Heydər Əliyevin "əqidə şəhidi" adlandırdığı" filosof - O niyə intihar etmişdi?

Heydər Əliyevin "əqidə şəhidi" adlandırdığı" filosof - O niyə intihar etmişdi?
15 avqust 2025
# 17:00

15 avqust Azərbaycan filosofu və ictimai xadimi, fəlsəfə elmləri doktoru , professor Heydər Hüseynovun anım günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Heydər Nəcəf oğlu Hüseynov 3 aprel 1908-ci ildə İrəvanda anadan olub. Atası vəfat etdikdən sonra ailəsi Bakıya köçüb. Böyük qardaşı və anasının himayəsi altında böyüyüb.

1918-ci ilin mart-may aylarında ermənilərin İrəvan quberniyasında və Zəngəzurda törətdikləri soyqırımlar zamanı Heydər Hüseynovun böyük qardaşı Yusif daşnaklar tərəfindən vəhşicəsinə öldürülür.

Bu hadisədən sonra anası Gülsüm xanım övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olur. Onlar 1920-ci ildə Bakıya köçürlər və İçəri şəhərdə kirayədə qalırlar. Bu vaxt Heydərin artıq 12 yaşı var idi.

Heydər Hüseynov 1927–1931-ci illərdə Lenin adına Pedaqoji Universitetin şərqşünaslıq və pedaqoji fakültələrini bitirib. Ərəb və fars dillərinə mükəmməl yiyələnib.

O, 1936–1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru olub. 1944-cü ildə fəlsəfə elmləri doktoru, professor adını alıb. 1945–1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda ictimai elmlər bölməsinin sədri olub. İki dəfə “Stalin” mükafatına layiq görülüb.

Alim 100-dən çox elmi məqalə yazıb. Azərbaycan tərcümə məktəbinin əsasını qoyub, ilk azərbaycan-rus və rus-azərbaycan lüğətlərin redaktorlarından olub və XIX əsr Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrinin tarixi barədə 733 səhifəlik fundamental əsər hazırlayıb.

Onun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” əsəri 1949-cu ildə rus dilində çap olunub; Azərbaycan dilində isə ilk dəfə 2006-cı ildə nəşr edilib.

Heydər Hüseynov Stalin mükafatları almasına baxmayaraq, Mircəfər Bağırovun sərt tənqidinə məruz qalıb, Kommunist Partiyasından çıxarılıb və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilib.

Təzyiqlərə dözməyən filosof 15 avqust 1950-ci ildə intihar edib.

Görkəmli alimin qızı Sara xanım o günləri belə xatırlayır: “Atam tamam qocalmışdı. Ancaq gözləri gözəlliyini saxlamışdı. Yeddi ay öz evindən çölə çıxmadı ki, həbs edəsi olsalar, küçədə, camaatın gözü qarşısında olmasın. Bir kimsəni güdaza verməmək üçün dostlarının heç biri ilə əlaqə saxlamırdı. Yalnız ən yaxın dostu Məmməd Arifə zəng edirdi. Səsini eşidincə dəstəyi asırdı. Çünki onun telefonuna qulaq asırdılar. Bu cür gərginlik içində yaşaması, nəhayət, onu son addımı atmasına səbəb oldu”.

Heydər Əliyev onu “əqidə şəhidi” adlandırmışdı.

Bakı Dövlət Universitetində fəlsəfə auditoriyalarından biri onun adını daşıyır, əsərləri və tədqiqatları Azərbaycan fəlsəfə və tarix elminin inkişafında hələ də dəyərli mənbə kimi qiymətləndirilir.

# 1739 dəfə oxunub

Oxşar xəbərlər

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

18:30 30 sentyabr 2026
Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

18:00 30 sentyabr 2026
“Taxt oyunları” serialının filmi çəkiləcək

“Taxt oyunları” serialının filmi çəkiləcək

17:30 30 sentyabr 2026
Afra Saraçoğlu və Aras Bulut İynemlinin  narkotik testinin nəticəsi açıqlandı

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticəsi açıqlandı

17:00 30 sentyabr 2026
Tanınmış sosial media fenomeni saxlanıldı

Tanınmış sosial media fenomeni saxlanıldı

16:30 30 sentyabr 2026
Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

16:27 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər