Azərbaycanlıların 8 qonaqlığı

Azərbaycanlıların 8 qonaqlığı
15 oktyabr 2012
# 07:00
Layihə: KULİS ZARAFATI

Qonaqlığı hamı sevir. Xüsusilə də qonaqlığı başqası verirsə. Ancaq qonaqlıqlar eyni olmur, atam balası. Müxtəlif cür qonaqlıqlar mövcuddur. Pis və yaxşı qonaqlıq yoxdur. Balaca və böyük qonaqlıqlar var. Bu yazımızda qonaqlıqların müxtəlif növlərini – balacasından böyüyünə doğru sıralayacağıq. Nuş olsun!

1. Çay qonaqlığı. Belə qonaqlıqlar həmişə darıxdırıcı olur. İşdən sonra isə belə qonaqlıqların heç mənası olmur. Belə qonaqlıqlarda ən yorucu söz “çayına limon atım?” ifadəsidir. Əgər aclığın varsa, çalışırsan ki, masanın üstündəki konfetlə, mürəbbə ilə yola verəsən. Vay o gündən ki, bu qonaqlıqda çay quru qəndlə stola gələ. Qənd yeməkdən dişin töküləcək.

2. Pivə qonaqlığı. Yay mövsüminə aid qonaqlıqdır. Pivə qonaqlığının özü də iki yerə bölünür: yerli pivə və xarici pivələr. Çay qonaqlığı ilə müqayisədə pivə qonaqlığı ürəkaçandır. Bu qonaqlığın da noxudlusu və pendirlisi olur. Pendirlisi daha bahalıdır.

3. “Nemesski şot”. Cibdə pul azdırsa, belə məclislərin ən uğurlu yeməyi kartof qızartması ya da pomidor-yumurta olur. Özü də bu yeməklər adətən hamıya ayrı-ayrı gəlmir, ortaya gəlir, hamı öpz boşqabına töküb yeyir. Bu israfın qabağını almaq üçündür.

Əgər cibdə pul yaxşıdırsa, kabab qaçılmazdır. İçki içiləcəksə, güc (yəni pulun çoxu) arağa verilir. Bu cür məclislərdə əsas qanqaraçılıq yaradan “çağırılmamış qonaq”dır. Təbii ki, pulu yoxdursa.

4. Sifarişi qonaqlıq verən adam verir. Vaxtaşırı qonaqlıq verən əliaçıq adamlar çoxdur. Adətən sifarişləri də özləri verir. Bu o deməkdir ki, qonaqlıq verənin ya pulu azdır, ya da pul xərcləməyi sevmir. Təbii ki, olmayan yerdə belə məclislər də pis deyil.

5. “Nə istəyirsən gəlsin”. Qonaq verənlərin daha az yayılmış tipidir. Belə adamların pulu çox olur. Ola bilsin o zəng vuranda uzaqda olursan, amma o sənə deyir: “Min taksiyə, de, sürsün filan yerə”. Təbii ki, taksinin pulunu özü verir. Masa ətrafına oturduqdan sonra isə “kim nə istəyir sifariş versin”, – deyir. Belə qonaqlıqlarda adam özünü çox rahat hiss edir. İndiyə kimi yeyə, içə bilmədiklərini gözün menyuda axtarır. Yeyib-içdikdən sonra hamı öz evinə dağılır. Əgər çox gecdirsə, həmin adam səni taksi ilə yola salır.

6. Seriyalı qonaqlıqlar. Bu yuxarıdakının davamıdır. Yəni yeyib-içmək bitdikdən sonra evə getmirsən. Bu qrupa daxil olan qonaqlıq, qonaqlıqların ən gözəlidir. Qonaqlıq verən taksi ilə səni çağırır, taksinin pulun verir, sifarişi sənin öhdənə buraxır, qonaqlıqdan sonra pivə məclisi, pivə məclisindən sonra barda viski, sonra isə saunada istirahət. Sauna mərhələsi xüsusilə önəm daşıyır. Və ən nəhayət evə yola salanda taksinin pulunu verir, cibinə də pul qoyub sağollaşır. Adətən belə məclislər səhərə yaxın bitir. Bu tip qonaqlıqlar ildə maksimum 2 dəfə olur.

7. Rayon qonaqlığı. Bəzən isə hansısa rayonda qonaqlıq verirlər. Belə qonaqlıqlar da möhtəşəmdir. Rayonu həmin adam seçir. Hadisələr meşənin ortasında cərəyan edir. Belə qonaqlıqlar adətən rayonlarda pivəxanalarda bitir. Burda qonaqlıqdan əlavə qısa bir tətil imkanı da yaranır.

8. Gedək Antalyaya. Düzü desək, bu cür qonaqlıq haqda ancaq eşitmişik. Qonaqlıq verən adam yol pulunu, otel pulunu ödəyir və sən 1 həftə Antalyada kef edirsən. Eşitsək də görməmişik. İnşallah o günü də görərik.

Həmişə qonaqlıqlarda!

Fuad Cəfərov
# 3449 dəfə oxunub

Oxşar xəbərlər

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

15:00 28 sentyabr 2026
Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər