Kulis yazarları “Dolu” haqqında
24 oktyabr 2012
16:41
“Dolu” filmi növbəti dəfə “Nizami” kinoteatrında nümayiş olunub. Filmə baxan Kulis.az yazarları öz qənaətlərini bölüşürlər.
Qan Turalı: “Qarabağ müharibəsi haqda nəsə yazmaq və çəkmək çox çətindir. Təkcə ona görə yox ki, müharibə ağır mövzudur. Həm də ona görə ki, müharibənin vurduğu yaralar hələ də qaysaqlanmayıb. Üç il davam edən döyüşlərdə aldığımız məğlubiyyət acısı hələ də canımızdadır. Bu mənada müharibə haqda tam tərəfsiz bir film çəkmək ictimai baxımından mümkünsüz görünür. Qarabağ Azərbaycanın nəzarətinə keçməmiş Mirzə Cəlilin “Kamança” humanizmindən danışmaq yersizdir.
“Dolu” romanı müharibə ağrılarını sarmaq üçün yazılan bir roman idisə “Dolu” filmi daha cəsarətli bir məqsədə-məğlubiyyətin səbəblərini tapmağa kömək edir. Filmin texniki və bədii tərəflərinin peşəkarlığı vəhdət təşkil edir. Biz adətən müqayisələri qeyri-dəqiq prinsiplər əsasında aparırlar. Lakin “Dolu”nu Azərbaycanda Qarabağ haqqında çəkilən filmlərlə müqayisə etsək bu filmi mübahisəsiz şəkildə ən yaxşı filmlərdən birini saymaq olar.
Filmi hansısa pafoslu çıxışla da bitirmək olardı, amma ruhların Qarabağa getməsi həm qələbəyə inamı simvolik şəkildə gözəl təqdim edir. Bu cür sonluq ən bədbin insanı belə qələbəyə inandırır”.
Qismət: ““Dolu” filmi haqqında daban dabana zidd iki rəy eşitmişdim. Birincisi, filmi göylərə qaldırır, ikincisi yerdən –yerə vururdu. Dostlarla filmə baxdıq, qənaətimcə film nə “mükəmməldi” - deyənlər dediyi kimi mükəmməl, nə də “çox zəifdi” – deyənlər dediyi kimi zəif filmdi. Açığı çox pafoslu bir film gözləyirdim və şükür ki, gözləntim yanlış oldu. “Dolu” orta səviyyəli bir filmdir və deyim ki, bizdə o qədər də yaxşı vəziyyətdə olmayan kino sahəsində, bu filmi müharibə mövzusunu çal-çağırdan uzaq bir dillə ifadə etməyə çalışan uğurlu cəhd kimi qiymətləndirmək olar”.
Ramilə Qurbanlı: “Az-çox kino sənətindən başı çıxan tamaşaçı kimi deyim ki, “Dolu” filmi həqiqətən də indiyə qədər Qarabağ müharibəsi haqda çəkilmiş filmlərin ən yaxşısıdır. Həm ssenari, həm rejissor işi, həm operator, effektlər, musiqi, bir sözlə film küll halında yaxşı filmdir. Filmdə müharibə, döyüş, səngər, “Qrad” mərmilərindən yaranmış partlayış səhnələri çox gözəl effektlərlə verilib. Əgər tamaşaçı kinoya baxdığını unudursa bu filmin uğurudur. Təəssüf ki, Pələngin anası rolunu oynayan Gülzar Qurbanova ekranda görünəndə harda olduğum yadıma düşdü.
İkinci uğur rejissor tapıntısıdır. Elxan Cəfərov Azərbaycan kinosu üçün iki aktyor kəşf edib Drakonu (Rza Rzayev) və Pələngi (Elvin Əhmədov) yaradan iki gənci. Xüsusən Pələngi oynayan gənci Mübariz İbrahimov rolunda da görmək istərdim, çox oxşayır. Drakon isə əsl drakondur.
Filmin uğurlu başlanğıcını da deyim, dolu yağışının “Qrad” mərmilərinin dolusuna çevrilməsi kino üçün estetik baxımdan uğurlu alınıb. Komandir obrazına aktyor seçimi də rejissorun daha bir uğurudur. Məmməd Səfa kino üçün yaranmış aktyordur. Onu ekranda görəndə bir vaxtlar sənətşünas Cəfər Cəfərovun Həsənağa Turabov barədə dediyi fikri xatırlayıram: “ Onun səhnəyə çıxması ilə səhnə artıq dolur ”. Sonralar bu Fuad Poladova da aid edilib, bu gün həmin fikir inamla Məmməd Səfa barədə deyilə bilər. Kino ekranı komandirin – Məmməd Səfanın gəlişi ilə doldu. Onun döyüşçü-komandir olduğuna necə inadımsa filmdən sonra foyedə gördüyüm aktyor Məmməd Səfaya yaxınlaşa bilmirdim. Fuad Poladov da işğala məruz qalan bir şəhərin başçısı kimi obrazda çox inandırıcı idi, belə bir “raykom” özü inandırıcı olmasa belə. Aqil Abbas axı reallıqlarla bahəm arzusunda olduğu hadisələri də qələmə alıb.
Obrazlar arasındakı dialoqlar da inandırıcı verilib. Çəkiliş yerləri yaxşı seçilib. Operator işi xüsusi qeyd olunmalıdır, bunu da deyim. Bunlar hamısı son illər Azərbaycan kinosunda görünməyən uğurlardır. Həmçinin filmin musiqisi. Polad Bülbüloğlu gözəl sənətkardır və burda da filmin ruhunu sənətkarlıqla duyub musiqini yazması film boyu özünü büruzə verir”.
Kənan HACI: “Aqil Abbasın ssenarisiylə çəkilmiş “Dolu” filmi məncə, son illər müharibə mövzusunda çəkilmiş ən yaxşı filmlərdəndir. Tamaşaçı filmdə torpaqlarımızın işğalını doğuran səbəbləri görür. Döyüş səhnələri, evlərin bombardman edilməsi canlı formada təqdim olunur. Bu, Azərbaycan kinosunda indiyədək rast gəlinməyən bir haldır. Rejissor və operator işi də çox yüksək səviyyədədir. Drakon və Pələng obrazları mükəmməl işlənib.
Həmin dövrün boz-bulanıq mənzərəsini yaxşı xatırlayıram. Yeniyetmə cavanları küçələrdən, avtobuslardan yığıb hərbi maşınlara doldururdular və birbaşa cəbhə bölgəsinə yollayırdılar. Hər gün cəbhədən Bakıya tabut gəlirdi... İnsanların üzündən hüzn yağırdı. Şəhidlər Xiyabanında şəhid məzarlarının sırası uzandıqca uzanırdı, dünən dəfn olunmuş şəhidin məzarı üstə sabah gələndə orda üç-dörd təzə qəbir görürdük...
Film məni həmin illərə qaytardı.
“Dolu” filmində məni nə qane etmədi? Bir sıra epizodlar son dərəcə qeyri-səmimi təsir bağışlayır. Məsələn, Fuad Poladovun yaratdığı katib obrazı çox süni görünür. Mən katibin özündən yuxarı instansiya ilə bu cür danışığına inanmıram. Elə Bakıdan gəlmiş jurnalist də çox bayağı təsir bağışlayır. Filmə həddən artıq pafos yüklənib, bizim vətənpərvərlik haqda çəkilən bütün filmlərdən pafos fışqırır.
Hərbi xidmət keçmiş adamlar bilir ki, kəşfiyyatçı düşmən tərəfdən əsir tutub gətirirsə, onu belə asanlıqla buraxmırlar. Təbii, filmin müəllifləri bununla bizim bir millət olaraq mentalitetimizdən gələn mənəvi dəyərləri önə çəkmək istəyib. Amma bunu başqa bir situasiyada təqdim edə bilərdilər. Bu epizod tamaşaçını inandırmır.
Amma son qənaətim belədir: “Dolu” müharibə haqqında ən yaxşı filmdir.
Son olaraq, bircə arzumuz var. Bir gün hamımız filmdəki kimi o torpaqlara üz tutaq!”
Fərid MİRZƏYEV: “II Dünya Müharibəsi zamanı Hitler Almaniyasının yəhudilərə qarşı genosidi haqda yüzlərlə filmə baxmışıq.
Faşist Almaniyasının yəhudiləri kütləvi şəkildə məhv etməsi reallıqda olduğu kimi filmlərdə də “bəşəri cinayət” adlandırılır.
Qarabağ savaşında sözün əsl mənasında bəşəri cinayətin qurbanı olan bizlərin yaddaşında müharibəyə aid barmaqla sayılacaq qədər film var.
“Fəryad” filmindən savayı təsiredici ikinci bir filmin yoxluğundan əziyyət çəkirdik.
Yazıçı Aqil Abbasın eyniadlı əsərinin ssenarisi əsasında çəkilmiş “Dolu” filmi “Fəryad”dan sonra yaranmış boşluğu doldurmağa iddialıdır.
Ssenarist və rejissor tandemi uğurlu alınıb.
Filmdəki Drakon, Pələng obrazları qəhrəman azlığından əziyyət çəkən millət üçün gözəl tapıntıdır. Qəhrəman axtarmaq üçün nağıllara, dastanlara üz tutmağa nə ehtiyac var?!
Qarabağ savaşında vuruşan minlərlə qəhrəmanları görməzdən gələnlərə hesablanmış addımdır.
Filmdə namaz qılan hərbçinin üzərində dayanmaq istərdim. Avtomatı yanında namaz qılan obraz tamaşaçıda müxtəlif fikirlər yaradır. Əgər bu film xarici ölkələrdə nümayiş olunsa iki sual yarana bilər: 1. Müsəlman azərbaycanlılardan niyə yalnız bir nəfər namaz qılır? 2. Əli avtomatlı hərbçinin namaz qılması qeyri-müsəlmanların şüurundakı “terrorçu müsəlman” fikrini daha da bərkidə bilər. Ya çeçenlərdə olduğu kimi hamı “allahu əkbər” qışqırıb hücuma keçir, ya da hamı ancaq avtomatına sarılır.
Filmin sonunda ruhların “STOP” səddini aşaraq Qarabağa doğru irəliləməsi isə əsl şedevr idi. Ruhlarla bərabər biz canlıların da ora irəliləməsi ümidi ilə…QARABAĞA DOĞRU!!!”
Ağa CƏFƏRLİ:
““Dolu”nu Qarabağ müharibəsi haqqında çəkilmiş ən yaxşı filmlərdən biri hesab etmək olar. Film adamı yaşadığımız çətin günlərə qaytarır, o ağır günlərin acısını yenidən hiss edə bilirsən. Effektlər çox yaxşıdır, kamera işi yüksək səviyyədədir. Döyüş səhnələri inandırıcı alınıb. Aktyorlar rollarının öhdəsindən layiqincə gələ bilib.
Filmin finalı isə əladır. Ruhların sərhədi adlayıb işğal olunmuş torpaqlara yollanması çox təsirlidir və hamımıza verilmiş bir mesajdır. Filmin müəllifləri, mesajınızı aldıq.
Bütün bunlara yanaşı bir məqamı da vurğulamaq lazımdır: tamaşaçının dərhal diqqətini çəkən bəzi qüsurlar uğura kölgə salır.
***
Filmdəki hadisələr 1991-ci ildə baş verir. Sovet İttifaqı hələ dağılmayıb. Yanacaq doldurma məntəqəsini göstərirlər. Məntəqənin üzərində latın qrafikalı Azərbaycan əlifbası ilə “Petrol” sözü yazılıb.
***
Əsgər baş geyimsiz hərbi salam verir. Halbuki, hərbi nizamnaməyə görə, baş geyimsiz hərbi salam vermək olmaz. Komandir qanun-qaydaya ciddi əməl edən adam olsa da nədənsə əsgərin bu hərəkətinə heç bir reaksiya vermir. Deyə bilərsiniz ki, o vaxt qayda-qanuna bir o qədər də əməl edilmirdi. Olsun. Rejissor bunu göstərmək istəyirdisə, bu epizod üzərində bir az da işləmək, problemi daha qabarıq göstərmək olardı. Ancaq rejissor bunu etməyib.
***
Bizim kəşfiyyatçı qrup düşmən kəşfiyyatçısı olan xanımı yaxalayır. Xanım ciddi sorğu-sual edilmədən azad edilir. Drakon bu addımı belə əsaslandırır: “Bizim davamız arvad davası deyil, torpaq davasıdır”. Hətta ən axmaq hərbçi belə düşmən kəşfiyyatçısını azad etməz. Kəşfiyyatçı istənilən halda zərərsizləşdirilməlidir. Bunu kəşfiyyatçı olmayanlar da bilir. Deyilənə görə bu epizod real hadisə əsasında çəkilib. Ancaq inandırıcı görünmür.
***
Kəndlinin silaha ehtiyacı var. O, erməni əsgərini zərərsizləşdirir, ancaq silahını götürmür. Kəndli bu addımı ikinci erməni əsgərini zərərsizləşdirən sonra atır. Hərbçilərdən və psixoloqlardan soruşun: onlar da deyəcəklər ki, silaha ehtiyacı olan adam birinci cəhddə onu götürər.
***
Kəşfiyyata gündüz getmirlər. Ancaq bizim qəhrəmanlarımız bunu gündüz edirlər. Kəşfiyyatçılardan biri-Pələng isə gecələr öz evində mışıl-mışıl yatır. Müharibə gedən dövrdə hərbçinin öz evində də gecələməsi də müzakirə mövzusu ola bilər.
Bu cür qüsurlara baxmayaraq filmi uğurlu hesab edir və deyirəm: əziyyət çəkənlər, əllərinizə sağlıq!”

2007 dəfə oxunub
Oxşar xəbərlər
Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024
Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev
12:00
26 oktyabr 2024
"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar
15:00
25 oktyabr 2024
Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?
12:00
25 oktyabr 2024
Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel
15:00
24 oktyabr 2024
"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?
09:00
24 oktyabr 2024