"Mən gözəl şeylər öyrətməyə, doğru yolu göstərməyə çalışdım..." - "Hababam sinfi" nin Mahmut hocası

"Mən gözəl şeylər öyrətməyə, doğru yolu göstərməyə çalışdım..."  -  "Hababam sinfi" nin Mahmut hocası
15 avqust 2025
# 16:47

15 avqust Türkiyənin sevilən "Yeşilçam" aktyoru Münir Özkulun doğum günüdür.

Kulis.az bu münasibətlə sənətçinin həyatı, yaradıcılığı haqqında maraqlı faktları və aktyorun rol aldığı məşhur "Hababam sinifi" filmindən fraqmenti təqdim edir.

Münir Özkul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində anadan olub. Paşa nəvəsi olmasına baxmayaraq, daim sadəliyi və insanlara yaxınlığı ilə sevilib.

Uşaqlıqdan insanları güldürməyi və yamsılamağı bacarıb. Bakırköydəki “Halkevi” aktyorluq dərnəyinə yazılması onun teatr yoluna ilk addımı olub. O, “İstanbul Erkek Lisesi”nin məzunu olub.

“Siçanlar və insanlar” tamaşasında Muhsin Ərtuğrulun etimadını qazanaraq Türk teatrının ustaları ilə səhnəni bölüşən ən gənc aktyoruna çevrilib.

1950-ci ildən filmlərdə çəkilməyə başlayan Münirin ilk böyük rolu Nazim Hikmət və İhsan Kozanın ssenarili “Üçüncü Səlim” filmində idi.

1951-ci ildə “Xeyrəddin Barbarossa” filmində baş rolda oynayıb.

“Arzu Film” şirkətinin istehsal etdiyi ailə mövzulu filmlərdə, xüsusilə, Adilə Naşitlə birgə oynadığı rollarla məşhurlaşıb.

Xüsusən "Nəşəli günlər", "Mavi Muncuq "Arım, balım, pətəyim", "Bizim ailə" kimi filmlərdəki rolları ilə yadda qalsa da, "Hababam sınıfı" trilogiyasındakı "Keçəl Mahmut" obrazı ilə milyonların qəlbində taxt qurmağı bacarıb. Bu, onun aktyorluq zirvəsi idi.

O, dörd dəfə evlənib, üç övladı var. Sonuncu evliliyi Ümman Özkul ilə olub. Tanınmış aktrisa və prodüser Günər Özkul onun qızıdır.

Uzun illər alkoqol asılılığı ilə mübarizə aparan sənətkar 90-cı illərin ortalarında bundan qurtulub. Sonrakı illərdə demans xəstəliyinə tutulub, 2003-cü ildən evdən çıxmayıb.

Aktyor xəstəliyi ilə əlaqədar hələ də Kamal Sunal, Adilə Naşit və bir çox dünyasını dəyişmiş sənət yoldaşlarının sağ olduğunu zənn edir və gerçəklə yalanı qarışdırırmış.

2004 və 2011-ci illərdə ölüm xəbəri yayılsa da, hələ də həyatla mübarizə aparıb.

Türkiyənin xalq sənətçisi, “Qızıl Portağal” və çoxsaylı fəxri adların sahibidir.

Türkiyə teatr və kinosunda özünəməxsus iz qoyan Münir Özkul 5 yanvar 2018-ci ildə 92 yaşında vəfat edib.

# 1340 dəfə oxunub

Oxşar xəbərlər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər