıntı aşkarlandı
12 avqust 2025
# 11:15

İranda yerləşən Təpə Çalov arxeoloji sahəsində aparılan qazıntılarda, təxminən 4 min il əvvəl yaşamış gənc bir qadına aid zəngin məzar aşkar edilib.

Kulis.az xəbər verir ki, tapıntılar arasında ən diqqətçəkən nümunə üzərində ilan və əqrəb fiqurları olan, xlorit mineralından hazırlanmış qara daş kosmetik qutusudur.

Bunun içərisində qədim dövrlərdə göz makiyajı üçün istifadə olunan “kühl” tozu olduğu düşünülür.

Arxeoloqlar qutunun qədim Baktriya bölgəsindən (indiki Əfqanıstan, Tacikistan və Özbəkistanın bir hissəsi) gətirildiyini bildirir ki, bu da uzun məsafəli ticarət əlaqələrinə işarədir.

Məzarda həmçinin iki qızıl sırğa, qızıl üzük, fildişi və bürüncdən iynələr, bürünc güzgü, keramika qablar və insan ayağı fiqurlu mühür tapılıb.

Tədqiqatçı Əli Vəhdətinin sözlərinə görə, yeniyetmə yaşda olan qadının bu qədər zəngin dəfn edilməsi, bölgədə mövcud olan irsi sosial statusun göstəricisidir.

Bu məzar, Böyük Xorasan sivilizasiyasında indiyədək aşkar olunan ən istisna nümunələrdən biri hesab olunur.

Qeyd edək ki, Teəpə Çalov qazıntıları 2011-ci ildən aparılır.

# 1299 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər