"Mənim kitablarım yandırılmağa layiq idi..." - Alman yazıçıdan sitatlar

"Mənim kitablarım yandırılmağa layiq idi..." - Alman yazıçıdan sitatlar
10 avqust 2026
# 12:00

Bu gün alman romançı Alfred Döblinin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Əvvəllər elə düşünürdüm ki, böyük müəllimlər insana ilham verir. İndi isə yanıldığımı anlayıram. Yaxşı müəllimlər ilham verir; böyük müəllimlər isə həyatınızın hər günündə özünüzə necə ilham verə biləcəyinizi öyrədir. Onlar öz möcüzələrini göstərmirlər, sizə öz möcüzənizi yaratmağın yolunu göstərirlər.

İnsan üçün əsas şey onun gözləri və ayaqlarıdır. O, dünyanı görməyi və onun ardınca getməyi bacarmalıdır.

Əgər bir daha dünyada ədalətin olub-olmadığını soruşsanız, bu cavabla kifayətlənməli olacaqsınız: hələlik yoxdur; hər halda, bu cüməyə qədər olmayıb.

Heç bir ölkə ölümə aparan ölkə qədər dinc deyil. Həyat insanın başı üzərində körpü tağı kimi ucalır, onun altından axan su isə qayıqları götürüb daha uzaqlara aparır.

Mən alovun odunu udduğu kimi oxuyuram.

Yazı yazmaq dırnaq gəmirmək və ya diş qurdalamaq deyil, ictimai əhəmiyyət kəsb edən bir məsələdir.

Taleyinizin qarşısında lovğalanmamalısınız. Mən tale dedikləri şeyin düşməniyəm, yunan deyiləm, berlinliyəm.

Almanlar belədir... Zirvədəki aristokratlar şüşə kimi bərk, buz kimi soyuqdur, Kralın xidmətçiləridir; zəhmətkeş kütlə itaətkar, mütiləşdirilmiş, sentimental və qəddarlığa meyllidir; ziyalı təbəqə isə təhsilli, lakin yaltaqlıq dərəcəsində qorxaqdır.

Dünya şəkərdən və çirkabdan ibarətdir.

Böyük bədbəxtliklərin çoxu tək yürüməkdən qaynaqlanır. İnsanlar bir yerdə olanda başqa cür olur. Mən başqalarını dinləmək vərdişinə yiyələnməliyəm, çünki başqalarının dediklərinin mənə də aidiyyatı var.

Şəhərlər bəşər cəmiyyətinin əsas məskəni və mərkəzidir. Onlar Man adlanan kollektiv varlıq üçün mərcan koloniyası kimidir.

Ailə həyatı belədir; ən axmaq atalar sözləri belə doğru çıxır və insan "indi hər şey yolundadır" deyə düşünəndə, əslində heç nəyin yolunda olmadığı ortaya çıxır. İnsan niyyət edər və həmişə dəvənin belini qıran son bir saman çöpü tapılar.

Pianino çalan qızlarının qarşısında utancından nə edəcəyini bilməyən çox bacarıqlı atalara rast gəlmək olar.

Hər halda, mənim kitablarım yandırılmağa layiq idi.

Qonşuluqda çörəkçi şagirdi və arvadı yaşayır, qadın mətbuatda işləyir, yumurtalıqların iltihabından əziyyət çəkir. Görəsən, bu ikisi həyatdan nə alırlar? Hər şeydən əvvəl, bir-birlərini tapıblar, sonra keçən bazar günü estrada konsertinə və kinoya gediblər, arada bu və ya digər klub görüşü, bir də valideynlərə baş çəkmək. Vəssalam? Dayanın, həyəcanlanmayın, cənab. Bunların üstünə gözəl havanı, pis havanı, təbiət qoynunda gəzintiləri, soba yanında dayanmağı, səhər yeməyini və s. əlavə edin. Bes siz, kapitan, general, jokey, kim olursunuzsa olun, həyatdan daha nə alırsınız ki? Özünüzü aldatmayın.

Bu və ya digər tarixi kitabı yazarkən bəzən sənədləri olduğu kimi kopyalamaq həvəsimi çətinliklə boğurdum. Hətta bəzən sənədlərin arasında batıb öz-özümə deyirdim: Mən bunlardan daha yaxşısını yaza bilmərəm.

Romanın mövzusu ruhdan azad edilmiş reallıqdır. Tam müstəqillik əldə etmiş oxucuya strukturlaşdırılmış bir proses təqdim olunur: qoy ona müəllif deyil, oxucu özü qiymət versin. Romanın fasadı daşdan və ya poladdan başqa bir şey ola bilməz - ya elektrik kimi parıldayan, ya da qaranlıq, amma sükut içində olan.

İnqilab? Bayraq ağacını sökün, qumaşı yağlı örtüyə büküb paltar sandığına qoyun. Qoy, qoca qadın ev başmaqlarınızı gətirsin və alovlu qırmızı qalstukunuzu açsın. Siz inqilabı ancaq sifətinizlə edirsiniz; sizin respublikanız — istehsalat qəzasından başqa bir şey deyil.

# 77 dəfə oxunub

Oxşar xəbərlər

Ev - Xulio Kortasarın hekayəsi

Ev - Xulio Kortasarın hekayəsi

13:30 9 avqust 2026
"Həmin ölüm qorxusu meşşan varlığımın bir hissəsi imiş..." - Herman Hessenin "Yalquzaq" romanından bir hissə

"Həmin ölüm qorxusu meşşan varlığımın bir hissəsi imiş..." - Herman Hessenin "Yalquzaq" romanından bir hissə

13:00 9 avqust 2026
Yolüstü söhbət – Saday Budaqlının hekayəsi

Yolüstü söhbət – Saday Budaqlının hekayəsi

11:30 9 avqust 2026
"İlk dəfə öpüşəndə səbəb-nəticə qanunu haqqında düşünmürsünüz..."  - "Sofinin dünyası"ndan sitatlar

"İlk dəfə öpüşəndə səbəb-nəticə qanunu haqqında düşünmürsünüz..." - "Sofinin dünyası"ndan sitatlar

14:00 8 avqust 2026
​​​​​​​"Dünyanın bütün uşaqları eyni dildə ağlayır..." - Leonid Leonov

​​​​​​​"Dünyanın bütün uşaqları eyni dildə ağlayır..." - Leonid Leonov

11:30 8 avqust 2026
"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər

"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər

10:00 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər