Məşhur rejissor və aktyor Mel Qibson bütün dünyada böyük səs-küy doğurmuş "İsanın ehtirasları" (The Passion of the Christ) filminin ardı olan "İsanın dirilməsi" ("The Resurrection of the Christ") layihəsinin çəkilişlərini tamamladığını elan edib.
Kulis.az xəbər verir ki, Romada eyni vaxtda çəkilən və iki hissədən ibarət olan ekran işi İsa Məsihin dirilmə prosesini qeyri-adi süjet xətti əks etdirəcək.
Mel Qibson filmlərin çəkilişlərinin bitdiyini və hazırda montaj mərhələsində olduqlarını bildirib.
Rejissor ssenari üzərində təxminən 10 il işlədiyini diqqətə çatdırıb.
Birinci filmdən fərqli olaraq, yeni filmlər arami və latın dillərində yox, ingilis dilində təqdim olunacaq.
Mel Qibson bunun mövzunun mürəkkəbliyi ilə bağlı olduğunu və izləyicilərin subtitrlərə fokuslanmadan dərin teoloji mənanı qavramalarını istədiyini qeyd edib.
Qeyd edək ki, hər iki filmin post-prodakşn işləri sürətlə davam edir.
Peyğəmbər haqqında növbəti layihə - "İsanın dirilməsi"
Oxşar xəbərlər
Hansı müğənni vəfat edəndən sonra üç günlük yas elan edildi?
18:40
24 sentyabr 2026
Ağbaba-Çıldır aşıq sənətinin ustadlarına həsr olunan konsert
18:00
24 sentyabr 2026
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı
17:30
24 sentyabr 2026
“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"
17:27
24 sentyabr 2026
Türkiyə Mədəniyyət Yolu Festivalı baş tutacaq
17:00
24 sentyabr 2026
Niderland “Avroviziya”da yenidən iştirak edəcək
16:30
24 sentyabr 2026