Azərbaycanda yumor ictimai problem kimi TƏHLİL
28 sentyabr 2012
11:37
Yumor hissi çox vacib keyfiyyətdir. Permanent olaraq dərin stress içərisində olan cəmiyyətimizdə yumorun faktiki yoxluğu ilə daima rastlaşırıq. Bizim insanlarda yumor hissi demək olar ki, qeybə çıxıb, zatən küçələrdə gülərüzlü insanlarla çox az rastlaşırıq. Azərbaycanda özünəməxsus yumor ənənələrinin (Şəki, Təbriz və s.) tarixən mövcud olmasına rəğmən, hazırda cəmiyyətdəki yumor aspekti demək olar ki, yalnız şit zarafat və kobud rişxənd elementlərinin təmsilindən ibarətdir. Bu bir həqiqətdir: bizim toplumda ictimai və hətta şəxsi həyatda baş verən hadisələrə elementar xoş və eyni zamanda ironik münasibət, qarşı tərəfin də bunu gülüşlə qəbul etməsi demək olar ki, mümkünsüzdür. Hansı bir intellekti, iti ağlı, kəsərli yumoru olan individuum olsa da, cəmiyyətin qıcanmış və qaşqabaqlı normaları bunu etməyə şans tanımır.
Cəmiyyətdəki bu boşluğu bayağı və kifayət qədər brutal “gülüş ustaları”, yaxud “yazar”lar doldurmağa çalışır. Keçən əsrin əvvəllərində Üzeyir bəy və Əbdürrəhman bəy Haqverdiyevin (Mirzə Cəlil və Sabirdə yumor deyil, kəsici satira idi) səlis və eyni zamanda incə yumoru hazırda yoxdur. Sovetlərdə mövcud olan siyasi-sosial lətifələr isə ümumiyyətlə mövcud deyil. Cəmiyyətin nəinki yumor kreativliyi, hətta yumoru qiymətləndirmək potensialı sanki tükənib. Bunun nə ilə bağlı olduğunu dəqiq konstatasiya etmək kifayət qədər çətindir, çünki bir çox toplumlarda ən ağır dövrlərdə, ən çətin anlarda belə yumor hissi insanları tərk etməyib.
Bir zamanlar Uinston Çörçillin “II Dünya Müharibəsi” (“The Second World War”, 1948/54) adlanan memuarlarını oxuyarkən orada maraqlı bir əhvalat diqqətimi çəkdi. Çörçill nəql edirdi ki, müharibə sonra yetdikdən sonra Gestaponun arxivlərinin bir hissəsi qənimət kimi Britaniya xüsusi xidmət orqanlarının əlinə keçir. Çörçill də bu sənədlərə baxış keçirmək istəyir və orada almanlara 1941-ci ilin bombardmanları zamanı əsir düşmüş bir ingilis pilotunun istintaq materiallarına rast gəlir.
İstintaq çox həssas dövrə təsadüf edirmiş. 1941-ci ilin baharı zamanı öz yüksəlişində olan III Reyx ilə vuruşda bütün müttəfiqlərini itirib, qorxunc tərəf müqabili ilə üzbəüz qalmış Böyük Britaniya ağır vəziyyətdə idi. Faktiki sarsıdıcı məğlubiyyət qarşısında duran, özünü Görinqin yırtıcı “Luftwaffe”’sinin azğın hücumlarından çox böyük çətinliklə qorumağa çalışan əski imperiya, son gücünü və məşhur ingilis əzmini toplayıb var qüvvəsi ilə müqavimət göstərirdi. Bu zaman tarixə “İngiltərə uğrunda savaş” kimi yazılmış və aylarla davam edən döyüş silsiləsi, sırf hərbi hava qüvvələri arasında baş verdiyindən, hər iki ölkənin pilotları artıq ağına-bozuna baxmadan rəqibin şəhərlərini, mülki obyektləri belə bombalayırdılar. O zaman radarın hələ kəşf olunmamışdı (o bu döyüşün lap sonlarında ingilislər tərəfindən kəşf edildi və bu Britaniyanın duruş gətirməsini mümkün etdi) və zenit qurğuları kifayət qədər inkişaf etməmişdi. Bu səbəbdən şəhər infrastrukturu amansızcasına dağıdılır, mülki əhalinin arasında tələfat isə saysız-hesabsız olurdu. Beləcə, bəşər tarixində misli görünməmiş hava döyüşlərində hər iki tərəfə aid olan, keçmişin german cəngavər ənənələrindən əsər-əlamət qalmamışdı.
Savaşın ismindən göründüyü kimi mübarizə əsasən İngiltərə üzərində baş verdiyindən, daha çox Britaniya tərəfi ağır itkilərə məruz qalsa da, ingilislər cəsarətli əks-hücumlar edərək alman şəhərlərini bombalayır, düşmənə ölümcül zərbələr vururdular.
Almaniya hərbi hava qüvvələrinin (Luftwaffe) rəhbəri, III Reyx hierarxiyasında Hitlerdən sonra ikinci şəxs olan, fürer və xalq qarşısında “Almaniyaya bircə bombanın da düşməyəcəyi” andını içmiş Görinq bu səbəbdən lap hövsələdən çıxarır, azğınlaşır. “Lənətə gəlmiş ingilisləri” cəzalandırmaq üçün müharibə zamanı indiyədək görünməmiş addımlar atılır, gecə bombardmanlarında hərbi əhəmiyyət kəsb etməyən bütöv şəhər və qəsəbələr yer üzündən silinirdi. Və bu cür total müharibə faktiki hərbi qarşıdurmanı etnik nifrətə gətirib çıxarırdı. İstintaq materiallarında da bu öz əksini tapmışdı.
Gestaponun məhbəsində gedən dialoqu əslində dindirənin soyuq informasiya alma cəhdi deyil, daha çox emosional söhbət kimi təfsir etmək olardı. İstintaqın sonunda pilotu dindirən gestapoçu zabit ondan soruşur, daha doğrusu təhrik edir (dialoq təxminidir): “Siz nədən bizimlə müharibəyə başladınız ki? O polyaklara görə? Fransaya görə? Dəyərdimi bunu etməyə? Fürer ingilislərə çox dərin sayğı duyub hər zaman (bu həqiqət idi – E.M.), bəs bu cənab Çörçill bizə niyə belə nifrət edir? Çörçill niyə belə etdi? Sizi darmadağın edəcəklər, buna əmin olun! Fürer sizi məhv edəcək!!!”
Cavab: “Cənab zabit, biz bunları yəqin ki, gələcək seçkilərdə nəzərə alarıq”.
Bu diqqətəlayiq söhbət dəhşətli Gestapo məhbəsində gedirmiş. Cavabda hədəfin necə dəqiq vurulduğunu şərh etməyə ehtiyac yoxdur. Çörçill memuarında bu ismi bilinməyən, həqiqi ingilis xarakterini ən son anda belə saxlaya bilmiş qəhrəmana dərin minnətdarlığını ərz edir və qələbənin məhz belə ruh, əzm sayəsində çalındığını israrla vurğulayır.
İndi isə tamam başqa, bizlərə aid olan bir hadisəni nəql edəcəyəm və hörmətli oxucuların buna da yumorla yanaşmasını rica edirəm. Məlum olduğu kimi musiqiçilər arasında içərisində yumor, satira, rişxənd, “mırt” komponentləri ilə dolu kifayət qədər əcaib söhbətləri “manıs tayfası”, toyxanaçılar, qısası əsasən “narodniklər” yaradır, belə söhbətlər cəmiyyətdə daima dolaşıb, Habil Əliyevin söhbətləri isə lətifə kimi bütün ölkəyə yayılıb.
Demək haradasa 80-ci illərin sonu, təhsil aldığımız zamanlar idi. O dövrün yarıac-yarıtox mühitində dostlar arasında “toyxanaçı”lıq edən bir klarnetçi vardı. O, ən azından ayaqda qalmaq üçün, vaxtilə Abşeron mehmanxanası ilə üzbəüzdə yerləşən “manıs bağı”na “toy tutmaq” məqsədilə müntəzəm olaraq baş çəkər, toyxanaçı “ekip” tərkibində tez-tez rayonlara “palatka” toylarında iştiraka gedərdi. Səfərlərinin birindən sonra çox qaşqabaqlı və kefsiz konservatoriyaya gəldi. Nə olduğunu soruşduqda, “heç inanmazsuz eee, başımıza nə gəlib, bir tikə çörəyin dərdindən ...” kimi uzun-uzadı söyləndi.
Əhvalat doğrudan da ilginc olubmuş. Demək hansısa ucqar bir kəndə düyünə gəlmiş “manıs dəstəsi” alətləri quraşdırır, toy başlanır. Bir-iki zəruri havadan sonra müğənni para yığmaq məqsədilə başlayır bəy tərifinə. Əvvəl bəy, sonra onun atasını göylərə qaldırır. Muğam üstə “Bəyin ağsaqqal atası, kəndimizin babası” kimi təriflər gəlir. Bəyin əmisi bunu görcək tez yaxınlaşıb “xələt” verir və əvəzində təxmini “bəyin qoçaq əmisi, qəhrəmanı, Nəbisi, Koroğlusu, mərd oğlu” və nəsə buna bənzər oxşamalar alır. Bundan sonra bütün qohum-əqrəba işə keçir – xalalar, bibilər, dayılar, nənələrdən tutmuş xalanəvəsi, bibinəvəsinə qədər gedib çıxılır. Bu zaman edilən sifariş və verilən “xələtlər”dən vəcdə gəlmiş müğənni yəqin ki, təxəyyülündə “12 stul” filminin baş qəhrəmanı Kisa kimi yığılan pulları hesablamağa çalışır, eyni zaman eyforiyada bu sifarişçilərə o ki var tərif döşəyir, qadınları Həcər, Nigar, Tomris, daha nə bilim nələr kimi müqayisələrdə göylərə ucaldır.
Toyda el adətinə görə bəyin bacısı da əlində məcməyi qonaqlara xidmət göstərirmiş. Görünür edilən şıdırğı təriflərə onun da hissləri oyanıb, o üzdən bu xanım camaata qulluq edə-edə ortalıqda meydan sulayan müğənniyə arxa tərəfdən yaxınlaşıb, əlindəki əskinası uzadıb və onun qulağına “bəyin bacısı, bacısı!” pıçıldayıbmış. Uğurlardan cuşa gəlmiş müğənni qardaş da elə anidən, paralel olaraq muğam üstündə oxumağında davam edərək, heç geriyə dönmədən pulu arxadan alıb cibinə soxuşdura-soxuşdura ilk ağlına gələni - “Bəyin gözəl-göyçək, ay parçası, daldan v.rən bacısı” - deyibmiş ki, həmən məcməyi onun başında partlayır. Gözlənilməz gedişdən toy dəyir bir-birinə. Bircə anın içində, əslində günahsız müğənni qardaşın yalvarışlarına əhəmiyyət verməyən kənd cahılları onun üstünə hücum edib döyməyə başlayır. Arada qalxmış mərəkədən başqa toyxanaçılar qaçaraq canlarını güclə qurtarıblar. Uzun həngamədən sonra kəndin ağsaqqalları, əyalət yerində yolverilməz xəta buraxmış bəlalı müğənnini heç nədən qızışmış cahılların əlindən alıb gətirir kəndin qırağına sığınmış “manıs dəstəsinə”. Kənddən “bu saat rədd olmaları” tələbi də öz yerində. Suyu süzülə-süzülə pərt-pərişan gəlib Bakıya çatıbmışlar...
Gənc vaxtlarımız idi, uğunub getdik bu söhbəti eşidən an, klarnetçi də gülməyə başlayıb, anidən yenə tutuldu – “Ala bizi orda öldürə bilərdilər e, başa düşmürsüz e! Pul da qaldı orda!”
Görünür, situasiyanın komizmi, lap səthi olsa camaata əsla təsir etməyibmiş.
Hazırkı Azərbaycan cəmiyyəti Molyer, Rable, Servantes qəhrəmanlarının canlı prototipləri, Mirzə Cəlil və Sabirin personajları ilə dolu olsa da, bizdə bunlara adekvat yumor yaranmır. Bunun bir izahı toplumda sırf intellektual fərdlərin azlığı olsa da, bəlkə daha əsası cəmiyyətin tam seqmentar, sosial param-parça olmasındadır. Gülüş üçün hədəfləri bunca fərqlənən, tərkib etibarilə müxtəlif olan toplum çətin tapıla.
Maraqlıdır ki, son illər milli kinematoqrafımızda komediya janrında yaradılmış və diqqəti çəkəcək filmləri də örnək gətirmək çətindir, əlbəttə Vaqif Mustafayevin tragikomik üslublu filmlərini sırf komediya hesab etməsək – “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba” və s.
Fransız filosofu və sosioloqu Anri Berqson yumorun, gülüşün başlıca funksiyasını cəmiyyətin islahı hesab edirdi. İslahın isə bizim toplum üçün necə bir zərurət olduğu aksiomadır.

1861 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024