"Harry Potter" kino silsiləsi böyük ekrana çıxmasının 25 illik yubileyi münasibətilə bütün filmləri ilə yenidən kinoteatrlara qayıdır.
Kulis.az xəbər verir ki, "HBO" istehsalı olan yeni serial layihəsindən əvvəl kinosevərlər əfsanəvi sehrbazlıq aləminin bütün macərasını xüsusi rəqəmsal formatda izləmək imkanı əldə edəcəklər.
Silsilənin Kris Kolumbus tərəfindən ekranlaşdırılan ilk filmi – "Harry Potter and the Philosopher's Stone" (Harri Poter və fəlsəfə daşı) Daniel Redkliff, Rupert Qrint və Emma Uotson kimi ulduzları dünya kinosuna qazandırmaqla yanaşı, Robbi Koltreyn, Riçard Harris, Alan Rikman və Meqqi Smit kimi ustad aktyorların ifaları ilə yaddaqalan olmuşdu.
Daha sonra silsilə şəklində davam edən və ümumilikdə 7.78 milyard dollardan çox gəlir əldə edərək rekord göstəriciyə imza atan film seriyası avqustun 27-dən sentyabrın 3-dək "Regal" kinoteatrlar şəbəkəsində yenidən nümayiş olunacaq.
"Harry Potter" yenidən kinoteatrlara qayıdır - Xüsusi rəqəmsal formatda
Oxşar xəbərlər
Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi
18:42
4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq
18:00
4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı
17:30
4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar
16:30
4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri
16:00
4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra
15:30
4 noyabr 2026